Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-337/2022 07.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED markalı televizor, HOFFMANN SB markalı soundbar, Sonorous Surefix markalı aksesuarlar üçün 544 manat ödənilməmiş hissə, 164 manat dəbbə, 08.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Braun markalı şirəçəkən üçün 232 manat ödənilməmiş hissə, 69 manat dəbbə, 04.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********32726 olan X1 8 markalı telefon üçün 525 manat ödənilməmiş hissə, 156 manat dəbbə və 04.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********26636 olan X1 8 markalı telefon üçün 492 manat ödənilməmiş hissə, 147 manat dəbbə olmaqla, ümumilikdə 2329 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, ümumilikdə 2329 manat və 43.29 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20.06.2019-cu il, 08.09.2019-cu il, 04.11.2019-cu il və 04.12.2019-cu il tarixli müqavilələrə əsasən, Cavabdeh "xxxx" MMC-dən əşyalar almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 798 manat olan (19 ay x 42 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED markalı televizor, HOFFMANN SB markalı soundbar, Sonorous Surefix markalı aksesuarlar, alqı-satqı qiyməti 367 manat olan (11 ay x 33 manat + 4 manat ilkin ödəniş) Braun markalı şirəçəkən, alqı-satqı qiyməti 624 manat olan (12 ay x 52 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********32726 olan X1 8 markalı telefon və alqı-satqı qiyməti 518 manat olan (12 ay x 41 manat + 26 manat ilkin ödəniş) İMEİ kodu **********26636 olan X1 8 markalı telefon üçün cəmi 514 manat ödəniş etmişdir. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etdiyini, pandemiya ilə əlaqədar olaraq işələmədiyi üçün ödənişləri edə bilmədiyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.06.2019-cu il, 08.09.2019-cu il, 04.11.2019-cu il və 04.12.2019-cu il tarixli müqavilələrdən görünür ki, Cavabdeh dəyəri ümumi dəyəri 798 manat olan HOFFMANN LED markalı televizor, HOFFMANN SB markalı soundbar, Sonorous Surefix markalı aksesuarlar, alqı-satqı qiyməti 367 manat olan Braun markalı şirəçəkən, alqı-satqı qiyməti 624 manat olan İMEİ kodu **********32726 olan X1 8 markalı telefon və alqı-satqı qiyməti 518 manat olan İMEİ kodu **********26636 olan X1 8 markalı telefon almışdır. - Əşyaların təhvil-təslim aktlarından görünür ki, HOFFMANN LED markalı televizor, HOFFMANN SB markalı soundbar, Sonorous Surefix markalı aksesuarlar, Braun markalı şirəçəkən, İMEİ kodu **********32726 olan X1 8 markalı telefon və İMEİ kodu **********26636 olan X1 8 markalı telefon Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 42 manat olmaqla, 798 manat dəyərində olan HOFFMANN LED markalı televizor, HOFFMANN SB markalı soundbar, Sonorous Surefix markalı aksesuarlar almışdır; 11 ay müddətinə, 4 manat ilkin ödənişlə, aylıq ödəniş 33 manat olmaqla, 367 manat dəyərində olan Braun markalı şirəçəkən almışdır; 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 52 manat olmaqla, 624 manat dəyərində olan İMEİ kodu **********32726 olan X1 8 markalı telefon almışdır; 12 ay müddətinə, 26 manat ilkin ödənişlə, aylıq ödəniş 41 manat olmaqla, 518 manat dəyərində olan İMEİ kodu **********26636 olan X1 8 markalı telefon almışdır; - "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 20.06.2019-cu il, 08.09.2019-cu il, 04.11.2019-cu il və 04.12.2019-cu il tarixli müqavilələrə əsasən HOFFMANN LED markalı televizor, HOFFMANN SB markalı soundbar, Sonorous Surefix markalı aksesuarlar, Braun markalı şirəçəkən, İMEİ kodu **********32726 olan X1 8 markalı telefon və İMEİ kodu **********26636 olan X1 8 markalı telefon almış, onların 2307 manat olan ümumi dəyərindən 514 manat ödəniş etmiş və nəticədə 1793 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək. sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.06.2019-cu il, 08.09.2019-cu il, 04.11.2019-cu il və 04.12.2019-cu il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 2307 manat olan ümumi dəyərindən 514 manat ödəniş etmiş və nəticədə 1793 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda 20.06.2019-cu il tarixli müqaviləyə əsasən hesablanmış 164 manat, 08.09.2019-cu il tarixli müqaviləyə əsasən 69 manat, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən hesablanmış 156 manat və 04.12.2019cu il tarixli müqaviləyə əsasən hesablanmış 147 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan, həmin məbləğin təxminən 5%-i həcmində, yəni 90 manat cərimə tərəflərin maraqlarına uyğun olaraq mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 37.93 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-230-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh HOFFMANN LED markalı televizor, HOFFMANN SB markalı soundbar, Sonorous Surefix markalı aksesuarlar üçün 544 manat ödənilməmiş hissə, Braun markalı şirəçəkən üçün 232 manat ödənilməmiş hissə, İMEİ kodu **********32726 olan X1 8 markalı telefon üçün 525 manat ödənilməmiş hissə və İMEİ kodu **********26636 olan X1 8 markalı telefon üçün 492 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1793 manat borc, 90 manat dəbbə pulu və 37.93 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-337/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-337/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver