Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3374/2023 17.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun müalicəsi üçün faktiki olaraq xərclədiyi 8000 manat və 20000 (iyirmi min) manat mənəvi ziyan olmaqla, həmçinin vurulmuş ziyan nəticəsində əlil olduğu üçün iş tapa bilmədiyindən, işləmədiyi aylara görə hər ay Dövlət Statistika Komitəsinin də müəyyən etdiyi kimi-təxmini 840 manat orta aylıq əmək haqqı nəzərə alınmaqla 20 ay işləmədiyi aylar üçün 16800 manat pulun, aylıq dolanışıq üçün götürdüyü 9100 manat kredit pulu olmaqla, cəmi 53900 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 sentyabr 2021-ci il tarixdə saat 23:00-da “BC” kateqoriyalı, AC 245676 seriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ravon Nexia R3 markalı, **-PN-*** qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 32-ci kilometrliyində hərəkətdə olarkən “STP” zavodunun yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublİkası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, yəni ötmə əməliyyatı edib əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək hərəkət hissəsinin sol kənarında dayanmış vəziyyətdə olanda onu vurmuş, nəticədə ona ehtiyatsızlıqdan sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, dizaltı arteriyanın və əzələ sinir dəstəsinin kəsilməsi, sağ aşağı ətrafın budun aşağı 3-də bir səviyyəsindən travmatik amputasiyası, təpə nahiyəsinin əzilmiş yarası, QKBT və baş beyin silkələnməsi, sol təpə-ənsə nahiyəsinin çağılmış yarası kimi dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan ağır zərəvurmaya aid xəsarət yetirərərək yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlar cavabdehin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs-onun ifadəsi, digər şahid ifadələri və ekspert rəyi ilə təsdiq olunmuşdur. Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Seymur Xəlilzadə tərəfindən tərtib edilən 03 mart 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərardan da göründüyii kimi “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında’' Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021ci il tarixli qərarına əsasən cavabdehə amnistiya tətbiq olunaraq cavabdeh Əİİəzov Ruslan Ədalət oğlu cinayət məsuliyyətindən azad edilmişdir. Bildirir ki, qanunun tələbinə əsasən cavabdeh cinayət məsuliyyətindən azad edilsə də, ona vurulmuş ziyan ona ödənilməmişdir. O, hal-hazırda İİ qrup əlildir və onu əlil olduğu üçün işə götürmürlər. Aylardır ki, 3 azyaşlı övladlarını, ailəsini saxlaya bilmir. Onları dolandırmaq üçün qəzadan sonra məcbur qalıb həm öz, həm də həyat yoldaşının adına 9100 manat məbləğində kreditlər götürmüşdür. Gündəlik xərclərini ödəmək üçün başqa yolu yoxdur, bir dəfə də olsun maraqlanmayıblar ki, onun ailəsi nə yeyib-içir, necə dolanırlar. Ona görə də məcbur qalıb bu gün bu iddia ilə məhkəməyə müraciət edir. Ayağı qəza ilə əlaqədar amputasiya olduğundan iş üçün hara müraciət edirsə də onu qəbul etmirlər. Dövlət Statistika Komitəsi tərəfindən 2022-ci ilin ilkin məlumatlanna əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat olması müəyyən edilmişdır. Bu hadisə də 2021-ci il sentyabr ayında baş vermişdir, həmin aydan bu günə kimi də o və ailəsi maddi təminatsız qalmışdır, həmin hadisədən bu günə kimi 20 ay keçmişdir. Bu isə orta aylıq əmək haqqına əsasən 20x840=16800 manat edir. Bundan başqa onu da qeyd edir ki, baş verıniş yol-nəqliyyat hadisəsi ona və ailəsinə böyük sarsıntı yaşatmışdır. Həm o, həm həyat yoldaşı, övladları, həm də digər ailə üzvləri psixi iztirab keçirtmişlər, nəticə etibarilə də sağlamlıqlarına ziyan vurulmuşdur. Ona görə də bu gün o, məhkəmə qaydasında mənəvi ziyana görə də kompensasiya tələb edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hadisə xx.xx.2020-ci ildə baş verib. Cavabdeh o vaxtdan etibarən evinə gəlməyib və onunla maraqlanmayıb. Bildirir ki, hazırda onun maddi vəziyyəti ağırdır. Himayəsində 3 uşağı var, onları saxlamaqda çətinlik çəkir. Bankdan kredit götürüb uşaqlarının tələbatlarını ödəməyə çalışır. Bundan başqa yaşadığı evini də satmışdır. Bildirir ki, hadisə baş verənə qədər yeznəsinin yanında maşın ustasının köməkçisi işləmiş, rəsmi iş yeri olmamışdır. Hadisə baş verənə kimi aylıq qazancı təxminən 400-500 manat civarında olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, xəstəxanada ümumi olaraq 3000 manat xərci çıxmışdı, 1800 manat məbləğində pulu şəxsən özü ödəmişdir. 6000 manat pul verilməyi ilə bağlı barışıq ərizəsini o, imzalamışdır. Lakin o, həmin sazişi imzalayanda özündə olmamışdır. Belə ki, noyabr ayında xəstəxanadan çıxmış, dekabr ayında isə onlar sazişi bağladılar. Cavabdeh barışıqdan sonra ona heç bir yardım etməyib, onunla maraqlanmayıb. Onu da məhkəmənin nəzərinə çatdırır ki, ona uyğun iş tapmaq üçün Məşğulluq Xidmətinə müraciət etmiş, lakin səhhəti ilə əlaqədar onu işlə təmin etməyiblər. Hazırda o, İİ qrup əlildir, 220 manat təqaüd qalır. Hazırda o, cavabdehdən 53000 manat deyil, 10000 manat pul tələb edir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, iddiaçının səhhəti ilə əlaqədar ona dəymiş ziyanı ödəmişdir. Belə ki, baş vermiş hadisə ilə əlaqədar o, iddiaçıya 6000 manat pul ödəmişdır. Bu barədə iddiaçının notarial qaydada verilmiş ərizəsi var. Bundan başqa sığorta şirkəti tərəfindən də iddiaçıya 1500 manat pul verilmişdi. Bundan iki gün sonra iddiaçı ona zəng edərək pul lazım olduğunu bildirdi. O, iddiaçıdan şirkət tərəfindən verilmiş pulu nəyə xərclədiyini soruşanda isə evə kombi çəkdirdiyini dedi. Bir müddət sonra iddiaçı əmisi qızının xınayaxdı mərasimi olduğunu bildirərək ondan yenidən pul istəmişdir. Onu da qeyd edir ki, o, iddiaçını şəxsən özü xəstəxanaya apara bilməmiş, bu səbəbdən iddiaçının taksi ilə getməsi üçün onun kart hesabına 20-25 manat pul göndərmişdir. Qeyd edir ki, iddiaçı ilə əvvəllər münasibətləri yaxşı olub. O, iddiaçıya əmisi dünyasını dəyişdikdən sonra bir müddət ona kömək edə bilməyəcəyini bildirmişdir. Həmin vaxt iddiaçı ondan yedindən 50 manat məbləğində pul istəmişdir. O, iddiaçıya həmin pulu verə bilməyəcəyini deyəndə isə o, hər yerə şikayət edəcəyini bildirmişdir. Bir daha qeyd edir ki, o, iddiaçıya hər zaman kömək etmişdir. Belə ki, iddiaçı xəstəxanada olduğu müddət ərzində gündə 300-400 manat ödəyərək ona qan almışdır. Bundan başqa iddiaçı ilə aralarında bağlanmış sazişdə 6000 manat verildiyi qeyd edilib. Halbuki iddiaçı ilə son danışıqlarına kimi ona daha çox pul xərcləmişdir. Son olaraq xəstəxanaya 2000 manat ödəniş edilməli idi. Lakin o, iddiaçıya 2200 manat pul vermiş, 200 manat da iddiaçıya qalmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı ona pensiyaya çıxana kimi kömək etməyini xahiş etmiş, pensiyaya çıxandan sonra ondan heç nə istəməyəcəyini bildirmişdir. Lakin iddiaçı pensiyaya çıxandan sonra da kartını ona verməyi, əvəzində onun ona baxmağını tələb etmişdir. Qeyd edir ki, onun özünün də maddi vəziyyəti yaxşı deyil, anasının 13000 manat krediti, özünün də şəxsi borcları var. Taksi fəaliyyəti ilə məşğul olur. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********43 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankın Sumqayıt filialı tərəfindən İddiaçı 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 2100 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı sağ budunun aşağı 1/3 amputasiyasından sonrakı vəziyyəti güdülür. İşdə olan “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh barəsində “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 3796nkSUMb/23 saylı Kredit Müqaviləsinə 2 saylı Əlavədən görünür ki, "xxxx" ASC tərəfindən X1 35 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit vermişdir. İşdə olan sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ümümi xəstəlik əsası ilə İİ qrup əlildir və 180 manat müavinət alır. İşdə olan AZ-İİİ 132761 saylı, AZ-İİİ 132748 saylı, AZ-İİİ 185570 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X2 birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 üç uşaqları anadan olmuşdur. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Sazişdən görünür ki, Cavabdeh İddiaçı səhhəti ilə bağlı dəymiş ziyana görə 6000 manat pul (kompensasiya) ödəməyi öhdəsinə götürmüş, İddiaçı götürülmüş öhdəliyin əvəzi olaraq Cavabdeh qarşı heç bir şikayət etməyəcəyini, məhkəmə iddiası olmadığını və gələcəkdə də bununla bağlı məhkəməyə və istintaq orqanalarına müraciət etməyəcəyini öz üzərinə götürmüşdür. İşdə olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarına əsasən İddiaçı ümümi xəstəlik əsası ilə İİ qrup əlildir və 220 manat pensiya alır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. - 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. - 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Dadaşov X4 Ruslan Ədalət oğlu ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli Sazişlə onun sağlamlığına dəymiş ziyanı 6000 manat məbləğində qiymətləndirmiş və ona həmin məbləğdə kompensasiya ödənilməsinə razılaşmışdır. Həmin vaxtdan keçən müddət ərzində İddiaçı səhhəti ilə əlaqədar əlavə xərclər çəkməsi, məsələn əlavə müalicə alması, hadisə ilə əlaqədar sağlamlığına vurulmuş ziyan nəticəsində yeni xəstəliklərə yoluxması, reabilitasiya xərcləri, o cümlədən sağlamlığının bərpası üçün bankdan kredit götürməsi və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddaçının xeyrinə müalicəsi üçün faktiki olaraq xərclədiyi 8000 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iddiaçıya vurulmuş ziyan nəticəsində əlil olduğu üçün iş tapa bilmədiyindən, işləmədiyi aylara görə 16800 manat pul tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı işləmədiyi aylara görə cavabdehdən hər ay 840 manat əmək haqqı tutulmasını tələb etsə də, hadisə baş verməmişdən qabaq sözügedən məbləğdə qazancı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddiaçı hadisə nəticəsində əmək qabiliyyətini qismən itirmiş, bu səbəbdən ona İİ qrup əlillik təyin edilmişdir. İddiaçı İİ qrup əlil olması ilə əlaqədar isə dövlət tərəfindən 220 manat məbləğində müavinətlə təmin olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddaçının xeyrinə 16800 manat pul tutulması hissəsində də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, aylıq dolanışıq üçün götürülmüş 9100 manat kredit pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas olmadığından iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına ciddi ziyan dəymiş, iddiaçının ayaqlarından biri amputasiya olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının səhhətinə dəymiş sözügedən xəsarət nəticəsində onun stres, mənəvi sarsıntı və iztirab keçirməməsi mümkün deyil. Lakin məhkəmə hesab edir ki, mənəvi ziyana görə iddiaçının iddia etdiyi məbləğdə (20000 manat) pul ödənilməsi ağlabatan hesab oluna bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh iddiaçıya vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3374/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3374/2023
17.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver