Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3465/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, anası X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-5266/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişərək cavabdehdən hər ay bir uşaq üçün 193 manat olmaqla, cəmi iki uşağ görə 386 manat sabit pul məbləğində alimentin tutulub birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı ildə cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları var: xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-457/2015 saylı, 04 may 2015-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından uşaqların iddiaçının yanında qalmasının müəyyən olunması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabehdən hər ay hər uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5266/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı 280 manat məbləğində alimentlə uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. İddiaçı ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Cavabdehin nümayəndəsi, anası X3 tərəfindən xx.xx.2022-c il tarixdə məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh bir ata kimi övladının həmişə qayğısına qalmağa hazırdır. Lakin o, ikinci dəfə ailə qurmuş, bu nikahdan da bir övladı vardır. Onun aylıq qazancında heç bir artım baş verməmiş, maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Hal-hazırda da ailənin yeganə qazanc mənbəyidir, himayəsində həyat yoldaşı, bir övladı və yaşlı anası var. Həyat yoldaşı da heç bir yerdə işləmir. Həmçinin iddiaçı ilə aralarında olan razılaşmaya əsasən ona Saray qəsəbəsində yerləşən 175 kv.m torpaq sahəsini iddiaçıya vermiş, əvəzində isə iddiaçı tərəf ümumiyyətlə alimentdən imtina etmiş, bildirmişdir ki, gələcəkdə hər hansı bir aliment iddiası olmayacaq. Buna sübut olaraq noitarial qaydada təsdiq edilmiş ərizəni də etiraz ərizəsinə əlavə etmişdir. Lakin iddiaçı tərəf demək olar ki, hər il alimentin artılması barədə ərizə ilə müraciət edir. Halbuki cavabdehin maddi vəziyyətində dəyişiklik olmamışdır. Belə olan halda iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, tibb bacısıdır. Aylıq maaşı 300 manat təşkil edir. Cavabdehin iş yeri, aylıq gəliri barədə məlumatı yoxdur. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Cavabdeh nikaha daxil olub. Həmin nikahdan bir övladı var. Cavabdeh tərəfindən aliment vaxtında ödənilir. Cavabdeh hal-hazırda işləmir. Belə ki, onun qardaşı da xəstədir. O, qardaşını Rusiyaya müalicəyə aparıb-gətirir. Cavabdeh bu ilin fevral ayından bəri Rusiyadadır. Əvvəllər orada onun həyat yoldaşının kişik bir ticarət obyekti var idi. İndi isə həmin pbyekt işləmir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1986-cı ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Yetkinlik yaşına çatmayan uşaqların şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X6 xx.xx.2007-ci ildə, X8 isə xx.xx.2014-cü ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə X2r. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5266/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-457/2015 saylı, 04 may 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manaat olmaqla, cəmi 280 manat sabit pul məbləində alimentin cavabdehdən iddiaçının xeyirnə tutulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən tərəflər arasında nikah xx.xx.2015-ci ildə ləğv edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). İddiaçı “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunla ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsinə əsaslanaraq cavabdehdən hər uşağa görə həmin məbləğdə aliment tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5266/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə artırılmış alimentin miqdarı artırılaraq 2022-ci il üçün uşaqlara müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində müəyyən edilməlidir. İddiaçı eyni zamanda mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin mediasiya xərci mülki prosessual qanunvericilikdə məhkəmə xərclərinə aid edilmədiyindən iddia mediasiya xərcinin cavabdehdən tutulması hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5266/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə artırılmış alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3465/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3465/2022
10.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver