Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3433/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi tələbinə dair» iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM-nin) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36-cı maddəsi iddianın iddiaçının seçiminə görə aidiyyətini müəyyən etmişdir. Qeyd edilən Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, iddiaçının rəsmi qeydə alındığı ünvan «Quba rayonu, Rustov kəndi», cavabdehin rəsmi qeydə alındığı ünvan «İsmayıllı rayonu, Basqal qəsəbəsi»dir. Hesab edirəm ki, iddia ərazi aidiyyətinə aid qanunun tələbləri pozulmaqla Sumqayıt Şəhər Məhkəməsinə verilmişdir. MPM-nin 152.1.3 maddəsinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunalara əsasən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi tələbinə dair» iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3433/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3433/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver