Məhkəmə qərarları › İş №2(060)-3399/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3399/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3399/2021 30.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-cü il 27 noyabr tarixli kredit müqaviləsi üzrə 28433,77 ABŞ dolları əsas, 37388,45 ABŞ dolları faiz, 3698,1 ABŞ dolları cərimə borcu olmaqla cəmi 69.520,32 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 45-ci məhəllə ünvanında yerləşən, 3 otaqlı, 58.5 kv.m ümumi, 43.5 kv.m yaşayış, 15 kv.m yardımçı sahəsindən ibarət 11A/14 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 45-ci məhəllə, 11 A/14 nömrəli evin 6 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 nömrəli evin 6 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 Abduləziz qızının və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 Abduləziz qızının və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 27 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “12 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 30500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 45-ci məhəllə ünvanında yerləşən, 3 otaqlı, 58.5 kv.m ümumi, 43.5 kv.m yaşayış, 15 kv.m yardımçı sahəsindən ibarət 11 A/14 nömrəli evin 6 nömrəli mənzili 2014-cü il 27 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 27 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il martın 02-dək Cavabdeh1 2014-cü il 27 noyabr tarixli krediti müqaviləsi üzrə banka 28433.77 ABŞ dolları əsas, 37388.45 ABŞ dolları faiz, 3698.1 ABŞ dolları cərimə borcu olmaqla cəmi 69520,32 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmasın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmənin 19.11.2021-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh2 və digər Cavabdeh1 nümayəndəsi və vəkili Polad Məhərrəmov hər biri ayrı-ayrılıqda izahat verərək iddianı qəbul etmədiklərini bildirdilər. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanılmış 27 noyabr 2014-cü il tarixli, 24- G-1-0-855-14 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 60 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 30.500 ABŞ dolları məbləğində kredit verməyi, kreditalan öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanılmış 31.03.2015-ci il tarixli Kredit müqaviləsinə Əlavədən görünür ki, 27 noyabr 2014-cü il tarixli, 24-G-1-0-855-14 saylı Kredit müqaviləsi üzrə kreditin bitmə tarixi 27.11.2021-ci il tarix müəyyən edilmişdir. Məxaric qəbzindən görünür ki, 30.500 ABŞ dolları pul Cavabdeh1 tərəfindən 27.11.2014-cü il tarixdə "xxxx" İKB ASC-nin kassasından qəbul edilmişdir. 02.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan əsas borcu 28433,77 ABŞ dolları, faiz borcu 37388,45 ABŞ dolları, cərimə 3698,1 ABŞ dolları olmaqla cəmi 69520,32 ABŞ dolları təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 3698,1 manat məbləğində cərimə azaldılaraq 500 ABŞ dolları müəyyən edilməlidir. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanılmış 27 noyabr 2014-cü il tarixli, 24- G-1-0-855-14 saylı ipoteka müqaviləsinə əsasən, 27 noyabr 2014-cü il tarixli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11A/14, 6 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 60.000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 nömrəli evin 6 nömrəli mənzilinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 28.11.2014cü il tarixində qeydə alınmışdır. 09.02.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. MKTİB-nin 4 saylı MİS-nin arayışından görünür ki, X2, Cavabdeh2 və Namazov Müslüm Allahverdi oğlu Sumqayıt şəhəri, 45-ci məhəllə ünvanında yerləşən, 11A/14 nömrəli evin 6 saylı mənzilində qeydiyyatdadırlar. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. Premium Leqal Services MMC-nin 08 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 nömrəli evin 6 nömrəli mənzilin likvid dəyəri 60.000 manatdır. Xidmət haqqı 300 manat təşkil edir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən ödənilmiş məhkəmə xərclərinin 20,40 manat iddiaçıya aid edilməli, 39,60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, qanunvericliyin hakim verilmiş tələblər üzrə qətnamə çıxarır göstərişinə əsaslanaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 27 noyabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə 28.433,77 ABŞ dolları əsas, 37388,45 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, cəmi 66.322,22 ABŞ dollar (ödəniş gününə manata olan məzənnə ilə) borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 39,60 (otuz doqquz manat altmış qəpik) manat tutulmalı, tələb Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 nömrəli evin 6 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdulrəhim qızı çıxarılmalı və mənzil boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehlərin və eləcə də digər şəxslərin ipoteka predmeti olan mənzilə istifadə hüquqlarının itirilməsi və mənzilin Banka təhvil verilməsinə dair tələbini əsassız hesab edir. Məhkəmənin qənaətincə qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 102 manat iddiaçıdan və 198 manat cavabdehdən tutularaq Premium Leqal Services MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 27 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 28.433,77 ABŞ dolları əsas, 37388,45 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, cəmi 66.322,22 (altmış altı min üç yüz otuz iki ABŞ dolları iyirmi iki sent) ABŞ dollar (ödəniş gününə manata olan məzənnə ilə) borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 39,60 (otuz doqquz manat altmış qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 45-ci məhəllə, 11A/14 nömrəli evin 6 nömrəli mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. İpoteka predmetinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilsin. Hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdulrəhim qızı çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 102 (bir yüz iki) manat iddiaçı İddiaçı ASC-dən və 198 (bir yüz doxsan səkkiz) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar