Məhkəmə qərarları › İş №2(060)-3360/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3360/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3360/2020 23.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı «xxxxxxxx» X2 Təşkilatı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi və pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxx» X2 Təşkilatı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” X2 təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh 1200 (bir min iki yüz) manat əsas borc, 224.40 (iki yüz iyirmi dörd manat qırx qəpik) manat faiz borcu və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində 31.92 (otuz bir manat doxsan iki qəpik) manat cərimə borcu, ümumilikdə 1456.32 (bir min dörd yüz əlli altı manat otuz iki qəpik) manat ümumi borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxx» X2 Təşkilatı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxxxxxx” X2 Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 (on iki) ay müddətinə ödəmək şərti ilə 1200 (bir min iki yüz manat) AZN məbləğində kredit verilmişdir. Hazırda borlcu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışıdr. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəliyi yerinə yetirməmişdir. Borclunun xx xxxxxxxx 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə əsas borcu 1200 AZN, faiz borcu 224.40 AZN və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində cərimə borcu 31.92 AZN olmaqla cəmi 1456.32 AZN təşkil edir. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan kredit göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhtəsinə götürür. Həmin müqavilənin 4.13.1-ci bəndinə əsasən gcikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0.50 faiz dərəcəsində dəbbə pulu hesablanır və boralan tərəfindən kreditora ödənilir. xx.xx.2020-ci il tarixinə borclunun “xxxxxxxx” X2 təşkilatına ümumi 1456.32 (bir min dörd yüz əlli altı manat otuz iki qəpik) AZN borcu vardır. Ona görə də nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı «xxxxxxxx» X2 Təşkilatı QSC məhkəmə iclasında iştirak etməmiş, lakin Bankın nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və qətnamə qəbul olunmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə hazırılıq iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə bağlı bildirmişdir ki, o, «xxxxxxxx» X2 Təşkilatı QSC iə kredit müqaviləsi bağlamış və sözügedən müqaviləyə əsasən 12 ay müddətinə 1200 manat məbləğində kredit götürmüşdür. Kredit götürməkdə məqsədi avadınlıq alınması olmuşdur. Çünki həmin avadanlığı nağd almaq imkanı olmamışdır. Bu məqsədlə də iddiaçı təşkilatdan pul götürmüş, ona lazım olan məhsulu nağd şəkildə almış və quraşdırmışdır. Lakin quraşdırdıqdan sonra avadanlıq işləməmiş və yararsız olduğu aşkar olunmuşdur. Ona görə də o, götürdüyü kredit borcunu ödəməmişdir. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı «xxxxxxxx» X2 Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxxxx 2019-cu il tarixli N219-0***-******* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh «xxxxxxxx» X2 Təşkilatı QSC-dən 12 ay müddətinə 1200 manat məbləğində kredit götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı «xxxxxxxx» X2 Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxxxx 2019-cu il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh 1200 manat əsas borc və 256,32 manat faiz borcu borcu yaranmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxxxxx 2019-cu il tarixli N219-0***-******* saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə «xxxxxxxx» X2 Təşkilatı QSC-yə borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə «xxxxxxxx» X2 Təşkilatı QSC tərəfindən cavabdehə 390 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditor «xxxxxxxx» X2 Təşkilatı QSC-nin xeyrinə 1200 manat əsas və 224,40 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 31,92 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək deyil, kreditorun əmlak mənafelərinə uyğundur. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 31,92 manat pul tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «xxxxxxxx» X2 Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxxxx 2019cu il tarixli N219-0***-******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1200 (bir min iki yüz) manat əsas borc, 224.40 (iki yüz iyirmi dörd manat qırx qəpik) manat faiz borcu, 31.92 (otuz bir manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1456.32 (bir min dörd yüz əlli altı manat otuz iki qəpik) manat borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxxxxxx» X2 Təşkilatı QSC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar