Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3426/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 1690,2 manat ödənilməmiş hissə, 306 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08594 olan Samsung Galaxy A51 markalı telefon üçün 772,2 ödənilməmiş hissə, 138 manat dəbbə olmaqla, cəmi 2906,4 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2936,4 manat pulun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC –ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, X3 “xxxx” MMCdən LG LED markalı televizor və Samsung Galaxy A51 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1690,2 manat olan ( 18 ay x 93,9 manat+ 0 manat ilkin ödəniş) LG LED markalı televizor üçün heç bir ödəniş etməmiş, ümumilikdə 1690,2 manat ödənilməmiş hissə, 306 manat dəbbə, alqı-satqı qiyməti 811,2 manat olan ( 18 ay x 42,9 manat+ 39 manat ilkin ödəniş) Samsung Galaxy A51 markalı telefon üçün 39 manat ödəniş etmiş, ümumilikdə 772,2 ödənilməmiş hissə, 138 manat dəbbə olmaqla, cəmi 2906,4 manat borc yaranmışdır. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazmi qayda məlumatlandırılmasına baxmayarq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddia tələbi üzrə əsas borcu qəbul edir, lakin dəbbə ilə razı deyildir və azaldılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli20136623 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1690,2 manat LG LED markalı televizor almışdır. -xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, LG LED markalı televizor Cavabdeh təhvil verilmişdir. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli20171915 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 811,2 manat msung Galaxy A51 markalı telefonalmışdır. -xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Samsung Galaxy A51 markalı telefon Cavabdeh təhvil verilmişdir. -xxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 93,9 manat olmaqla, LG LED markalı televizor almış və heç bir ödəniş etməmişdir. Həmçinin Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 39 manat olmaqla, aylıq ödəniş 42,9 manat olmaqla, Samsung Galaxy A51 markalı telefon almış və 39 manat ödəniş etmişdir -“xxxx”MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh “xxxx” MMC-dən LG LED markalı televizor və Samsung Galaxy A51 markalı telefon almış, onların 2501,4 manat olan ümumi dəyərindən cəmi 39 manat ödəniş etmiş və nəticədə 2462,4 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 11221.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020–ci il və xx.xx.2020–ci il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 2501,4 manat ümumi dəyərindən cəmi 39 manat ödəniş etmiş və nəticədə 2462,4 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan cəmi 36 manat cərimə mütənasiblik baxımından məqsədəmüqvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi 500 manatdan artıq olduğu üçün cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, c avabdeh X1 mebel əşyaları və URETAN markalı döşək ödənilməmiş 1122 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1152 manat tutularaq iddiaçı “xxxx”MMC –ə ödənilsin. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 31122-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin Cavabdeh X1 xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 1690,2 manat ödənilməmiş hissə, 30 manat dəbbə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08594 olan Samsung Galaxy A51 markalı telefon üçün 772,2 ödənilməmiş hissə, 6 manat dəbbə olmaqla, cəmi 2498,4 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx”MMC –ə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3426/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3426/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver