Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3472/2022 15.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçıdan 4971,36 manat məbləğində əsas borc və 1035 manat faiz borcu olmaqla, cəmi 6006,36 manat borcun və 80,47 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, eyni zamanda tutmanın bank qarşısında girov qoyulmuş cavabdehə məxsus, ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 2 ədəd qolbaq, 3 ədəd üzük və 2 cüt sırğa 583 əyarlı, 25,6 qram; 1 ədəd klon, 1 ədəd boyunbağı və 1 ədəd qolbaq, 583 əyarlı, 9,2 qram; 2 cüt sırğa 583 əyarlı, 9,2 qrama yönəldilməsi, qızılzinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında restrukturizasiya məqsədilə bağlanmış 12 iyul 2021 il tarixli, 200840-683458/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 5131,64 manat məbləğində kredit verilmişdir. 12 iyul 2021 il tarixli, 200840-683458/3 nömrəli “Girov müqaviləsi” nə əsasən 12 iyul 2021 il tarixli nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən cavabdeh tərəfindən girov qoyulmuş 2 ədəd qolbaq, 3 ədəd üzük və 2 cüt sırğa 583 əyarlı, 25,6 qram; 1 ədəd klon, 1 ədəd boyunbağı və 1 ədəd qolbaq, 583 əyarlı, 9,2 qram; 2 cüt sırğa 583 əyarlı, 9,2 qram qızıl-zinət əşyaları, qəbul edilmə aktına (№1178352) əsasən xüsusi paketə qoyularaq, bankın pul anbarına saxlanca verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə- hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 05 aprel 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4971,36 manat məbləğində əsas borc və 1035 manat faiz borcu olmaqla, ümumilikdə 6006,36 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, pandemiya ilə bağlı olaraq cavabdehə olan borcunu ödəyə bilməmişdir. O, cavabdehə iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu etiraf edir. Lakin, borcu ödəməyə maddi imkanı yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflrin izahatlarını, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1982-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, yataqxana-5, Qəhrəmanov keçəsi, otaq 2, məhəllə 15 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 iyul 2021 il tarixli, 200840-683458/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə illik 29% dərəcəsi ilə 5131,64 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında həmin tarixdə bağlanmış saxlanc girovu müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq qızıl-zinət əşyaları girov qoyulmuşdur. Girov qoyulmuş əşyaların qiymətləndirilməsi və təhvili haqqında ******* saylı aktda qolbağ-2 ədəd, çəkisi-25,6 qr, əyarı 583; üzük-3 ədəd, çəkisi-25,6 qr, əyarı-583; sırğa-2 ədəd, çəkisi-25,6 qr, əyarı-583; klon-1 ədəd, çəkisi-9,1 qr, əyarı-583; boyunbağı-1 ədəd, çəkisi-9,2 qr, əyarı-583, qolbağ-1 ədəd, çəkisi-9,2 qr, əyarı 583, sırğa- 2 cüt, çəkisi-9,2 qr, əyarı-583 olan qızıl-zinət əşyalarının dəyəri 1848 manat olaraq müəyyənləşdirilmişdir. Müqavilənin ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 284,29 manat, sonuncu ay isə 284,27 manat ödəniş etməli idi. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan borcu - əsas borc üzrə 4971,36 manat, faiz borcu üzrə 1035 manat olmaqla, cəmi 6006,36 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 80,47 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2022-ci il tarixə olan borcu - əsas borc üzrə 4971,36 manat, faiz borcu üzrə 1035 manat olmaqla, cəmi 6006,36 manat təşkil etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımıca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Mülki Məcəllədə qeyd edilmişdir ki, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər (276.1.). Girov müqaviləsi yazılı formada bağlanmalıdır (280.1.). Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər (295). Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir (296.1.). Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər (297). Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır (298.2.). Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur (298.3.). Göründüyü kimi tərəflər arasında saxlanc girovu müqaviləsi bağlanmış və cavabdeh qızıl-zinət əşyalarını kredit müqaviləsinin təminatı kimi iddiaçıya gorov qoymuşdur. İddiaçı cavabdehin kredit borcu üzrə ödənişləri həyata keçirmədiyi halda, borcun girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsində haqlı olmuşdur. “Daşınar əşyanın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, Yüklülük sahibi yüklülük predmetinin satışını təşkil etmək qaydasında yüklülük predmetinə tutma yönəldə bilər (13.1.3.). Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər (16.1.). Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır (17.3.). Yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü həmin satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir (17.5.). Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (17.6.). Məhkəmə hesab edir ki, iddia təmin edilməli,cavabdehin kredit borcu üzrə tələb girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılmalı və əldə edilən məbləğ kredit borcunun ödənilməsinə yönəldilməlidir. Həmin əşyaların satışından əldə edilmiş vəsait kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehdən ümumi qaydada tutulmalıdır. Borc ödənildikdən sonra əşyaların satışından əldə edilmiş məbləğdən artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 80,47 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 4971,36 manat, faiz borcu üzrə 1035 manat olmaqla, cəmi 6006 (altı min altı) manat 36 (otuz altı) qəpik məbləğində pul və ödənilmiş 80 (səksən) manat 47 (qırx yeddi) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girovla yüklü edilmiş qızıl-zinət əşyalarına: qolbağ-2 ədəd, çəkisi-25,6 qr, əyarı 583; üzük-3 ədəd, çəkisi-25,6 qr, əyarı-583; sırğa-2 ədəd, çəkisi-25,6 qr, əyarı-583; klon-1 ədəd, çəkisi-9,1 qr, əyarı-583; boyunbağı-1 ədəd, çəkisi-9,2 qr, əyarı-583, qolbağ-1 ədəd, çəkisi-9,2 qr, əyarı 583, sırğa- 2 cüt, çəkisi-9,2 qr, əyarı-583 olan qızıl-zinət əşyalarına yönəldilsin və girov predmetləri açıq hərracda satılsın. Girov predmetlərinin satışından əldə edilmiş vəsait hesabına Cavabdehnun İddiaçı ASC-yə olan borcu ödənilsin. İddiaçı ASC-yə olan borc ödənildikdən sonra qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Qızıl-zinət əşyalarının satışından əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3472/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3472/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver