Məhkəmə qərarları › İş №2(060)-3359/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3359/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3359/2020 23.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Əmiraslanov Mövsüm Abdulla oğluna və Səməd-zadə Elxan Şöhlət oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Əmiraslanov Mövsüm Abdulla oğluna və Səməd-zadə Elxan Şöhlət oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Əmiraslanov Mövsüm Abdulla oğlundan və Səməd-zadə Elxan Şöhlət oğlundan xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 662,63 manat əsas, 57,87 manat faiz, 01,83 manat cərimə borcu olmaqla cəmi 722,33 manat borcun, Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1075,88 manat əsas, 95,59 manat faiz, 05,57 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 66,6 manat, cəmi 1243,64 manat borcun, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2563,51 manat əsas, 209,26 manat faiz, 1,84 manat cərimə borcu olmaqla, ümumilikdə 2774,61 manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxx 2014-ci il tarixli kredit müqaviləsinə əsasən “NikoyP İKB ASC-dən illik 28 faizlə 36 ay müddətinə 5000AZN kredit götürmüşdür. l7.01.2018-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2021 tarixədək təyin edilir. Borcun təminatı olaraq Əmiraslanov Mövsüm Abdulla oğlu ilə xx xxxx 2014-cü il tarixli, Cavabdeh3 Şöhlət oğlu ilə xx xxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixli kredit mllqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 24 faizlə 12 ay müddətinə 1100 ABŞ dollan kredit götürmüşdür. xx.xx.2018 -cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 1421.32 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2018 il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 2416.39 AZN təşkil edir, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx« İKB ASC-dən illik 27 faizlə 36 ay müddətinə 1500 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 1763.23 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 3081,24 manat təşkil edir, kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılması və ya məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddiaçının iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddiaya etirazı yoxdur, iddiaçı Bankla kredit müqaviləsi bağlayaraq göstərilən məbləğdə kredit götürmüşdür. Kredit borcunu qaytarmaqdan imtina etmir. Lakin zamin M.Əmiraslanova münasibətdə zaminliyə xitam verildiyinə görə ona qarşı yönəlmiş tələbi əsassız hesab edir. Göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il kredit müqaviləsindən görünür ki, kreditor borcalana 36 ay müddətinə illik 28 faiz ödənilməsi şərti ilə 5000 manat məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 6-Z-1-0-1318-14 saylı kredit müqaviləsinə xx xxxxxx 2018-ci il tarixli Əlavə Sazişin məzmunundan görünür ki, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il kredit müqaviləsindən görünür ki, kreditor borcalana 12 ay müddətinə illik 23,9 faiz ödənilməsi şərti ilə 1100 ABŞ dolları məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 27-Y-6-1-660-15 saylı kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli Əlavə Sazişin məzmunundan görünür ki, kreditin qalıq məbləği 1421.32 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2018 il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 2416.39 manat təşkil edir, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il kredit müqaviləsindən görünür ki, kreditor borcalana 36 ay müddətinə illik 27 faiz ödənilməsi şərti ilə 1500 ABŞ dolları məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 27-Y-7-1-672-15 saylıkredit müqaviləsinə xx.xx.2016-cı il tarixli Əlavə Sazişin məzmunundan görünür ki, kreditin qalıq məbləği 1763.23 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2016 il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 3081.24 manat təşkil edir, kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx xxxxx 2020-ci il tarixə xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 662,63 manat əsas, kreditin bitmə tarixinə 57,87 manat faiz, 01,83 manat cərimə olmaqla cəmi 722,33 manat borcu, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1075,88 manat əsas, 95,59 manat faiz, 05,57 manat cərimə, illik 5 faizlə hesablanmış 66,6 manat, cəmi 1243,64 manat borcu və xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 2563,51 manat əsas, 209,26 manat faiz, 1,84 manat cərimə, cəmi 2774,61 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 5 faiz hesablanmaqla gecikdirilmiş müddət üçün 66,6 manat pulun tələb edilməsini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan müqaviləyə Əlavə sazişdən görünür ki, həmin kredit müqaviləsi üzrə müddət uzadılaraq xx.xx.2021-ci il müəyyən edilmişdir. Məhkəmə Mülki Məcəllənin 445-ci maddəsinin tələblərinin nəzərə alaraq hesab edir ki, gecikdirilmiş müddət üçün pul tələbi hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Bank ilə Əmiraslanov Mövsüm Abdulla oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli və Səməd-zadə Elxan Şöhlət oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdürlər. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zamin Əmiraslanov Mövsüm Abdulla oğluna münasibətdə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də ona qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Digər zamin S.Elxan isə borclu ilə birlikdə məsuliyyət daşıdığından tələb ona aid hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Səməd-zadə Elxan Şöhlət oğlundan birgə qaydada xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 662,63 manat əsas, 57,87 manat faiz, 1,83 manat cərimə, cəmi 722,33 manat borc, Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1075,88 manat əsas, 95,59 manat faiz, 05,57 cərimə, cəmi 1177,04 manat borc və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2563,51 manat əsas, 209,26 manat faiz, 1,84 manat cərimə, cəmi 2774,61 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Səməd-zadə Elxan Şöhlət oğlundan birgə qaydada xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 662,63 manat əsas, 57,87 manat faiz, 1,83 manat cərimə, cəmi 722,33 (yeddi yüz iyirmi iki manat otuz üç qəpik) manat borc İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1075,88 manat əsas, 95,59 manat faiz, 05,57 cərimə, cəmi 1177,04 manat borc və xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2563,51 manat əsas, 209,26 manat faiz, 1,84 manat cərimə, cəmi 2774,61 (iki min yeddi yüz yetmiş dörd manat altmış bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlilk edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar