Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3462/2023 21.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 145,5 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində iddiaçıya məxsus **-GS-*** dqn-lı, FORD KUQA markalı avtomobilə dair cavabdehə reyestrdə 7E-13777 nömrə ilə qeydə alınmış etibarnamə vermişdir. Etibarnamə verərkən aralarında həmin avtomobili 18500 manata alqı-satqı etməyə razılaşmışlar. İddiaçı ürək əməliyyatı keçirtdiyinə görə avtomobili özü bazara aparıb satmağa, gedib-gəlməyə, nəzarət etməyə imkanı olmamışdır. Bu səbəbdən cavabdeh öhdəsinə götürmüşdür ki, avtomobili satıb pulu iddiaçıya ödəyəcəkdir. Bu günə qədər dəfələrlə şifahi və yazılı tələb etməyinə baxmayaraq avtomobili və ya pulu verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, 2022-ci ilin mart ayının 27-də cavabdehə “Ford Kuga” minik markalı avtomobili 18500 manata satmasına görə cavabdehə baş etibarnamə vermişdir ki, avtomobili satıb pulunu gətirsin. Lakin bu vaxta qədər şifahi və yazılı qaydada tələb etməyimə baxmayaraq, cavabdeh avtomobili və ya pulu ona verməmişdir. Cavabdeh və onun ailəsi ilə ailəvi tanışlıqları var və onlara dəfələrlə köməklik etmişdir. 10300 manata dair yazılmış qəbzlə bağlı qeyd edir ki, həmin qəbz cavabdehin atası Namiqlə özü arasında olan borc məsələsinə dair yazılmışdır, avtomobillə heç bir əlaqəsi yoxdur. Həmin qəbzin yazılmasında cavabdehin özü də iştirak etmişdir. Özü cavabdehin atası Namiqə etibar etmədiyi üçün ona verdiyi borc pula görə qəbz yazdırmışdır, cavabdehin özünə isə etibar etdiyindən avtomobilə dair, 18500 manata dair qəbz yazdırmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onunla iddiaçı arasında avtomobilə dair hər hansı bir danışıq və ya razılaşma olmamışdır. İddiaçı bütün danışıqları onun atası ilə aparmışdır. belə ki, iddiaçı avtomobilini 18300 manata nisyə olaraq onun atasına satmağa razılaşmışdır. Həmin zaman atasının başqa məsələyə görə iddiaçıya 2000 manat borcu olmuşdur. Atası iddiaçı ilə razılaşmışdır ki, 18300 avtomobilin dəyəri və 2000 manat digər borc, ümumilikdə 20300 manat borcdan 10000 manat ödəməklə, avtomobil onlara satılsın, iddiaçı bununla razılaşmış və atası 10000 manat iddiaçıya nağd vermiş, 10300 manata hazırda məhkəməyə təqdim etdiyi qəbzi yazmışdır. Bundan sonra iddiaçı onun adına etibarnamə vermişdir. Həmin zaman ailələrinin başqa işlə əlaqədar pula ehtiyacları olduğu üçün, atası iddiaçıya demədən avtomobili X8 adlı şəxsə satmışdır. Atasının iddiaçıya verdiyi 10000 manat məhz avtomobili Əliyə satılmasından əldə edilmiş vəsait hesabına olmuşdur. İddiaçının 10300 manata dair qəbz yazdırdığı halda, 18500 manata dair qəbz yazdırmaması sual doğurur. Hazırda atasının 10300 manat borcdan iddiaçıya 100 manat borcu qalmışdır ki, həmin pulu da verməyə razıdırlar. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, Cavabdeh atası Namiqlə yaxın münasibətləri olmuşdur. İddiaçı da Namiqin yanında görmüşdür. “FORD KUGA” markalı avtomobili Namiqdən almışdır. Avtomobili alan zaman həmin avtomobilin İddiaçı məxsus olduğunu bilmişdir. Avtomobilin qiyməti 18300 manat müəyyən olunmuşdur. Namiqin ona 5000 manat borcu olduğu üçün Namiqə ümumi 13300 manat pul vermişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı **-GS-*** dövlət qeydiyyat nişanlı, “FORD KUGA” mikin markalı avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Cavabdeh etibar etmişdir. İddiaçı ünvan 1 ünvanladığı **********640 saylı ərizədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh reyestrdə 7E- 13777 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat ofisində **-GS-*** dqn-lı “FORD KUQA” markalı avtomobilə dair verdiyi etibarnaməni xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv etdirdiyini bildirmişdir. Adı çəkilən avtomobili kimə satması və ya etibarnamə ilə verməsindən asılı olmayaraq 18500 manat pulun və eyni zamanda adı çəkilən ləğv edilmiş etibarnamənin geri qaytarılması barədə Cavabdeh xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat ofisində **-GS-*** dqn-lı “FORD KUQA” markalı avtomobilə dair verdiyi etibarnaməni xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv etdirdiyini bildirmişdir. Adı çəkilən avtomobili kimə satması və ya etibarnamə ilə verməsindən asılı olmayaraq 18500 manat pulun və eyni zamanda adı çəkilən ləğv edilmiş etibarnamənin geri qaytarılması barədə Cavabdeh xəbərdar edilmişdir. “Ford KUGA” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə etibarnamə verilmiş şəxslər barədə məlumatların kompüter çıxarışından görünür ki, “Ford KUGA” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Həmin avtomobil etibarnamə ilə istifadə edilmək üçün xx.xx.2022-ci ildən-xx.xx.2022-ci il tarixədək X3, nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ əsasında etibarnamə ilə xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək Cavabdeh verilmişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı “Ford KUGA” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 12000 manata satmışdır. xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh atası X1 Məzahət Maksud oğlundan 10300 manat pul almışdır. Həmin pulu qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Qaytarmayacağı təqdirdə 2000 manat cərimə ödəyəcəkdir. Qəbzlərin surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tarixində 1111 manat, xx.xx.2022-ci il tarixində 3000 manat, xx.xx.2023-cü il tarixində 1500 manat, xx.xx.2023-cü il tarixində 1000 manat, xx.xx.2023cü il tarixində 2500 manat İddiaçı ödəniş edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş səs yazıları tədqiq edilərkən iddiaçı qeyd edilən səs yazılarının 2022-ci ilin avqust ayında qeydə alındığı və səs yazısının cavabdehin atasına aid olduğunu bildirir. Cavabdeh səs yazısının atasına aid olduğunu qəbul edir. Səs yazəlarından müəyyən edilir ki, cavabdehin atasının iddiaçıya borcu qalmışdır və cavabdehin atası qısa zamanda həmin borcu ödəyəcəyini söyləyir. Cavabdeh tərəfindən dəftərxana vasitəsilə məhkəməyə təqdim edilmiş diskə baxış keçirilir. Diskə baxış keçirilməsi nəticəsində məlum olur ki, diskdə 2 səs yazısı mövcuddur. Cavabdeh səs yazılarının iddiaçıya aid olduğunu bildirir. İddiaçı səs yazılarının özünə aid olduğunu qəbul edir. Həmin səs yazısında iddiaçı cavabdehin atası tərəfindən oktyabr ayının sonuna qədər pulun tam şəkildə ödənilmədiyi təqdirdə, həmin puldan 100 manat da qalmış olsa, 1000 manat da qalmış olsa, etibarnaməni ləğv edəcəyini, cavabdehin atasının ona (iddiaçıya) göndərməli olduğu pulun 10500 manat olduğunu, cavabdehin atası maşını cavabdeh üçün aldığına görə, cavabdehin xətrinə 10500 manatdan 200 manat güzəştə getdiyini, cavabdehin atasının maşını kiməsə satacağını bilmədiyini, cavabdehin atasının maşını cavabdeh üçün almadığını, onu (iddiaçını) aldatdığını, cavabdehin atası maşını cavabdeh üçün almış olsaydı, yenə də 200 manat güzəştə gedə biləcəyini bildirir, cavabdehin atasının 10500 manatdan borcdan 700 manat, sonra 500 manat və bank vasitəsilə 1000 manat göndərdiyini, cavabdehin atası oktyabr ayının sonunadək 10500 manatı tam şəkildə ödəmədiyi təqdirdə borcdan 100 manat da qalmış olsa belə, etibarnaməni ləğv edəcəyini, bundan sonra aralarında problem yaranacağını deyir. Beləliklə, məhkəmə araşdırması müəyyən edilir ki, iddiaçı ilə cavabdeh və ailə üzvləri əvvəldən tanışdılar və dostluq münasibətində olmuşlar. Cavabdehin atası müəyyən vaxtlarda iddiaçıdan borca pul almış və qaytarmışdır. 2022-ci ilin mart ayına cavabdehin atasının iddiaçıya 2000 manat borcu olmuşdur. Həmin zaman iddiaçı özünə məxsus “Ford KUGA” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş və bu barədə cavabdehin atasına bildirmişdir. Cavabdehin atası qeyd edilən avtomobili cavabdeh üçün almaq istədiyini iddiaçıya demiş və sonuncu avtomobili onlara 18300 manata satmağa razılaşmışdır. Bundan sonra iddiaçı cavabdehin adına etibarnamə vermişdir. Həmin zaman cavabdehin bacının xeyir iş vaxtına təsadüf etdiyi üçün və cavadehin atasına pul lazım olduğu üçün, cavabdehin atası həmin avtomobili Əli Rəhimov adlı şəxsə 18300 manata sataraq, əldə edilmiş vəsaitdən iddiaçıya əvvəlki 2000 manat borcu nəzərə alınmaqla 10000 manat ödəniş etmişdir. Yəni avtomobilin dəyərindən 8000 ödəniş edərək qalan 10300 manata dair iddiaçıya qəbz yazmış və 2022-ci ilin iyul ayınadək ödəyəcəyi öhdəliyi götürmüşdür. Qalan vəsaiti isə qızının toyuna xərcləmişdir. Cavadehin atası 10300 manatı 2022-ci ilin iyul ayınadək ödəyə bilməmiş, və bu zaman iddiaçı cavabdeh və atasına müraciət edərək pulu ödəməyəcəkləri təqdirdə avtomobilə dair verdiyi etibarnaməni ləğv elətdirəcəyini onlara bildirmişdir. Bir müddət sonra iddiaçı etibarnaməni ləğv elətdirmiş, bu zaman ona məlum olmuşdur ki, ondan nisyə olaraq cavabdehin atası tərəfindən oğluna alınmış avtomobil əslində elə həmin zaman digər şəxsə satılmşdır. Qeyd edilənlər, həmçinin qalan 10300 manatın vaxtında ödənilməməsi iddiaçıya mənfi təsir göstərmiş və nəticədə, iddiaçı iddia ilə Məhkəməyə müraciət etmişdir, halbuki hazırkı iş üzrə cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Cavabdehin atası aldığı maşına görə pulu ödəməyi barədə öhdəlik götürmüş, həmin öhdəlik lazımınca icra edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehə borc pul verdiyini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Belə ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi mövcud olmamışdır. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi işin faktiki halları və sübutlarla tərəflər arasında borc münasibətlərinin mövcudluğu sübuta yetmədiyindən Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtləri ödənmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 18500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 145,5 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh 18500 manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 145,5 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3462/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3462/2023
21.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver