Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3321/2020 28.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı“pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı“pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3864,17 manat məbləğində pulun və 31 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 828-xx.xx.2016- SM14 saylı kredit müqaviləsinə əsasən bank ona 36 ay müddətinə 6000 manat məbləğində kredit vermişdir. O, həmin müqavilə üzrə cavabdehə zamin durmuşdur və bu barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sumqayıt filialı ilə aralarında xx.xx.2016cı il tarixli 828-xx.xx.2016-SM14 saylı zaminlik müqaviləsi bağlanmışdır. O, Sumqayıt şəhərində yerləşən “Azərkimya” İstehsalat Birliyində aparatçı vəzifəsində işləyir. Aylıq əmək haqqı 550 manat təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sumqayıt filialı onun əmək haqqından xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi hər ay müxtəlif tarixlərdə müxtəlif məbləğlər olmaqla, cəmi 3864,17 manat məbləğində akseptsiz qaydada pul vəsaiti tutulmuşdur. Onun tərəfindən cavabdehin banka borcu tam olaraq ödənilmişdir. Lakin cavabdeh əmək haqqından tutulan pulu bugünə kimi geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, 828-xx.xx.2016-SM14 saylı kredit müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətə illik 21% ödəmək şərti ilə 6000 manat kredit verməyi, borcalan isə həmin krediti və hesablanmış faizləri müqavilə şərtlərinə müvafiq olaraq qaytarmağı öhdəsinə götürümüşdür. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sumqayıt filialı ilə zamin İddiaçı arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, 828-xx.xx.2016-SM14 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx xxxxxxx 2016-cı il kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sumqayıt filialının xx xxxxx 2020-ci il tarixli 20/485 saylı arayışından görünür ki, xx xxxxxxx 2016-cı il tarixli, 828-xx.xx.2016-SM14 saylı kredit müqaviləsi üzrə zamin olduğu üçün İddiaçı əmək haqqından xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi cəmi 3864,17 manat məbləğində pul vəsaiti gecikdirilmiş kredit borcu üzrə silinmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmışxx xxxxxxx 2016-cı il tarixli, 828-xx.xx.2016-SM14 saylıkrediti müqaviləsinə əsasən kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda borcalan vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə ödənilməmiş borcun təmin edilməsi üçün xx xxxxxxx 2016-cı il tarixli, 828-xx.xx.2016- SM14 saylı kredit müqaviləsi üzrə zamin İddiaçı əmək haqqından 3864,17 manat pul tutulmuşdur. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448, 739, 470, 472, 475-ci maddələrinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 3864,17 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3864,17 (üç min səkkiz yüz altmış dörd manat, on yeddi qəpik) manat və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3321/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3321/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver