Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-345/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X21 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X6 İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili X8 iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı direktoru X13 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «cavabdehlərin müqavilə öhdəliklərindən əmələ gələn borclarının məcburi tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə ünvan 2qayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı direktoru X20 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərindən əmələ gələn borcların - 480000 manat pulun, 200 manat məhkəmə ekspertiza xərclərinin, 31 manat dövlət rüünvan 2unun və ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xəzər” Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddi tələbinə dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərindən əmələ gələn borcların - 480000 manat pulun, 730 manat dövlət rüünvan 2unun, 400 manat mediasiya xərcinin və 200 manat məhkəmə ekspertiza xərclərinin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" SC-i 03 iyun 1991 -ci il tarixdə ünvan 2qayıt Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin Qərarı ilə İddiaçı təsis edib 23 avqust 1994-cü ildə həmin müəssisə 15334 saylı qeydiyyatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatından keçib. Nizamnaməyə əsasən təsisçi müəssisənin ştat cədvəlini təsdiq edir, müəssisəyə direktor və nomenklatur vəzifələri təyin edir. Müəssisənin fəaliyyəti üçün təsis müqaviləsinə əsasən zəruri olan əmlak və maliyyə vəsaiti ayırır. Odur ki, Cavabdeh2 ayda 1400 manat maaşla müəssisənin direktoru təyin edilib və onunla imzalanmış təsis müqaviləsinə əsasən (o vaxtkı pulla) 28.793.600 manat əmlak və o cümlədən 7.000.000 manat pul vəsaiti müəssisənin hesabına keçirilib. Rafiqin qardaşı Cavabdeh1 da ayda 1200 manat maaşla müəssisənin direktor müavini təyin edilib. Onlarla qanunvericiliyə uyğun qaydada əmək müqaviləsi və maddi məsuliyyət haqqında müqavilə bağlanıb. 2021-ci il mart ayında İdarə Heyətinin iclasında Maliyyə Nazirliyinin tələbi ilə təsisatlar haqqında məlumat hazırlanma zərurəti ilə Nəzarət Təftiş şöbəsinin rəisi Əli Qəhrəmanova tapşırıq verildi ki, İddiaçı kmnin fəaliyyəti barədə məlumat əldə eləsin. Çünki bu müəssisənin direktoru Cavabdeh2 və direktor müavini Cavabdeh1 “Xəzər" SC-nin işçiləri olsalar da heç İdarə Heyətinin iclaslarına gəlmirlər və heç bir hesabat vermirlər. Əli Qəhrəmanov 19 aprel 2021-ci ildə təqdimatla müəssisənin fəaliyyətinin dayandığı və Cavabdeh2 da məsuliyyətdən yayındığını diqqətə çatdırdı. Əli Qəhrəmanovun təqdimatından sonra o, özü də çox narahat olmuş və Rafiqi axtarmış, nəhayət nömrələrdən birində cavab vermiş (***-***-**-**) və demişdir ki, “Gəlib həll edəcəkdir”, ancaq gəlmədi. Ondan sonra bütün nömrələr zəngi qəbul etsə də cavab verməmişdir. Onlar, məcbur olub xəbərdarlıq məktubu göndərmişlər Rafiqə də, Sadıxa da çatdırmışlar. Sadıxın məktubunu poçtolyon çatdırıb. Rafiqin məktubunu isə ünvan tam deyil bəhanəsi ilə üstlərinə qayıtmışdır. Odur ki, Əli Qəhrəmanov (Nəzarət şöbəsinin rəisi) özü şəxsən həmin xəbərdarlıq məktubunu götürüb Bakıdakı ünvana polis məmuru ilə birgə getmiş və Rafiqin özünə şəxsən təqdim eləmiş və demişdir ki, “Ayıb deyilmi telefona cavab vermirsən, məsuliyyətdən yayınırsan”. Rafiq deyib ki, “Gəlib özüm həll edəcəm”. Məlum olub ki, Rafiq Belarusiyadan Azərbaycana qapı gətirməklə məşğul olur. Biz müəssisənin fəaliyyətini mükəmməl təhlil edilib qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru Elxan Bənnayevlə müqavilə bağlamışlar. Ancaq o, da heç cür cavabdehlərlə əlaqə yarada bilməmişdir. Başqa-başqa adamlarla xəbər göndərmişdilər ki, “Rafiq xaricdədir. Gələndə özü gəlib görüşəcək”. Nəhayət bir dəfə telefonla zəng edib deyib ki, “mən başqa yerdəyəm, məndə heç bir sənəd yoxdur” və yoxlamada iştirak etməkdən imtina edib. Əli Qəhrəmanov isə bildirir ki, Rafiq həmin vaxtlar Bakıda olub, sadəcə olaraq saxtakarlıq və dələduzluq edərək məsuliyyətdən yayınır. Beləliklə, Auditorun Aktına görə 1991 -92-ci illərdə ilkin təsis payı 28793600 manat olmaqla 1999-cu ilin 01 yanvar tarixinə Nizamnamə kapitalı 47386000 manat olmuşdur. 54653000 manat məbləğində əsas vəsait, 20082000 manat mal-material olmuşdur sonradan ödədikləri ******* manat ******* manat pul vəsaiti əmlak olaraq verdikləri materiallar 11000000 manat dəyərində mal materiallar, Təsis müqaviləsinə əsasən hər ilin yekununa görə əldə olan mənfəətdən 15% dvident, beləliklə, onlara bəlli olan material və pul qiymətliləri bu günə olan reallıqla 480000 manat olaraq ödənilmişdir. İndi isə bunlar iki qardaş hesabat və izahat verməkdən yayınırlar. Maddi və mənəvi öhdəliklərinə məsuliyyətsiz yanaşırlar. "xxxx" QSC- ilə bağlanmış xx.xx.2021-ci il tarixli 281 saylı müqaviləyə əsasən Auditor Cəmiyyətin təsis etdiyi “TermoplasT km-nin nizamnamə kapitalına qoyduğu əmlak və pul vəsaitinin düzgünlüyünün müəyyənləşdirilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsini dəqiqləşdirmək məqsədilə Cəmiyyətdə Audit yoxlaması aparıldı. Yoxala müəssisədə olan ilkin sənədlər əsasında aparılmışdır. Audit yoxlamasına təqdim olunmuş sənədlər əsasında müəyyən olundu ki, "Xəzər” Səhmdar Cəmiyyətinin səhmdarlarının 09 aprel 1991-ci il tarixli 7-a saylı protokoluna əsasən Cəmiyyətin nəzdində təsis edilmiş “Termoplast“ Kiçik Müəssisəsi xx.xx.1991-ci il tarixdə ünvan 2qayıt Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin 12 saylı protokoluna əsasən qeydiyyata alınmış və müəssisənin nizamnaməsi təsdiq edilmişdir. Nizamnaməyə əsasən Müəssisəyə direktor təsisçi tərəfindən təyin olunur və kollektivin ümumi yığıncağının qərarı ilə təssisçi tərəfindən vəzifəsindən azad edilir. Təsisçinin xx.xx.1991-ci il tarixli əmri ilə Cavabdeh2 “Termoplast“ Kiçik Müəssiəsinə direktor vəzifəsinə təyin edilmişdir. 01 iyun 1991 -ci il tarixli təsis müqaviləsinə əsasən Təsisçi adlanan "xxxx" Səhmdar Cəmiyyəti, Nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin X4 bir tərəfdən, İddiaçı, Nizamnaməyə əsasən fəaliyyət göstərən müəssisənin direktoru Cavabdeh2 ikinci tərəfdən, mövcud Qanunvericiliyə və Nizamnaməyə uyğun olaraq aşağıdakılar barədə müqavilə bağlamışlar: Təsisçi İddiaçı normal fəaliyyət göstərməsi üçün hər cür maddi və mənəvi yardım göstərməyi öhdəsinə götürür. Təsisçi İddiaçı normal fəaliyyət göstərməsi üçün Nizamnamə fonduna ********.00 manat (rubl) məbləğində, o cümlədən ********.00 manat (rubl) əmlak şəklində və 7000000.00 manat (rubl) pul şəklində vəsait köçürür. İddiaçı isə onun sərəncamında olan Təsisçinin əmlakını qorumağı öhdəsinə götürür. xx.xx.1994-cü il tarixdə İddiaçı 15334 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yenidən qeydiyyata alınmış və Nizamnaməsi yeni redaksiyada təstiq edilmişdir. Bununla bağlı təsis sənədləri yenilənmişdir. 02 yanvar 1997-ci il tarixdə "xxxx" Səhmdar Cəmiyyətinin Sədri Q.O.Kərimov ilə İddiaçı direktoru Cavabdeh2 arasında 166 saylı fərdi əmək müqaviləsi və maddi-məsul şəxs barədə müqavilə çağlanmışdır. İddiaçı hüquqi ünvanı Nizamnamədə ünvan 2qayıt şəhəri göstərilmişdir. Faktiki fəaliyyət göstərdiyi ünvan isə göstərilməmişdir. Həmin dövrdə Cavabdeh2 ünvan 2qayıt şəhəri, 9-cu mikrorayon, ev 52, mənzil 112-də yaşayırdı. Sonradan məlum olmuşdur ki, artıq o, həmin ünvanda yaşamır. Yeni ünvanı: Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3abr ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayevanın imzası ilə göndərilmiş xx.xx.2018- ci il tarixli 10/03-163-1908 saylı və Nazirlik Aparatının rəhbəri Namiq Süleymanovun imzası ilə göndərilmiş xx.xx.2018-ci il tarixli 10/03-611-5824 saylı məktubla illik maliyyə hesabatlarının və konsolidə edilmiş maliyyə hesabatlarının (törəmə müəssisələrlə birlikdə) təqdim olunması tələb edilmişdir. Lakin İddiaçı ilə bağlı hesabat olmadığı üçün ’’Xəzər” Səhmdar Cəmiyyəti 2 il bu hesabatı verə bilməmişdir. 06 may 2021-ci il tarixdə Cavabdeh2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanına xəbərdarlıq məktubu göndərilərək dəvət edilməsinə və şəxsən iddiaçı ilə əlaqə saxlayaraq dəvət etməyinə baxmayaraq Cavabdeh2 audit yoxlamasında iştirak etməkdən imtina etmişdir. O, özündə heç bir sənədin olmadığını bildirmişdir. 27 aprel 2021-ci il tarixdə "xxxx" QSC-nin İddiaçı haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə edilmiş müraciətə 04 may 2021-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, İddiaçı (2********) xx.xx.1991-ci il tarixdə 12 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır, 2005-ci ildən 10 rəqəmli VÖEN-ə keçilib. 10 rəqəmli VÖEN alınması üçün isə müəssisə tərəfindən vergi orqanına müraciət edilməmişdir, ona görə də əməliyyatlar aparılmamışdır. Belə nəticə çıxır ki, müəssisə qeyri qanuni yolla fəaliyyətini dondurmuşdur. Yəni müəssisənin fəaliyyətinin dondurulması barədə Təsisçi "xxxx" Səhmdar Cəmiyyətinin və Vergi Orqanının xəbəri olmamışdır. Halbuki, İddiaçı Nizamnaməsinin 8.3 bəndində göstərilir ki, müəssisənin yenidən təşkili və ləğvi təsisçinin qərarı ilə və yaxud qanunvericilikdə müəyyən edilmiş hallarda həyata keçirilir. İddiaçı direktoru Cavabdeh2 tərəfindən sənədlərin təqdim edilməməsinə baxmayaraq "xxxx" Səhmdar Cəmiyyətinin Arxiv sənədlərinin araşdırılması nəticəsində Auditor müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini araşdıraraq müəyyən nəticələr əldə edə bildi(surəti təqdim olunur) müəyyən edildi ki, 1991-1992-ci illərdə İddiaçı nizamnamə fondu tam formalaşmışdır və mühasibat balanslarında Cavabdeh2 və baş mühasibin imzası və möhürlə təsdiq olunmuşdur. "xxxx" SC-i onları İdarə Heyətinə dəvət eləsə də onlar gəlmədilər və qərəzli olaraq məsuliyyətdən yayındılar. Ona görə də "xxxx" SC-i onları Cavabdeh2 və Cavabdeh1ı məsuliyyətə cəlb eləmək və öhdəliklərini ödətmək üçün ünvan 2qayıt Şəhər Məhkəməsinə xx.xx.2021-ci il tarixli 62 saylı İddia Ərizəsi ilə müraciət etmişdir. ünvan 2qayıt Şəhər Məhkəməsi xx.xx.2021-ci il tarixə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə 1 cilddə 121 vərəqədə sorğu göndərərək toplanmış materialların tədqiq olunmasını xahiş etmişdir. Sonradan xx.xx.2021-ci il tarixli 9/7404 saylı ekspert vəsatətinə cavab olaraq xx.xx.2021-ci il tarixdə 35 vərəqədə əlavə sənədlər təqdim edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə X2 13.1ixtisas sahəsi üzrə: məhkəmə-mühasibat ekspertizası, mühasibat uçotu qeydlərini, təsərrüfat subyektinin maliyyə vəziyyətini və maliyyə-iqtisad göstəricilərini tədqiq etməklə xx.xx.2021-ci il tarixli 9/7404 saylı ekspert rəyi tərtib edərək Məhkəməyə göndərmişdir. Beləliklə, iddia tələbinin əsaslı olması iş üzrə təyin edilmiş ekspertiza rəyində də, öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, N29/7404 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş "xxxx" SC-i ilə İddiaçı km-i arasında bağlanmış xx.xx.1991-ci il tarixli Təsis müqaviləsinə əsasən "Xəzər SC-i tərəfindən İddiaçı km-nin nizamnamə fonduna 28.793.600 rubl (manat) məbləğində əmlak şəklində, o cümlədən 7.000.000 rubl (manat) məbləğində nəğd vəsait qoyulmuş və nəğd vəsait şəklində qoyulmuş 7.000.000 rubl (manat) məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 saylı "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanının 1 -ci bəndi, 3-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 189 saylı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanının 1 -ci bəndi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizləri nəzərə alınmaqla xx.xx.2021-cı il tarixə (Ekspertiza təyini haqqında qərardadın tarixi) manat ekvivalenti 678.199,20 manat məbləğində müəyyən edilmişdir. Ekspertizanın Rəyində məbləğ 678199 manat olsa da, biz əvvəlki iddia tələbini dəyişməmişlər, elə 480000 manat olaraq qalıb. ünvan 2qayıt Şəhər Məhkəməsi 24 dekabr 2021-ci il tarixli 2(060)-6124/2021 saylı Qətnaməsi ilə həmin Ekspert Rəyi əsasında "xxxx" SC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərindən əmələ gələn borcların - 480000 manat pulun və 31 manat dövlət rüünvan 2unun onlardan tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qət etmişdir. Həmin Qətnamədən narazı qalan cavabdehlər ünvan 2qayıt Apellyasiya Məhkəməsinə şikayətlə müraciət etmişlər. ünvan 2qayıt Apellyasiya Məhkəməsində müəyyən edilmişdir ki, Məhkəməyə İddiaçı km-i adından və Kommersiya Məhkəməsinə müraciət olunmalıdır. Ona görə də "xxxx" SC-i tərəfindən ərizə ilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, iddiadan imtina barədə ərizə təqdim etmişdir. ünvan 2qayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)- 785/2022 saylı Qərardadı ilə ərizə təmin edilmişdir. Bundan sonra İddiaçı km-i tərəfindən ünvan 2qayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərindən əmələ gələn borcların - 480000 manat pulun, 200 manat Məhkəmə Ekspert xərclərinin, 31 manat dövlət rüünvan 2unun və ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin onlardan tutularaq İddiaçınə ödənilməsi barədə Qərar qəbul edilməsi xahiş olunmuşdur. ünvan 2qayıt Kommersiya Məhkəməsi özünün xx.xx.2022-ci il tarixli iş № e-2- 2(119)-1824/2022 saylı Qərardadı ilə İddiaçı tərəfindən cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “Müqavilə öhdəliklərindən əmələ gələn borcların məcburi tutulması” tələbinə dair iddia ərizəsinin iddiaçıya geri qaytarılmış və iddiaçıya izah olunmuşdur ki, həmin cavabdehlərə qarşı vermiş olduğu tələb üzrə aidiyyatı üzrə müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Ona görə də İddiaçı km-i hal-hazırda ünvan 2qayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı nümayəndəsi və vəkili Vəkil2 eyni məzmunlu ifadə verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili A.N.Heydərov iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddia tələbinin dəlilləri tamamilə qanunsuz və əsassızdır. Hazırki iddia tələbinin xahiş hissəsi və əsaslandırma hissəsi ilə birə-bir eyni olan iddia ərizəsi ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X25 Q.O.Kərimov ünvan 2qayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərindən əmələ gələn borcların - 480000 manat pulun və 30 manat dövlət rüünvan 2unun onlardan tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin iş də, ünvan 2qayıt şəhər Məhkəməsinin hakimi Rəşad Qoşqarlının icraatına verilmiş, hakim iddia tələbinin əsaslılığını təşkil edən hər hansı ilkin sübutlar olmadan, iddia müddətinin keçməsinin iddiaçının təqdim etdiyi sənədlərlə təsdiq olunmasına baxmayaraq tələb olunan pulun məzənnə çevrilməsinin aparılması üçün ekspertizaya göndərmiş və sonda həmin hakim tərəfindən qanunsuz iddia tələbinin təmin edilməsi barədə 2(060)-6124/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Onlar həmin qətnamədən apellyasiya şikayəti vermişlər və işə apellyasiya qaydasında baxılan zaman iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbindən imtina etmiş və ünvan 2qayıt Apellyasiya Məhkəməsinin 2(105)-785/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı "xxxx" QSC-nin X25 Q.O.Kərimovun iddiadan imtina barədə ərizəsi təmin edilmiş və həmin iddia üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşin hallarından görünür ki, keçmiş iddiadan imtina edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hazırki İddiaçı yeganə təsisçisidir və Kiçik Müəssisənin nizamnamə kapitalında 100% paya sahibdir. Yəni, hazırki iddiaçı ilə keçmiş iddiaçı eyni tərəfdir. Hazırki iddiaçının iddia tələbinin eyni predmet və eyni əsasa malik olması isə işin mübahisəsiz halıdır. Hazırki iddiaçı keçmiş iddiaçının iddia ərizəsindəki əsaslandırmasını birə-bir eyni formada hazırki məhkəməyə təqdim etmişdir. Belə olan təqdirdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində qanunsuz iddianı qəbul etmiş hakim, həmin işdəki iddiaçı iddia tələbindən imtina etdiyindən və iddia tələbi üzrə icraata xitam verildiyindən MPM-nin 153.2.2-ci maddəsinə istinad etməklə iddia ərizəsini qəbul etməkdən imtina etmək əvəzinə işi icraata qəbul etmiş və məhkəmə iclasları təyin etməklə əvvəl baxdığı iş üzrə təkrar araşdırma aparmaq niyyətində olmuşdur. İddiaçı tərəfindən ünvan 2qayıt şəhər Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində göstərilmişdir ki, ....Auditorun Aktına görə 1991-1992-ci illərdə ilkin təsis payı 28793600 manat olmaqla, 1999-cu ilin 01 yanvar tarixinə Nizamnamə Kapitalı 47386000 manat olmuşdur. 54653000 manat məbləğində əsas vəsait, 20082000 manat mal-material olmuşdur. Sonradan ödədikləri ******* manat ******* manat pul vəsaiti əmlak olaraq verdikləri materiallar 11000000 manat dəyərində mal- materiallar. Təsis Müqaviləsinə əsasən hər ilin yekunlarına görə əldə olunan mənfəətdən 15% divident. Beləliklə, onlara bəlli olan material və pul qiymətləri bu günə olan reallıqla 480000 manat olaraq ödənilmişdir. İddiaçının həmin dəlilləri elə iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində ilkin təsis payının “Auditorun Aktına görə 1991-1992-ci illərdə 28793600 manat olduğunu qeyd etsə də, iddiaçının məhkəməyə təqdim etdiyi 01 iyun 1995-ci il tarixli Təsis Müqaviləsinin 4-cü bəndində göstərilmişdir ki, Təsisçi yəni, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı KM-nin normal fəaliyyət göstərməsi üçün Nizamnamə fonduna 28793600 manat məbləğində əmlak, o cümlədən ******* manat pul vəsaiti köçürür.” Ortaya belə bir sual çıxır Əgər, İddiaçı KM 1991-ci tarxində yaradılmışdısa, onda Təsis müqaviləsi nə üçün 1995-ci il tarixində bağlanmışdır? Əgər 1991-1992-ci ilərdə ilkin təsis payının 28793600 manat olduğu iddia ərizəsində göstərilmişsə, nə üçün 1995-ci il tarixli Təsis Müqaviləsində həmin məbləğin Nizamnamə fonduna köçürüləcəyi gəstərilmişdir?. Daha bir ziddiyyətli məqam ondan ibarətdir ki, 1994-cü il tarxində yenidən qeydiyyatdan keçmiş İddiaçı KM-nin Nizamnaməsinin 4.2-ci bəndində xalis gəlirin hər kvartalda aşağıdakı qaydada yəni, 10% təsisçiyə verildiyi və onların təqdim etdiyi hesaba köçürüldüyü, 90% gəlirin isə müəssisəsnin ixtiyarında qaldığı gösətərilmişdir. 01 iyun 1995-ci il tarixli Təsis Müqaviləsinin 7-ci bəndində isə Təsisçinin hesabına ayırmaların 15% olduğu gösərilmişdir. Bütün bu ziddiyyətlər bir halı sübut edir ki, KM təsis edilən zaman yəni, 1991-ci il tarixində hər hansı Təsis payı verilməmiş, 1995-ci ildə tərtib olunmuş Təsis Müqaviləsində hansı ki, həmin müqavilə 4 il sonra deyil, KM yaradılan zaman bağlanmalı idi, yenədə KM-yə hər hansı əmlak və pul verilməmişdir. Qeyd edilən əmlakların verilməsini və pulun KM-yə köçürülməsini təsdiq edən hər hansı mötəbər sübut, indiyədək məhkəməyə təqdim edilməmişdir. 09 iyun tarixindən başlanmış 21 iyun 2021-ci il tarixində yekunlaşmış və qanunsuz şəkildə aparılmış, əvvəlki iddiada "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, hazırki iddiada isə İddiaçı KM tərəfindən istinad edilmiş audit yoxlamasına dair aktda göstərilmişdir ki, İddiaçı KM-nin direktoru Cavabdeh2 tərəfindən sənədlərin təqdim edilməməsinə baxmayaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arxiv sənədlərinin araşdırılması nəticəsində müəyyən edildi ki, 1991-92-ci illərdə İddiaçı KM-nin nizamnamə fondu tam formalaşmışdır. Bundan əlavə Cəmiyyətin mühasibatlığında tərtib edilmiş mühasibat uçotu kartoçkasında göstərilmişdir ki, Təsisçi tərəfindən İddiaçı KM-nə 1993-cü ilin noyabr ayında 2000000.00 manat məbləğində 1 ədəd transformator TH-250 əsas vəsait verilmiş, Nizamnamə fonduna 1995-ci ilin dekabr ayında ******* manat, 1996-cı ilin noyabr ayında ******* manat pul vəsaiti köçürülmüşdür. Yoxlama nəticəsində müəyyən olundu ki, İddiaçı KM-nin rəhbərliyi tərəfindən imza və möhürlə təsdiq edilmiş xx.xx.1996cı il tarixə olan müəssisənin balansında nizamnamə kapitalı ********.0 manat məbləğində olmuşdur. Balansa əsasən həmin tarixə müəssisənin ********.0 manat məbləğində əsas vəsaiti, ******* manat məbləğində mal qalığı olmuşdur. 01 yanvar 1999-cu il tarixə olan müəssisənin balansında nizamnamə kapitalı ********.0 manat məbləğində olmuşdur. Balansa əsasən həmin tarixə müəssisənin ********.0 manat məbləğində əsas vəsaiti, ********.00 manat məbləğində mal- material qalığı olmuşdur. Sonrakı dövlərin arxiv sənədlərində İddiaçı KM-nin balans göstəriciləri aşkar edilmədi. Belə görünür ki, sonrakı dövlərdə müəssisə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə balans göstəriciləri haqqında məlumat verməmişdir. X23 göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı KM-nin Nizamnamə fonduna qoyduğu vəsaitdən əlavə, sonrakı dövrlərdə qoyduğu pul vəsaitlərinin və əsas vəsaitlərin məbləği müəyyənləşdirilmədi. İddiaçı KM-nin maliyyə təsərrüfat fəaliyyətinin nəticələri illərlə bəlli olmadığı üçün, təsisçiyə verilməli olan dividentin məbləğini müəyyənləşdirmək mümkün olmadı. İlk növbədə bildirir ki, KM-nin Audit yoxlamasınınn aparılması tamamilə qanunsuz olmuşdur. Belə ki, Audit 20-25 il sonra İddiaçı KM- nin hər hansı maliyyə-mühasibatlıq sənədləri olmadan belə bir yoxlamanın aparılmasından, müvafiq sənədlər olmadığına görə imtina etməli olduğu halda, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş sənədlər üzrə təhrif olunmuş formada Akt tərtib etmişdir. Belə ki, həmin Aktda 1991-92-ci illərdə İddiaçı KM-nin nizamnamə fondu tam formalaşdığını göstərsə də, bunun təsdiq edən hər hansı sübuta istinad etməmiş, nizamnamə fondunu təşkil edən, 1991-1992-ci ilərdə ilkin təsis payının 28793600 manat olduğu göstərilsə də, nə üçün 1995-ci il tarixli Təsis Müqaviləsində həmin məbləğin Nizamnamə fonduna köçürüləcəyinin qeyd olunduğunu araşdırmamış, ümumiyyətlə belə bir köçürmələrin olub-olmadığına dair hər hansı mötəbər sübuta istinad etməmiş, nəticədə tərəfli şəkildə yazılmış akt tərtib etmişdir. Həmçinin bildirir ki, əvvəlki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi üzrə işə baxılan zaman, SC-nin direktoru Qüdrət Kərimov Məhkəmə iclasında verdiyi izahatında, SC-nin Təftiş Komissiyasının hər 2-3 ildən bir KM-nin fəaliyyətini yoxlamağa səlahiyyətli olduğunu bildirsə də, aradan keçən 20-25 il müddətində Təftiş Komissiyasının nə üçün yoxlama aparmadığını, iddia ərizəsində qeyd olunduğu kimi KM-nin direktoru vəzifə saəlahiyyətlərindən sui-istifadə edirdisə, onun və müəssisəsinin fəaliyyəti barəsində nə üçün hüquq müstəvisində iddia qaldırmadığı sualına “mərhəmət etmişəm” məhkəməyə verməmişəm” deyərək, heç bir məntiqə uyğun gəlməyən cavab vermişdi. Halbuki, 2021-ci il tarixli Audit Aktında göstərilmişdir ki, 10 may 1996-cı il tarixində "xxxx" QSC-nin Təftiş- Nəzarət şöbəsinin rəisi H.Həsənlizadənin Cəmiyyətin prezidenti Q.Kərimova ünvanladığı xidməti məruzədə şöbənin 1996-cı ilə aid iş planına əsasən may ayında İddiaçı KM-də 1995-ci ilə aid maliyyə- təsərrüfat fəaliyyəti sənədli təftiş edilməli olduğu halda, həmin müəssisənin 9-cu mikrorayondakı ofisinə gələrkən müəyyən olunmuşdur ki, orada başqa təşkilat yerləşir və KM-nin direktoru Cavabdeh2 ümumiyyətlə ünvan 2qayıtda olmadığı aşkar edilmişdir. Burda yenə də, ziddiyyətli bir məqam ortaya çıxır. Belə ki, əgər, Cavabdeh2 fəaliyyətini dayandırıb həmin ünvandan getmişdisə, onda nə üçün 1996-cı il tarixində "xxxx" QSC-nin Təftiş-Nəzarət şöbəsinin rəisi H.Həsənlizadənin Cəmiyyətin prezidenti Q.Kərimova ünvanladığı xidməti məruzəyə baxmayaraq, bu barədə hüquqi addımlar atılmamış, əksinə 1997-ci il tarixində onunla fərdi əmək müqaviləsi bağlanmışdır. Bütün bunlardan görünür ki, KM-nin fəaliyyətinin dayandırılması "xxxx" QSC-nin Təftiş- Nəzarət şöbəsinin rəisi barədə ən geci 1996-cı il tarixində məlumatı olmuş, lakin həmin vaxtdan 25 il keçdikdən sonra bu qanunsuz tələblə məhkəməyə müraciət etmişdir. Bu faktı həmçinin əvvəlki işə baxlan zaman "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş protokoldan çıxarışlar və "xxxx" QSC-nin Təftiş-Nəzarət şöbəsinin rəisinin təqdimatları da təsdiq edir. Göründüyü kimi əvvəlki iddiaçı "xxxx" QSC-nin özü tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı KM-nin fəaliyyətinin dayanması barədə ən geci 1996-cı il tarixində məlumat olmasına baxmayaraq, 27 il sonra bütün iddia müddətləri ötürülməklə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, hazırki pul tələbi üzrə qanunla müəyyən edilmiş 10 illik ümumi iddia müddəti də, daxil olmaqla bütün iddia müddətlərini ötürməklə məhkəməyə müraciət edilmişdir. Digər bir qanunsuz məqam ondan ibarətdir ki, "xxxx" QSC-nin İddiaçı KM-nin direktoru Akif Nuriyev tərəfindən imzalanmış iddia ərizəsində göstərilmişdir ki, ...Cavabdeh2 müəssisənin möhrünü gətirib təhvil verib, ancaq "xxxx" deyir. Müəssisənin ərazisindən 2 anbara oxşar tikilini, bir ofis binasını həyəti ilə birlikdə təhvil verib. Ancaq “sənədlər yoxdur” deyir. O, hələlik "xxxx" QSC-nin binasında oturur. O, müəssisənin fəaliyyətini bərpa etdirmişdir. Yenidən dövlət qeydiyyatına alınıb və 10 rəqəmli yeni VÖEN verilib. ünvan 2qayıt Apellyasiya Məhkəməsinin tövsiyyəsinə əsasən yenidən dövlət qeydiyyatından keçəndən sonra halhazırda müəssisənin adından Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərindən əmələ gələn borcların məcburi tutulması ərizəsi ilə İddiaçı KM adından ünvan 2qayıt şəhər Məhkəməsinə müraciət edirlər. Burda kifayət qədər ziddiyyətli və qanunsuz məqamlar ortaya çıxır. Əvvəla, yeni təyin olunmuş direktor, təyin olunduqdan qısa bir müddət sonra əvvəlki iddiaçının sübuta yetirə bilmədiyi hansı halları araşdırıb sübuta yetirmiş, cavabdehlərin müqavilə üzrə borclarının olması qənaətinə gəlmişdir. ikincisi, əvvəlki iddiaçı "xxxx" QSC iddia tələbindən imtina etdiyi halda və imtina üzrə qərardadında hər hansı bir “tövsiyə” qeyd olunmadığı halda, ünvan 2qayıt Apellyasiya Məhkəməsinin tövsiyyəsi dedikə nəyi nəzərdə tutur. Beləliklə, qeyd olunanları nəzərə alaraq, qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə mübahisələndirdiyindən iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1991-ci il tarixli “Təsis müqaviləsi”nin surətindən görünür ki, gələcəkdə Təsisçi adlanan "xxxx" Səhmdar Cəmiyyəti, Nizamnamə əsasında fəaliyyət göstərən prezident X15 bir tərəfdən, İddiaçı, Nizamnamə əsasında fəaliyyət göstərən müəssisənin direktoru Cavabdeh2 mövcud qanunvericiliyə və Nizamnaməyə uyğun olaraq aşağıdakılar barədə müqavilə bağladılar: 1. Tə”sisçi və təşəbbüs qrupunun birgə tə”sis etdiyi İddiaçı hüquqi ünvanı Azərbaycan Respublikası ünvan 2qayıt şəhəridir . 2. Təsisçi İddiaçı normal fəaliyyət göstərməsi üçün hər cür maddi və mənəvi, yardım göstərməyi öhdəsinə götürür. 3.İddiaçı hüquqi şəxsdir. Öz adından müqavilələr bağlamaq, əmlak hüququ əldə etmək, öz fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşımaq, məhkəmə orqanlarında iddiaçı və cavabdeh olmaq hüququna malikdir. 4. Təsisçi İddiaçı normal fəaliyyət göstərməsi üçün Nizamnamə fonduna 28.793.600 manat məbləğində əmlak, o cümlədən 7.000.000 manat məbləğində pul vəsaiti köçürür. 5. İddiaçı öhdəsinə götürür: -Nizamnamə və tə”sis müqaviləsinin şərtlərinə uyğun fəaliyyət göstərməyi; Onun sərəncamında olan Tə”sisçi əmlakının qorunub saxlanmasını; -İstehsal etdiyi mallar və məshullara dair Tə”sisçinin sifarişlərinə üstünlük verilməsini; -Müəyyən edilmiş müddətdə Tə”sisçinin hesabına ayırmaların köçürülməsini; Təsisçi və İddiaçı bir-birinin öhdəliklərinə cavabdehlik daşımırlar. İddiaçı üçün aşağıdakı limitlər müəyyən edilmişdir: Tə”sisçinin hesabına ayırmalar-15%. Təsərrüfat hesablı gəlirdən vahid istehsalat və sosial inkişaf fonduna ayırmalar-15%, Təsis müqaviləsi imzalandığı gündən qüvvəyə minir. İşdə olan xx.xx.1997-ci il tarixli, №166 saylı “Fərdi əmək müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 "xxxx" Səhmdar Cəmiyyətinin rəhbəri Q.O.Kərimov tərəfindən İddiaçı direktoru kimi işə qəbul edilmişdir. İşə əlavə olan xx.xx.1995-ci il tarixli “Təsis müqaviləsi”nin surətindən görünür ki, gələcəkdə Təsisçi adlanan "xxxx" Səhmdar Cəmiyyəti, Nizamnamə əsasında fəaliyyət göstərən prezident Q.O.Kərimov bir tərəfdən, İddiaçı, Nizamnamə əsasında fəaliyyət göstərən müəssisənin direktoru Cavabdeh2 mövcud qanunvericiliyə və Nizamnaməyə uyğun olaraq aşağıdakılar barədə müqavilə bağladılar: 1.Təsisçi və təşəbbüs qrupunun birgə təsis etdiyi İddiaçı hüquqi ünvanı Azərbaycan Respublikası ünvan 2qayıt şəhəridir; 2.Təsisçi İddiaçı normal fəaliyyət göstərməsi üçün hər cür maddi və mənəvi, yardım göstərməyi öhdəsinə götürür; 3. İddiaçı hüquqi şəxsdir. Öz adından müqavilələr bağlamaq, əmlak hüququ əldə etmək, öz fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşımaq, məhkəmə orqanlarında iddiaçı və cavabdeh olmaq hüququna malikdir. 4. Təsisçi İddiaçı normal fəaliyyət göstərməsi üçün Nizamnamə fonduna 28.793.600 manat məbləğində əmlak, o cümlədən 7.000.000 manat məbləğində pul vəsaiti köçürür. 5. İddiaçı öhdəsinə götürür: Nizamnamə və tə”sis müqaviləsinin şərtlərinə uyğun fəaliyyət göstərməyi; Onun sərəncamında olan Tə”sisçi əmlakının qorunub saxlanmasını; İstehsal etdiyi mallar və məshullara dair Təsisçinin sifarişlərinə üstünlük verilməsini; Müəyyən edilmiş müddətdə Təsisçinin hesabına ayırmaların köçürülməsini; Təsisçi və İddiaçı birbirinin öhdəliklərinə cavabdehlik daşımırlar; İddiaçı üçün aşağıdakı limitlər müəyyən edilmişdir; Təsisçinin hesabına ayırmalar-15%; Təsərrüfat hesablı gəlirdən vahid istehsalat və sosial inkişaf fonduna ayırmalar-15%; Təsis müqaviləsi imzalandığı gündən qüvvəyə minir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli, №166 saylı “Fərdi əmək müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 "xxxx" Səhmdar Cəmiyyətinin rəhbəri Q.O.Kərimov tərəfindən İddiaçı direktoru kimi işə qəbul edilmişdir. İşə əlavə olan xx.xx.1997-ci il tarixli, №161 saylı “Fərdi əmək müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 "xxxx" Səhmdar Cəmiyyətinin rəhbəri Q.O.Kərimov tərəfindən İddiaçı direktor müavini kimi işə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nəzarət şöbəsinin rəisi Ə.B.Qəhrəmanov tərəfindən xx.xx.2021-ci il tarixli təqdimatından görünür ki, tapşırığa əsasən "xxxx" SC-nin İddiaçı fəalıyyəti ilə maraqlandı. Lakin, heç bir məlumat əldə edə bilmədi. İddiaçı km-nin direktoru X17 telefonlara cavab vermir. Rafikin bir qardaşı X18 ilə (***-***-**-**) telefonla danışdı dedi ki, Rafiqə xəbər edəcəyik, gələcək”. Digər qardaşı X12 ünvan 2qayıt şəhəri, mk/r 5, ev 23/138, mənzil 30) evinə xx.xx.2021-ci il tarixdə getdi və Sadıq dedi ki, “Rafik bu ayın axırında gələcək”. X24 zəng edib araşdırma ilə əlaqədar Tumasov qardaşlarını çağırdıqda auditora deyiblər ki, “Gələcəyik, amma biz o müəssisəni ləğv etmişik”. Həmin müəssisənin təsisçisi "xxxx" SC-dir X3 direktordu müəssisənin ləğv edilməsi direktorun səlahiyyətində deyil, çünki onun özünü "xxxx" SC-i təsisçi olaraq müəssisəyə direktor təyin edib. Müəssisəni "xxxx" SC-i yaradıb və müəssisəni "xxxx" SC-i ləğv edə bilər. "xxxx" SC-nin İddiaçı km-də 28.793.600 manat Nizamnamə kapitalı var, 7.000.000 manat pul olmaq şərtilə. Dəfələrlə o, müəssisəyə ayrılmış pullarla maraqlandı ki, pullar haradadır, niyə hesabat verilmir. Hər dəfə ona Tumasov qardaşları deyiblər ki, Cavabdeh2 xaricdədir. Apardığı araşdırmadan həmçinin məlum oldu ki, ondan əvvəl Nəzarət-Təftiş şöbəsinin rəisi işləmiş H.H.Həsənəlizadə təqdimatinda göstərir ki, İddiaçı km-ə aid maliyyə-təsərrüfat fəaliyyətini sənədli təftiş etmək üçün həmin müəssisənin ünvan 2qayıt şəhəri, mk/r 9 da yerləşən ofisinə gələrkən müəyyən oldu ki, hazırda orda tamamilə başqa təşkilat yerləşir və müəssisənin müdiri Cavabdeh2 ümumiyyətlə ünvan 2qayıtda olmamağı aşkar oldu və həm də mühasibat sənədlərinin də harada olması Tumasovun ünvan 2qayıtda peyda olmasından sonra məlum olacaqdır”. Təqdimatdan da görünür ki, o vaxtlar da, hal-hazırda da eyni qaydada Cavabdeh2 Təsis müqaviləsi üzrə götürdüyü öhdəlikdən yayınır. Xahiş edir bunula bağlı konkret olaraq Qərar qəbul edilsin. Cavabdeh2 tapıb gətirilməsi üçün ya məhkəməyə, ya da hüquq-mühafizə orqanlarına müraciət edilsin. Müəssisənin fəaliyyətini təmin etmək üçün gəlib hesabat versin. Çünki mühasibatlıqda apardığı araşdırmadan məlum oldu ki, Cavabdeh2 indiyə qədər təsis müqaviləsinə əsasən 15% "xxxx" SC-nə ödəməli olduğu vəsaitdən heç bir gəlir ödəməyib. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin idarə Heyəti bildirir ki, xx.xx.1991-ci il tarixdə 12 saylı Şəhadətnamə ilə ünvan 2qayıt Şəhəri Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin Qərarı ilə Dövlət qeydiyyatına alınmış, xx.xx.1994-cü il tarixdə 15334 sayla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində təkrar Qeydiyyata alınaraq, təsdiq edilmiş Nizamnaməyə əsasən İddiaçı "xxxx" Səhmdar Cəmiyyəti təsis etmişdir və "xxxx" Səhmdar Cəmiyyəti Sizi həmin müəssisəyə direktor təyin etmişdir. "xxxx" Səhmdar Cəmiyyəti təsis etdiyi İddiaçı km-ə 28.793.600 manat məbləğində əmlak, o cümlədən 7.000.000 manat məbləğində pul vəsaiti köçürüb. Siz isə həmin müəssisənin direktoru kimi sizinlə bağlanmış Təsis müqaviləsinə əsasən Təsisçinin hesabına 15% ayırmaların köçürülməsini indiyədək həyata keçirməməlidir. Təsisçi qarşısında heç bir hesabat verməyərək dələduzluq edərək, gizlənərək hələ də yayınırsınız. Təsisçinin, Auditorun, həmçinin "xxxx" SC-in Nəzarət şöbəsinin rəisinin sizə edilən telefon zənglərinə cavab vermirsiniz. Qardaşlarınız (Tumasov Tofiq və Tumasov Sadıq) Auditor və Şöbə rəisinə görüşdə və telefon zənglərində bildirmişlər ki, “Rafik bu ayın axırında, yəni 2021 -ci il aprelin axırı tarixdə gələcək, amma biz o müəssisəni ləğv etmişik”, Əvvəla onu nəzərinizə çatdıraq ki, həmin müəssisənin Təsisçisi "xxxx" SC-dir, siz sadəcə direktorsunuz və müəssisənin ləğv edilməsi direktorun səlahiyyətində deyil, çünki sizin özünüzü ‘Xəzər” SC-i Təsisçi olaraq müəssisəyə direktor təyin edib və hələdə siz direktor olaraq Təsisçi qarşısında maddi məsul şəxs kimi məsuliyyət daşıyırsınız. Odur ki, "xxxx" Səhmdar Cəmiyyətinin İdarə Heyəti bir daha xəbərdarlıq edir ki, təcili olaraq "xxxx" SC-nin Ofisinə gələrək, indiyə qədər Təsis müqaviləsinə əsasən 15% "xxxx" SC-nə ödəməli olduğunuz vəsaiti və təsis payının bu günki vəziyyəti haqqında Təsisçi qarşısında yazılı hesabat verməyiniz tələb olunur. Əks təqdirdə sizin bu dələduzluq əməlləriniz barədə hüquq müstəvisində ölçü götürülməsi üçün məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət ediləcək. İşə əlavə olan Azərbaycan Respublikası "xxxx" Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin idarə Heyəti bildirir ki, xx.xx.1991-ci il tarixdə 12 saylı Şəhadətnamə ilə ünvan 2qayıt Şəhəri Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin Qərarı ilə Dövlət qeydiyyatına alınmış, xx.xx.1994-cü il tarixdə 15334 sayla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində təkrar Qeydiyyata alınaraq, təsdiq edilmiş Nizamnaməyə əsasən İddiaçı "xxxx" Səhmdar Cəmiyyəti təsis etmişdir və "xxxx" Səhmdar Cəmiyyəti Sizin qardaşınız Cavabdeh2 həmin müəssisəyə director, sizi isə həmin məssisəyə director müavini təyin etmişdir. "xxxx" Səhmdar Cəmiyyəti təsis etdiyi İddiaçı km-ə 28.793.600 manat məbləğində əmlak, o cümlədən 7.000.000 manat məbləğində pul vəsaiti köçürüb. Müəssisə isə onunla bağlanmış Təsis müqaviləsinə əsasən Təsisçinin hesabına 15% ayırmaların köçürülməsini indiyədək həyata keçirməməlidir. Cavabdeh2 Təsisçi qarşısında heç bir hesabat verməyərək dələduzluq edərək, gizlənərək hələ də yayınır. Təsisçinin, Auditorun, həmçinin "xxxx" SC-in Nəzarət şöbəsinin rəisinin telefon zənglərinə Cavabdeh2 cavab vermir. Qardaşlarınız (Tumasov Tofiq və Siz) Auditor və Şöbə rəisinə görüşdə, həmçinin, telefon zənglərində bildirmisiniz ki, “Rafik bu ayın axırında, yəni 2021 -ci il aprelin axırı tarixdə gələcək, amma biz o müəssisəni ləğv etmişik”, Əvvəla onu nəzərinizə çatdıraq ki, həmin müəssisənin Təsisçisi "xxxx" SC-dir, Cavabdeh2 sadəcə director, siz isə director müavisiniz və müəssisənin ləğv edilməsi direktorun, director müavinin səlahiyyətində deyil, çünki Cavabdeh2 və sizin özünüzü ‘Xəzər” SC-i Təsisçi olaraq müəssisəyə direktor təyin edib və hələdə Cavabdeh2 director, siz director müavini olaraq Təsisçi qarşısında maddi məsul şəxslər kimi məsuliyyət daşıyırsınız. Odur ki, "xxxx" Səhmdar Cəmiyyətinin İdarə Heyəti bir daha xəbərdarlıq edir ki, təcili olaraq "xxxx" SC-nin Ofisinə gələrək, indiyə qədər Təsis müqaviləsinə əsasən 15% "xxxx" SC-nə ödəməli olduğunuz vəsaiti və təsis payının bu günki vəziyyəti haqqında Təsisçi qarşısında yazılı hesabat verməyiniz tələb olunur. Əks təqdirdə Cavabdeh2 və sizin bu dələduzluq əməlləriniz barədə hüquq müstəvisində ölçü götürülməsi üçün məhkəməyə və hüquqmühafizə orqanlarına müraciət ediləcək. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nəzarət şöbəsinin rəisi Ə.B.Qəhrəmanov tərəfindən xx.xx.2021-ci il tarixli təqdimatından görünür ki, "xxxx" QSCnin İdarə Heyətinin ona həvalə olunmuş tapşırığına əsasən "xxxx" Səhmdar Cəmiyyətinin təsis etdiyi İddiaçıə direktor təyin etdiyi Cavabdeh2 mənzilinə Cəmiyyətin axırıncı rəsmi Xəbərdarlıq məktubunu Cavabdeh2 barədə gələcəkdə məhkəmə iddiası və onun dələduzluğuna görə hüquq-mühafizə orqanlarına müraciət etmək üçün aparmışdır.Çox çətinliklə də olsa xx.xx.2021 -ci il tarixdə (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr, məhəllə 593, mənzil 70) Cavabdeh2 yaşadığı ünvanı tapmış. Ünvan həqiqətən də Xəbərdarlıqda göstərilən yerdə yerləşir. Baxmayaraq ki, poçt vasitəsilə Xəbərdarlıq göndərilsə də poçt zərfinin üzərində əsassız olaraq “ünvan tam deyil” yazılaraq, geri qaytarılmışdır. Lakin o, şəxsən həmin ünvana getmiş və ünvan tamamilə düzdür. Çünki o, axırıncı dəfə məcbur olub Polis İdarəsinə şifahi müraciət etmiş və Polis İdarəsi ona kömək üçün öz nümayəndəsini təqdim etdi. Həmin polis nümayəndəsi ilə Xəbərdarlıqda göstərilən ünvana getmiş, qapını döymüş və Cavabdeh2 özü qapını açdı. O, Cavabdeh2 demişdir ki, “Ayıb deyilmi sənə? Sən "xxxx" SC-nin təsis etdiyi müəssisədə maddi məsul şəxssən, müəssisənin direktorusan. Nə hesabat verirsən, nə telefonlara cavab verirsən. Bizə xəbər göndərirsən ki, Rusiyadayam, Belorusiyadayam. 10 günə gəlirəm, ayın axırına gəlirəm. Lakin gəlib çıxmırsan. Əsasən də səndə "xxxx" SC-i tərəfindən verilmiş 7 milyon manatlıq pul vəsaiti, 28 milyon manatlıq əmlak var. Sən bunların hesabatını, izahatını verməlisən axı”. Daha sonra poçt zərfində olan Xəbərdarlığı Cavabdeh2 təqdim etmişdir. Cavabdeh2 məktubu götürüb, ona bildirdi ki, poçt xəbərnaməsini məktubu qəbul etdiyinə görə imza et. Lakin o, imza etməkdən imtina etdi. Dedi ki, “X28 zəng edib danışacağam”. O, bu Təqdimatı ona görə yazır ki, həmin poçt zərfində olan rəsmi xəbərdarlığı o, şəxsən özüm Cavabdeh2 ünvanına xx.xx.2021- ci il tarixdə gedərək, şəxsən özünə təqdim etmişdir. İş materiallarında olan 05 iyun 2021-ci il tarixli 281 saylı müqaviləyə əsasən "xxxx" Səhmdar Cəmiyyətində aparılmış audit yoxlamanın nəticəsinə dair yekun sənədlərin təhvil-qəbul aktından görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor X14, "xxxx" Səhmdar Cəmiyyəti ilə bağlanmış 05 iyun 2021-ci il tarixli 281 saylı auditor xidməti müqaviləsinə uyğun olaraq, Cəmiyyətin təsis etdiyi “Termoplast“ X7 kapitalına qoyduğu əmlak və pul vəsaitinin düzgünlüyünün müəyyənləşdirilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsini dəqiqləşdirmək məqsədi ilə Cəmiyyətdə audit yoxlaması aparmışdır. Yoxlama "xxxx" SC-nin X4nun iştirakı ilə aparılmışdır. Yoxlama 09 iyun 2021-ci ildə başlayıb, 21 iyun 2021-ci ildə başa çatdı. Yoxlama müəssisə rəhbərliyinin təqdim etdiyi ilkin sənədlər əsasında aparıldı. Audit yoxlamasına təqdim olunmuş sənədlər əsasında müəyyən olundu ki, "XƏZƏR” Səhmdar Cəmiyyətinin səhmdarlarının 09 aprel 1991—ci il tarixli 7-a saylı protokoluna əsasən cəmiyyətin nəzdində təsis edilmiş “Termoplast“ Kiçik Müəssisəsi xx.xx.1991-ci il tarixdə ünvan 2qayıt Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin 12 saylı protokoluna əsasən qeydiyyata alınmış və müəssisənin nizamnaməsi təsdiq edilmişdir. Nizamnaməyə əsasən Müəssisəyə direktor təsisçi tərəfindən təyin olunur və kollektivin ümumi yığıncağının qərarı ilə təsisçi tərəfindən vəzifəsindən azad edilir. Təsisçinin xx.xx.1991-ci il tarixli əmri ilə Cavabdeh2 “Termoplast“ Kiçik Müəssisəsinə direktor vəzifəsinə təyin edilmişdir. 01 iyun 1991-ci il tarixli təsis müqaviləsinə əsasən Təsisçi adlanan "xxxx" Səhmdar Cəmiyyəti, Nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin X1 bir tərəfdən, İddiaçı, Nizamnaməyə əsasən fəaliyyət göstərən müəssisənin direktoru Cavabdeh2 ikinci tərəfdən, mövcud Qanunvericiliyə və Nizamnaməyə uyğun olaraq aşağıdakılar barədə müqavilə bağlamışlar: Təsisçi İddiaçı normal fəaliyyət göstərməsi üçün hər cür maddi və mənəvi yardım göstərməyi öhdəsinə götürür. Təsisçi İddiaçı normal fəaliyyət göstərməsi üçün Nizamnamə fonduna ********.00 manat (rubl) məbləğində, o cümlədən ********.00 manat (rubl) əmlak şəklində və 7000000.00 manat (rubl) pul şəklində vəsait köçürür. İddiaçı isə onun sərəncamında olan Təsisçinin əmlakını qorumağı öhdəsinə götürür. xx.xx.1994-cü il tarixdə İddiaçı 15334 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yenidən qeydiyyata alınmış və Nizamnaməsi yeni redaksiyada təstiq edilmişdir. Bununla bağlı təsis sənədləri yenilənmişdir. 02 yanvar 1997ci il tarixdə "xxxx" Səhmdar Cəmiyyətinin Prezidenti Q.O. Kərimov ilə İddiaçı direktoru Cavabdeh2 arasında 166 säylı fərdi əmək müqaviləsi və maddi-məsul şəxs barədə müqavilə bağlanmışdır. İddiaçı hüquqi ünvanı Nizamnamədə ünvan 2qayıt şəhəri gıstərilmişdir. Faktiki fəaliyyət göstərdiyi ünvan isə göstərilməmişdir. Həmin dövrdə Cavabdeh2 ünvan 13nzil 112-də yaşayırdı. Sonradan məlum olmuşdur ki, aıtıq o həmin ünvanda yaşamır.Yeni ünvanı : Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3abr ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayevanın imzası ilə göndərilmiş xx.xx.2018-ci il tarixli 10/03-163-1908 saylı və Nazirlik Aparatının rəhbəri Namiq Süleymanovun imzası ilə göndərilmiş xx.xx.2018-ci il tarixli 10/03-613- 5824 saylı məktubla illik maliyyə hesabatlarının və konsolidə edilmiş maliyyə hesabatlarının (törəmə müəssisələrlə birlikdə) təqdim olunması tələb edilmişdir.Lakin İddiaçı ilə bağlı hesabat olmadığı üçün ”Xəzər” Səhmdar Cəmiyyəti 2 il bu hesabatı verə bilməmişdir. 06 may 2021-ci il tarixdə Cavabdeh2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.məhəllə 593,mənzil 70 ünvanına xəbərdarlıq məktubu göndərilərək dəvət edilməsinə və şəxsən mənim əlaqə saxlayaraq dəvət etməyimə baxmayaraq Cavabdeh2 audit yoxlamasında iştirak etməkdən imtina etmişdir. O özündə heç bir sənədin olmadığını bildirmişdir. 27 aprel 2021-ci il tarixdə "xxxx" QSC-nin İddiaçı haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə edilmiş müraciətə 04 may 2021-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, İddiaçı (2********) tərəfindən 10 rəqəmli VÖEN alınması üçün vergi orqanına müraciət edilməmişdir. Belə nəticə çıxır ki, müəssisə qeyri qanuni yolla bağlanmışdır. Yəni müəssisənin bağlanması barədə Təsisçi "xxxx" Səhmdar Cəmiyyətinin və Vergi Orqaımn xəbəri olmamışdır. Halbuki, İddiaçı kişik müəssisəsinin Nizamnaməsinin 8.3 bəndində göstərilir ki, müəssisənin yenidən təşkili və ləğvi təsisçinin qərarı ilə və yaxud qanunvericilikdə müəyyən edilmiş hallarda həyata keçirilir. İddiaçı direktoru Cavabdeh2 tərəfindən sənədlərin təqdim edilməməsinə baxmayaraq "xxxx" Səhmdar Cəmiyyətinin Arxiv sənədlərinin araşdırılması nəticəsində müəyyən edildi ki,1991- 92-ci illərdə İddiaçı nizamnamə fondu tam formalaşmışdır. Bundan əlavə Cəmiyyətin mühasibatlığmda tərtib edilmiş mühasibat uçotu kartoçkasmda göstərilmişdir ki, Təsisçi tərəfindən “Termoplast“ kiçik müəssisəsinə 1993-cü ilin noyabr ayında 2000000.00 manat məbləğində 1 ədəd Transformator TH-250 əsas vəsait verilmiş, Nizamnamə fonduna 1995-ci ilin dekabr ayında 4012465.00 manat, 1996-cı ilin noyabr ayında 5000000.00 manat pul vasaiti köçürülmüşdür. Yoxlama nəticəsində müəyyən olundu ki, İddiaçı rəhbərliyi tərəfindən imza və möhürlə təstiq edilmiş 01 aprel 1996-ci il tarixə olan müəssisənin balansında nizamnamə kapitalı ********.00 manat məbləğində olmuşdur. Balansa əsasən həmin tarixə müəssisənin ********.00 manat məbləğində əsas vəsaiti, 6766300.00 manat məbləğində mal qalığı olmuşdur. 01 yanvar 1999-cu il tarixə olan olan müəssisənin balansında nizamnamə kapitalı ********.00 manat məbləğində olmuşdur. Balansa əsasən həmin tarixə müəssisənin ********.00 manat məbləğində əsas vəsaiti, ********.00 manat məbləğində mal-material qalığı olmuşdur. Sonrakı dövrlərin arxiv sənədlərində İddiaçı balans göstəriciləri aşkar edilmədi. Belə görünür ki,sonrakı dövrlərdə müəssisə Təsisçi- "xxxx" səhmdar cəmiyyətinə balans göstəriciləri haqqında məlumat verməmişdir. 10 may 1996-cı il tarixdə "xxxx" Səhmdar Cəmiyyətinin Təftiş-Nəzarət şöbəsinin rəisi H.H.Həsənəlizadənin Cəmiyyətin prezidenti Q.O.Kərimova ünvanladığı xidməti məruzədə şöbənin 1996-cı ilə aid iş planına əsasən may ayında İddiaçındə 1995ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti sənədli təftiş edilməli olduğu halda, həmin müəssisənin 9-cu mikrorayondakı ofisinə gələrkən müəyyən olunmuşdur ki, orada başqa təşkilat yerləşir və kiçik müəssisənin direktoru Cavabdeh2 ümumiyyətlə ünvan 2qayıtda olmadığı aşkar edilmişdir. Audit yoxlaması nəticəsində belə nəticə əldə edildi ki, İddiaçı kiçik müəssisənin 01 yanvar 1999-cu il tarixə olan müəssisənin balansında nizamnamə kapitalı ********.00 manat məbləğində olmuşdur. Balansa əsasən həmin tarixə müəssisənin ********.00 manat məbləğində əsas vəsaiti. ********.00 manat məbləğində mal-material qalığı olmuşdur. Müəssisənin direktoru Cavabdeh2 yoxlamada iştirak etməkdən imtina etməsi və 2004-cü il tarixədək olan dövrün sənədlərinin olmaması səbəbindən müəssisənin ləğv edilməsi tarixinə olan aktivləri və passivləri barədə dəqiq məlumat əldə edilmədi. "xxxx" Səhmdar Cəmiyyətinin İddiaçı Nizamnamə fonduna ilkin olaraq qoyduğu vəsaitdən əlavə, sonrakı dövrlərdə qoyduğu pul vəsaitlərinin və əsas vəsaitlərin məbləği müəyyənləşdirilmədi. İddiaçı maliyyə təsərrüfat fəaliyyətinin nəticələri illərlə bəlli olmadığı üçün, təsisçiyə verilməli olan dividentin məbləğini dəqiqləşdirmək mümkün olmadı və işin araşdırılması üçün Məhkəmə və Hüquq-Mühafizə Orqanlarına müraciət olunması tövsiyyə edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, № 9/7404 saylı, ekspert rəyindən görünür ki, təqdim edilmiş "xxxx" SC-i ilə Termoplast KM arasında bağlanmış xx.xx.1991 -ci il tarixli Təsis Müqaviləsinə əsasən "xxxx" SC-i tərəfindən Termoplast KM-nin nizamnamə fonduna 28.793.600 rubl (manat) məbləğində əmlak şəklində, o cümlədən 7.000.000 rubl (manat) məbləğində nəğd vəsait qoyulmuş və nəğd vəsait şəklində qoyulmuş 7.000.000 rubl (manat) məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 saylı “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanının 1 -ci bəndi, 3-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 189 saylı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanının 1 -ci bəndi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizləri nəzərə alınmaqla xx.xx.2021-cı il tarixə (Ekspertiza təyini haqqında qərardadın tarixi) manat ekvivalenti 678.199,20 manat məbləğində müəyyən edilir. Qalan 28.793.600 rubl (manat) - 7.000.000 rubl (manat) = 21.793.600 rubl (manat) məbləğində əmlakın nədən ibarət olması, onun istismarı nəticəsində aşınması (amortizasiyası) nə qədər təşkil etməsi barədə iş materiallarında mühasibat sənədləri olmadığından, həmin vəsaitin hazırda manat ekvivalenti nə qədərdi sualı üzrə tədqiqat aparılması mümkün olmadı. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında "xxxx" SC-i ilə Termoplast KM arasında bağlanmış xx.xx.1991-ci il tarixli Təsis Müqaviləsinə əsasən "xxxx" SC-i tərəfindən Termoplast KM-nin nizamnamə fonduna qoyulmuş 28.793.600 rubl (manat) - 7.000.000 rubl (manat) pul vəsaiti = 21.793.600 rubl (manat) məbləğində əmlakın nədən ibarət olması, onun istismarı nəticəsində aşınması (amortizasiyası) nə qədər təşkil etməsi barədə mühasibat sənədləri olmadığından, xx.xx.1996-cı və 01,04.1999-cu il tarixləri vəziyyətinə Termoplast KM nizamnamə kapitalı, əsas vəsaitləri, material qalıqları və ümumi aktivləri nə qədər təşkil etdiyini hazırki tədqiqatla müəyyən etmək mümkün olmadı. İşdə olan ünvan 2qayıt Şəhər Məhkəməsinin 2(060)-6124/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müqavilə öhdəliklərindən əmələ gələn borcların-480000 (dörd yüz səksən min) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüünvan 2unun tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və ekspertiza tədqiqatının dəyərləri 200 (iki yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. İşdə olan ünvan 2qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı "xxxx" QSC-nin İdarə Heyətinin X4nun iddiadan imtina barədə ərizəsi təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı nümayəndəsi və vəkili Vəkil2 mediator X10 xx.xx.2022-ci il tarixdə saat 11:00-11:20 saatlarında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdehlər həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X19 üçün 400 (dörd yüz) manat məbləğində mediasiya xərcini birinci tərəf "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ödənilmişdir. “İnsan Hüquqları və X11 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə ilk öncə cavabdehlərin vəkili və nümayəndəsi tərəfindən verilən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə qiymət verərək hesab edir ki, hazırki iş üzrə iddia müddətinin tətbiqindən söz gedə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 17 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.1991-ci il tarixdən "xxxx" Səhmdar Cəmiyyətinin təsis etdiyi İddiaçı direktoru təyin edilib. Həmçinin xx.xx.1997-ci il tarixdən Cavabdeh1 müəssisənin direktor müavini təyin edilib. Hal-hazıra kimi Cavabdeh2 və Cavabdeh1 işdən çıxmaları barədə heç bir ərizə ilə müraciət etməmişlər. Odur ki, Cavabdeh2 tam maddi məsul şəxs kimi ‘Termoplast” km-nin direktorudur və Cavabdeh1 isə tam maddi məsul şəxs kimi İddiaçı km-nin direktor müavinidir, onlarla bağlanmış əmək müqavilələri indiyə kimi pozulmamışdır. Belə olan halda, iddia tələbinə dair iddia müddətinin tətbiqindən söz gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Bundan əlavə iddia tələbinin əsaslı olması iş üzrə təyin edilmiş ekspertiza rəyində də, öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, № 9/7404 saylı, ekspert rəyindən görünür ki, təqdim edilmiş "xxxx" SC-i ilə Termoplast KM arasında bağlanmış xx.xx.1991 -ci il tarixli Təsis Müqaviləsinə əsasən "xxxx" SC-i tərəfindən Termoplast KM-nin nizamnamə fonduna 28.793.600 rubl (manat) məbləğində əmlak şəklində, o cümlədən 7.000.000 rubl (manat) məbləğində nəğd vəsait qoyulmuş və nəğd vəsait şəklində qoyulmuş 7.000.000 rubl (manat) məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 saylı “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanının 1 -ci bəndi, 3-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 189 saylı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanının 1 -ci bəndi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizləri nəzərə alınmaqla xx.xx.2021-cı il tarixə (Ekspertiza təyini haqqında qərardadın tarixi) manat ekvivalenti 678.199,20 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüünvan 2u, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 200 (iki yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 200 (iki yüz) manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüünvan 2u ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müqavilə öhdəliklərindən əmələ gələn borcların-480000 (dörd yüz səksən min) manat, 200 (iki yüz) manat məhkəmə ekspertiza xərclərinin, iş üzrə ödənilmiş 31 (otuz) manat dövlət rüünvan 2unun və ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müqavilə öhdəliklərindən əmələ gələn borcların-480000 (dörd yüz səksən min) manat, 200 (iki yüz) manat məhkəmə ekspertiza xərclərinin, iş üzrə ödənilmiş 31 (otuz) manat dövlət rüünvan 2unun və ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində ünvan 2qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-345/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-345/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver