Məhkəmə qərarları › İş №2(060)-3474/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3474/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3474/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X23 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı X10 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X10 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X19 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05.03.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, 18.06.2006-cı il təvəllüdlü X24 və 30.09.2010-cu il təvəllüdlü X20 adlı övladları vardır. Cavabdeh tələbi əsasında Sumqayıt şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə X19 arasında 05.03.2007-ci il tarixli rəsmi nikah qeydiyyatı pozulmuş, 18.06.2006-cı il təvəllüdlü X24 və 30.09.2010-cı il təvəllüdlü X20 yetkinlik yaşına çatana kimi anası X10 himayəsinə verilmişdir. Cavabdeh ilə birgə nikah dövründə lotereya pullarını ödəməklə ev almaq qərarına gəlmiş, onun şəxsi pulu ilə həmin evi milli adətənənəyə uyğun olaraq cavabdehin adına rəsmiləşdirmişlər. Cavabdeh ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “xxxx” MTK-nın (VÖEN 290380 3541) sədri X7 16 yanvar 2014-cü il tarixdə müqavilə bağlamışlar. Həmin müqavilənin mahiyyətinə görə “xxxx” MTK tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasının tikintisi maliyyələşdirilmişdir. Həmin tikinti “xxxx” MTK üzvlərinin vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasən, yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra 7 saylı binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78 m2 təşkil edən 43 saylı iki otaqlı mənzilin sədr X7 verilməsini, Cavabdeh isə həmin yaşayış sahəsini qəbul elməyi öz öhdələrinə götürmüşlər. “xxxx” MTK tərəfindən 25 sentyabr 2019-cu ıl tarixli, 59/7-01 saylı arayışı aşağıdakı şəkildədir: Mən X1 Mehman Əhməd oğlundan 25 sentyabr 2019-cu il tarixdə 6000 (altı min) manatı 7 saylı binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78 (yetmiş səkkiz) m2 təşkil edən 43 saylı 2 otaqlı mənzildən ötrü aldım. Müqaviləyə əsasən 25 sentyabr 2019-cu il tarixinə əsasən qalıq borcu 46800 (qırx altı min səkkiz yüz) manat təşkil edir. Cavabdeh “xxxx” MTK tərəfi ilə 21.07.2020-ci il tarixdə müqavilənin pozulması ilə bağlı müraciət edərək, 7620 (yeddi min altı yüz iyirmi) manatı geri almış, lakin o, bundan xəbər tutmamışdır. Cavabdeh onun lotereyadan yığdığı pulla ailə üçün mənzil almış, sonradan onun pulunu ərizə yazaraq götürmüşdür. Nəticədə onlar həm puldan, həm də mənzildən məhrum olmuşlar. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh vurulmuş maddi ziyana görə 7620 (yeddi min altı yüz iyirmi) manat, mənəvi ziyana görə 10000 (on min) manat və iddia qaldırmağa görə ödədiyi 40 manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını, həmçinin, mübahisəli mənzilə dair zəruri sənədlərin məhkəmə qaydasında tələb olunmasını xahiş etmişdir. İddiaçı X19 Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın pay bölgüsünə dair iddia ərizəsinə əlavə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 7620 manatın ¾ hissəsi olan 5715 (beş min yeddi yüz on beş) manat, mənəvi ziyana görə 10000 (on min) manat və iddia qaldırmağa görə ödədiyi 40 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X10 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdehin sübutunun inandırıcı olmadığını, müqavilənin notariat qaydasında bağlanmadığını, əgər dost kimi veribsə həmin sənədə ehtiyacın olmadığını, uşaqlarının onun yanında qalmalarını və bunun da nəzərə alınmasını bildirməklə məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında məhkəməyə etiraz təqdim edərək iddianı qəbul etmədiyini, izahatında Mehmanın yalnız 2 ayın ödənişini iddiaçı ilə birgə ödədiyini etiraf etdiyini, müqavilə bağlayaraq borc götürdüyünü, qızılın varlığı, nə zaman satılması sübut olunmayıb, onunla bir yerdə işləyən, məhkəməyə şahid qismində dəvət olunmuş şəxslər də bunu təsdiq edə bilərlər. Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni tərəflərin təqdim etdiyi sübutlar, məhkəmə iclasında işin müəyyən edilmiş hallarına əsasən, qanunvericiliyin tələblərinə uyğun qiymətləndirir. Məhkəmə iclasında şahid qismində iştirak edən X21 izahatında bildirdi ki, 2011-ci ildən cavabdehlə bir yerdə eyni şirkətdə işləyib, həmin vaxtdan da münasibətləri yaranmışdır. 2019-cu ilin sentyabr ayında Cavabdeh ona ev almaq istədiyini və ilkin ödəniş üçün pul lazım olduğunu bildirmiş, ondan 6000 manat borc pul istəmişdir. Aralarında pulun 1 il müddətində qaytarılmasına dair qəbz imzalanmış, lakin, Mehman 2020-ci ilin iyul ayında pulu qaytararaq bildirmişdir ki, arvadı ilə ayrılmış, evi də qaytarmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X16 izahatında bildirdi ki, Elnarə onun bibisi qızıdır, Mehman da Elnarənin həyat yoldaşıdır. “Bazarstore” supermarketinin arxasında da yaşayıblar, İnşaatçılar qəsəbəsində, bibisigildə də. Elnarə onun yanında qızıllarını satıb, pul götürdü, Elnarə də lotereyanı götürüb, evin cəriməsini ödəyiblər. Öz qızıllarını satmasının və 2 yerdən lotereyanı götürməsinin şahidi olub, onun yanında baş verib. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirdi ki, Mehman onun qardaşıdır, Elnarə isə gəlinləri olub. 2017-ci ildən 2020-yə qədər əməliyyat olduğuna görə sonradan eşidib ki, qardaşı Mehman dostundan borc götürərək ev alıb. Qardaşı Mehman onların evində, 41-ci məhəllədə atasıgildə, Elnarənin anasıgildə və həm də kirayədə də yaşayıb. Qardaşı ondan da 600 manat alıb, evi satandan sonra qaytarıb. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahatında bildirdi ki, iddiaçı ilə bir yerdə gözəllik salonunda işləyir, işdə işçilər arasında lotereya oynayırlar. İddiaçı ev almaq istədiyini bildirmiş, o da iddiaçını ard-arda növbəyə salmışdır. 100 manatdan 2 yerə lotereya oynadı və 2019-cu ilin təxminən avqust-sentyabr aylarında cəmi 2000 manat götürdü. Bundan başqa iddiaçı özünə məxsus qızılları da aşağı (lom) qiymətə, 4000 manata sataraq evin ilkin ödənişini ödədiyini bildirmişdir. İş materiallarında olan 25.09.2019-cu il tarixli, №59/7 saylı müqavilənin surətindən görünür ki, nizamnamə əsasında fəaliyyət göstərən “xxxx” MTK-nın (VÖEN **********) sədri X7 və Cavabdeh müqavilənin mətnində qeyd olunanlar barədə razılığa gələrək imza atmışlar. İş materiallarında olan 25.09.2019-cu il tarixli, №59/7-01 saylı ödəniş qəbzindən görünür ki, X2 Mehman Əhməd oğlundan 25 sentyabr 2019-cu il tarixində 6000 (altı min) manatı 7 saylı binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78 (yetmiş səkkiz) m2 təşkil edən 43 saylı, 2 otaqlı mənzildən ötrü almış, 25.09.2019-cu il tarixli müqaviləyə əsasən qalıq borcu 46800 (qırx altı min səkkiz yüz) manat təşkil etmişdir. İş materiallarında olan 20.07.2020-ci il tarixli, Cavabdeh tərəfindən “xxxx” MKT-nın sədrinə ünvanlanmış ərizənin surətindən görünür ki, payçısı olduğu mənzilin səhhəti ilə və maliyyə imkanının olmaması səbəbindən onunla bağlanmış daxili alış-satış müqaviləsinin ləğv edilərək ödəniş etdiyi pul vəsaitinin geri qaytarılmasını xahiş edilmişdir. İş materiallarında olan 21.07.2020-ci il tarixli əlyazma qəbzindən görünür ki, Cavabdeh keçmiş payçısı olduğu “xxxx” MTK-nın nəznində yerləşən bina 7, mərtəbə 7, bir otaqlı, 78 m2, 43 saylı mənzilə görə MTK-nın xəzinəsindən 7620 (yeddi min altı yüz iyirmi) manat alması, həmin gündən etibarən “xxxx” MTK-ya heç bir mənzil və yaxud pul tələbinin olmayacağı bildirilir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(060)-4536/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İsayeva (Cəfərova) Elnarə Nemət qızına qarşı nikahın ləğvi tələbinə dair iddia təmin edilərək, Cavabdeh ilə X19 arasında Sumqayıt şəhər nikah evində 05.03.2007-ci il tarixdə bağlanmış, 322 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş 18.06.2006-cı il təvəllüdlü X24 və 30.09.2010-cu il təvəllüdlü X20 yetkinlik yaşına çatana qədər anası X10 yanında qalması qət edilmiş, 26.08.2020-ci il tarixindən başlayaraq 18.06.2006-cı il təvəllüdlü X17 və 30.09.2010-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq X18 verilməsi qət edilmişdir. İş materiallarında olan 20.09.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh X9 mənzil almaq məqsədilə maddi yardım kimi 6000 (altı min) manat pul vəsaitini borc olaraq faizsiz olaraq 1 il müddətində alınması barədə aralarında müqavilə imzalanmış, 25.07.2020-ci il tarixində isə X13 həmin məbləğdə pulu geri alması və bu barədə heç bir şikayət və tələbinin olmaması ilə bağlı əlyazma şəklində qeydlər aparılaraq imzalanmışdır. İş materiallarında şahid X11 tərəfindən təqdim edilmiş lotereya oynayanların siyahısından müəyyən edilir ki, X19 daxil olmaqla, 10 nəfər şəxs arasında müxtəlif vaxtlarda ödəniş olmuşdur. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar əsasında müəyyən edildi ki, iddiaçı X19 ailə olduqları müddətdə həyat yoldaşı Cavabdeh ilə ev almaq məqsədi ilə 16 yanvar 2014-cü il tarixdə, “xxxx” MTK ilə müqavilə bağladığı işin mübahisə edilməyən halı olub, iki ayın ödənişinin iddiaçı ilə birgə ödədiyini etiraf etdiyini, digər vəsaitin cavabdeh vəsaiti hesabına ödənilməsi üçün dostu X21 arasında bağlanmış borc müqaviləsi əsasında götürülüb ödənilməsi, sonradan özü-özlüyündə inandırıcı və mötəbərliyi şübhə altına alınmışdır. Belə ki, iş materiallarında olan Cavabdeh keçmiş payçısı olduğu “xxxx” MTK-nın nəznində yerləşən bina 7, mərtəbə 7, bir otaqlı, 78 m2, 43 saylı mənzilə görə MTK-nın xəzinəsindən 7620 (yeddi min altı yüz iyirmi) manat alması, həmin gündən etibarən “xxxx” MTK-ya heç bir mənzil və yaxud pul tələbinin olmayacağı bildirilmişdir. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X15 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. (MM 225.1-225.4) Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı tərəflər arasında mübahisənin birgə nikah dövründə mənzil almaq məqsədi ilə bağlı pul vəsaiti ilə bağlı olduğundan, birgə vəsait hesabına əldə olunması müəyyən edilmədiyindən, hər bir tərəfin xərclədiyi vəsait özünə aid olmasını daha məqsədə uyğun hesab edir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. (Ailə Məcəlləsinin 32-ci maddəsi) Ailə Məcəlləsinin 38.2-38.6-cı maddəsinin tələbi baxımıdan nikah müqaviləsi ilə ərarvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində isə göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddiaçı E.N.İsayeva tərəfindən mənəvi ziyana görə 10000 (on min) manat tələb etməsinə baxmayaraq, qanunvericilikdə mənəvi zərər nəticəsində fiziki şəxsin sağlamlığına zərər yetirməsi və pisixi iztirab keçirəməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən hesab edir ki, iddia tələbi o hissədə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 5200 manat məbləğində pul və 30 manat dövlət rüsumu, cəmi 5230 manat məbləğində pul alınıb iddiaçı X18 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5200 (beş min iki yüz) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 5230 (beş min iki yüz otuz) manat məbləğində pul tutulub iddiaçı X18 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar