Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-346/2022 06.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5 qarşı borc pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 780 manat pul və digər Cavabdeh2 1180 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Cavabdeh2 adında olan yanlışlığı aradan qaldıraraq onun X1 qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehləri X8 vasitəsilə tanımışdır. R.Xankişiyevin əmisi qızı onun qonşusudur. R.Xankişiyev tez-tez yaşadığı ünvana gəlmişdir. Bir müddət o, R.Xankişiyevlə bir yerdə işləmişdir. R.Xankişiyev 2020-ci ilin ortalarında cavabdehləri onun yanına gətirərək həmin şəxslərə təcili pul lazım olduğunu bildirmişdir. O, həmin şəxsləri tanımadığını və bu səbəbdən də cavabdehlərə pul verə bilməyəcəyini Rüstəmə bildirmişdir. R.Xankişiyev cavabında Cavabdeh1 və Gülnarə Fərəcovanının ödəniş kartlarını ona girov kimi verərək bildirmişdir ki, həmin şəxslərə verilən borclara görə o, cavabdehdir. Bundan sonra o Gülnarə Fərəcovaya 1180 manat, Şəhla Fərəcovaya isə 780 manat borc pul vermişdir. Cavabdehlərlə razılaşmağına görə bank kartlarından hər ay pul çıxartmaq şərti ilə onlara borca pul vermişdir. Cavabdehlərin onda olan kartlarından verdiyi borca görə pul çıxarmaq istədikdə ona məlum olmuşdur ki, hər iki karta pul yüklənməmişdir. O, bir neçə dəfə hər iki kartdan pul götürmək istədikdə kartda pul olmadığını aşkar etmişdir. Bundan sonra cavabdehlərə borcla əlaqədar müraciət etdikdə onlar bildirmişdir ki, guya həmin puldan xəbərləri yoxdur. O, cavabdehlərin imtinasını əsassız hesab edir. Belə ki, R.Xankişiyev ondan aldığı 1180 manatı Gülnarə Fərəcovaya, 780 manatı isə Cavabdeh1 şəxsən onun yanında vermiş və həmin pulların qaytarılmasıa görə özünün cavabdeh olduğunu ona bildirmişdir. Cavabdehlər isə verdiyi borca görə özlərinə məxsus ödəniş kartını onda saxlamışlar və hər iki kart hal-hazırda ondadır. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinin kötüyünə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin 10 dekabr 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X8 cavabdeh qadınların kartını qoymaqla onların adına ondan pul götürüb. Cavabdehlər hazırda həmin pullardan xəbərləri olmadığını bildirir. Amma Füzuli rayon məhkəməsinin də bu barədə qətnaməsi var. Belə ki, o, X6 qarşı da pul tələbinə dair iddia qaldırmış, iddiası qismən təmin olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, əvvəllər iddiaçını tanımamışdır. Rüstəm adlı şəxs vasitəsi ilə iddiaçını tanımışdır. Rüstəm ona iddiaçıya kart verilməsi və bunun müqabilində ondan borca pul götürə biləcəyini bildirmişdir. O, iddiaçıdan 100 manat borc almışdır və buna görə də öz kartını iddiaçıya vermişdir. İddiaçı ona məxsus olan kartdan 500 manat pul götürmüşdür. Bundan sonra hətta o, iddiaçı tərəfindən ona məxsus kartdan 130-150 manat da pul götürüldüyünü bilmişdir. İddiaçının ondan tələb etdiyi digər pula görə o, məsuliyyət daşımır. Belə ki, həmin borcdan onun xəbəri yoxdur. Onun, iddiaçıya cəmi 100 manat borcu qalmışdır. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, özünə məxsus aliment kartını iddiaçıya verərək ondan 100 manat borc pul almışdır. O, kartını iddiaçıdan geri almamış və kart iddiaçıda qalmışdır. Daha sonra ona məlum olmuşdur ki, onun kartından pul götürülmüşdür. Onun hazırda iddiaçıya cəmi 100 manat borcu var. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Füzuli Rayon Məhkəməsinin 23.02.2021-ci il traixli 2(064)-31/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş və X4 borclu olduğu 1405 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında (videomüşahidə ilə) cavabdehlər Cavabdeh1 və X7 hər biri ayrı-ayrılıqda İddiaçı 100 (yüz) manat məbləğində borclu olduğunu etiraf etmişdirlər. Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5). Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən hər birinin ona 100 manat deyil, daha artıq məbləğdə borclu olduqlarını sübuta yetirə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 100 (yüz) manat və X2 100 (yüz) manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 100 (bir yüz) manat və X2 100 (bir yüz) manat məbləğində borc tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-346/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-346/2022
06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver