Məhkəmə qərarları › İş №2(060)-3466/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3466/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3466/2020 22.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70334 Xiaomi Mi A2 markalı telefon üçün 768 manat ödənilməmiş hissə, 230 manat dəbbə pulu olmaqla, ümumilikdə 998 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1028 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********70334 Xiaomi Mi A2 markalı telefon almış və nəticədə mağazaya 998 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 768 manat (yeddi yüz altmış səkkiz) (yəni 12 ay x 64 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********70334 Xiaomi Mi A2 markalı telefon üçün ümumilikdə 998 (doqquz yüz doxsan səkkiz) manat olmaqla ondan 768 (yeddi yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 230 (iki yüz otuz) manat (360 gün x 0.64 manat, hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu) dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 “xxxxxxxxxxx’" MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. Ona görə də nümayəndə, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş materiallarında olan poçt ünvanlarına məktub ünvanlanmış, hər iki məktub məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda elektron informasiya sistemində cavabdehlərin adlarına olan əlaqə nömrələrinin hamısına SMS-bildiriş ünvanlanmış, lakin onların çatdırılması mümkün olmamışdır. Bu səbəbdən cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: Cavabdeh1 xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. X3 xx.xx.1985-ci il tarxidə Türkmənistan, Aşqabad şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. (iş materiallarına əlavə olunmuş AZE seriyalı ******** və 0******* nömrəli şəxsiyyət vəsiqələrinin surətinə əsasən). İşdə olan iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00354577 nömrəli müqavilədən görünür ki, Cavabdeh1 «xxxxxxxxxxx» MMC-dən İMEİ kodu **********70334 Xiaomi Mi A2 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş «xxxxxxxxxxx» MMC ilə X3 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin X3 Cavabdeh1 “xxxxxxxxxxx” MMC qarşısında öhdəliyini tam yerinə yetirənədək iddiaçı təşkilat qarşısında zamin durmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 «xxxxxxxxxxx» MMC-yə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, əsas borca ödənilməmiş məbləğ 768 manat, dəbbə pulu 230 manat olmaqla, cəmi 998 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və X1 yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdehlər öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 iddiaçı qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00354577 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 768 manat məbləğində borcun əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 230 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu qismində 30 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 24 manatı cavabdehlərdən tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İMEİ kodu **********70334 Xiaomi Mi A2 markalı telefon üçün 768 (yeddi yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu və 24 (iyirmi dörd) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 822 (səkkiz yüz iyirmi iki) manat pul tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar