Məhkəmə qərarları › İş №2(060)-348/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-348/2024

27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-348/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Abuşova (Quliyeva) Aynur Vaqif qızı və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Abuşova (Quliyeva) Aynur Vaqif qızı və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idarə etdiyi “HYUNDAİ i30 Minik” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avomaşınına dəymiş 2500 (iki min beş yüz) manat maddi ziyanın və ödənilmiş 45 manat dövlət rüsumunun, cəmi 2545 (iki min beş yüz qırx beş) manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıiddia tələbini onunla əsaslandırmışdır ki, “HYUNDAİ i30 Minik” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avomaşın həyat yoldaşı X4 məxsusdur. O, sözügedən avtomaşını etibarnamə ilə idarə edir. 29 avqust 2023-cü ildə saat 23:36-da Nissan TİİDA minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı Quba yolunun 15 km-də idarə etdiyi “HYUNDAİ i30 Minik” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşına arxadan vurmuşdur. Baş vermiş avtonəqliyyat hadisəsi zamanı maşının arxa buferi zədə nəticəsində qırılıb yerə düşmüş, arxa panel, sağ krıla, arxa kapot, arxa stoplar və s. detallar sıradan çıxmışdır. Ona ümumi 2500 (iki min beş yüz) manat maddi zərər dəymişdir. Nissan Tida minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən X9 barəsində xx.xx.2023-cii ildə İXP ******* nömrəli qərar tərtib edilmiş və AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. Cavabdeh X9 idarə etdiyi avtomaşını ƏN-Vİ 263991 nömrəli etibarnamə əsasında idarə etmişdir. Avtomaşının sahibi Cavabdeh2dur. Onu da bildirir ki, cavabdeh X9 idarə etdiyi avtomaşının icbari sığortası olmamışdır. Onun idarə etdiyi avtomaşın "xxxx" ASC tərəfindən sığortalanmışdır. Hadisə baş verən zaman sığorta şirkətinə müraciət etmişdir. Sığorta şirkətinin əməkdaşları araşdırma apararaq avtomaşınına ilkin olaraq 1940 manat pul təyin etmişdir. X2 idarə etdiyi avtomaşının sığortası olmadığı üçün ona sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Bu səbəbdən də o, avtomaşınına dəyən ziyan cavabdehlər tərəfindən ödənilmədiyi üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, idarə etdiyi “HYUNDAİ i30 Minik’" markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşınına dəymiş 2500 (iki min beş yüz) manat maddi ziyanın və ödənilmiş 45 manat dövlət rüsumunun, cəmi 2545 (iki min beş yüz qırx beş) manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh Abuşova (Quliyeva) Aynur Vaqif qızı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində də qeyd olunduğu kimi, zərər vurulmuş “Hyundai İ30 minik” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X6r. Lakin iddia avtomaşın etibarnamə əsasında istifadə edən İddiaçı tərəfindən, yəni buna hüququ olmayan şəxs tərəfındən verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, icraatda olan İddiaçı ğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(060)-6954/2023 saylı mülki iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh avqust ayında yol nəqliyyat hadisəsi törədərək onun maşınını vurub, amma təmir etməkdən və ya ziyanı ödəməkdən yayınmışdır. Sığorta şirkəti onu servisə dəvət etmiş, pulunu götürməyi barədə sms gəlmişdir. Lakin sonradan məlum olmuşdur ki, onun maşınını vuran zaman Cavabdeh1 sığortası olmamışdır. O hadisədən sonra maşınını sığorta etdirmişdir. Bu səbəbdən ona sığorta ödənişi verilməsindən imtina edilmişdir. Sığorta ödənişinin edilməsi üçün digər tərəfin də sığortası olmalı idi. Hazırda ekspert rəyi ilə razı deyil. Rəydə qeyd edilən məbləğ ona dəymiş ziyanla müqayisədə olduqca azdır. Maşının hissələri az tapılan hissələrdir. O, özü də ustadır və hesab edir ki, rəydə qeyd edilən məbləğ düzgün deyil. Həmçinin rəydə maşının bütün xarab olan hissələri yazılmayıb. Əgər o maşınını rəsmi servisdə düzəltdirməli olsaydı, təxminən 4000-5000 manat xərci çıxardı. Ekspert yalnız maşına baxdıqdan sonra rəy verməli idi. Bir daha qeyd edir ki, cavabdeh X9 ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir, ona məhkəməyə müraciət etməsini və pulun əmək haqqından tutulmasını bildirmişdir. Hadisədən sonra cavabdeh ona cəmi 500 manat ödəyə biləcəyini bildirmişdir. Tərəfindən məhkəməyə təqdim edilmiş zərər aktında maşına dəymiş ziyan qeyd edilib və yalnız həmin məbləğ əsasında maşını tam şəkildə təmir etdirə bilər. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə, sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Abuşova (Quliyeva) Aynur Vaqif qızı 29 avqust 2023-cü ildə saat 22:25-də Nissan TİİDA minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomaşını Bakı Quba yolunun 15 km-də idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, hadisənin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Hadisə vaxtı TİİDA minik markalı, **- MY-*** dövlət qeydiyyat nişanlı avtomaşının sığortası olmamışdır. İşdə olan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, həmin qərarla Abuşova (Quliyeva) Aynur Vaqif qızı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İşdə olan ƏN Vİ 336430 nömrəli etibarnamədən görünür ki, X1 İskəndər İmran oğluna “HYUNDAİ i30 Minik’" markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair xx.xx.2022-ci il tarixdə etibarnamə vermişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. İşdə olan ƏN Vİ 263991 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 Abuşova (Quliyeva) Aynur Vaqif qızına Nissan TİİDA minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair xx.xx.2023-cü il tarixdə etibarnamə vermişdir. Etibarnamə xx.xx.2025-ci il tarixədək etibarlıdır. İşdə olan dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “HYUNDAİ i30 Minik’" markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 2550 manat xərc tələb olunur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 05/02-127 saylı məktubunun məzmunundan görünür ki, Nissan TİİDA minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomaşın hadisə anında icbari qaydada sığortalanmadığından "xxxx" ASC-nin sığorta müqaviləsi üzrə sığorta ödənişi vermək öhdəliyi yaranmamış, bu səbəbdən sığorta aktı və qüsur aktı tərtib edilməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 29 avqust 2023-cü ildə saat 22:25-də Abuşova (Quliyeva) Aynur Vaqif qızının idarə etdiyi TİİDA minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı idarə etdiyi “HYUNDAİ i30 Minik’" markalı **-EH- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobilə ziyan dəymişdir. Məhkəmə iddia tələbinin məzmunu ilə əlaqədar aşağıdakıları qeyd edir: Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, Abuşova (Quliyeva) Aynur Vaqif qızının yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar və digər iş materialları ilə təsdiq edilir. Beləliklə yol-nəqliyyat hadisəsi Abuşova (Quliyeva) Aynur Vaqif qızı tərəfindən törədildiyindən və həmin hadisədə onun təqsirli olması öz təsdiqini tapdığından iddia tələbi Abuşova (Quliyeva) Aynur Vaqif qızına münasibətdə təmin edilməli, Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, sözügedən yol nəqliyyat hadisəsi zamanı avtomobilin mülkiyyətçisi Cavabdeh2 hər hansı təqsiri olması iş materialları ilə müəyyən edilmir. Hadisəni A.Abuşova (Quliyeva) törətmiş, avtomobil Cavabdeh2 mülkiyyətində olsa da, hadisə zamanı avtomobili faktiki olaraq Cavabdeh1 idarə etmişdir. Bu səbəbdən vurulmuş zərərdə təqsiri olmayan Cavabdeh2 üzərinə zərərin əvəzini ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh Abuşova (Quliyeva) Aynur Vaqif qızı təqsirli olduğundan həmin hadisə nəticəsində “HYUNDAİ i30 Minik’" markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan Abuşova (Quliyeva) Aynur Vaqif qızı tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçınının idarə etdiyi “HYUNDAİ i30 Minik’" markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərcinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2024-cü il tarixli, 9/1296 nömrəli rəyi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “HYUNDAİ i30 Minik’" markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 20223-cü ilin avqust ayına olan təmir bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1846 manat olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Abuşova (Quliyeva) Aynur Vaqif qızına tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi avtomobilə dəymiş zərərə görə 1846 manat məbləğində pul Cavabdeh1 (Abuşovadan) tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehin iddia ərizəsinin maşının mülkiyyətçisi tərəfindən deyil, maşını idarə edən şəxs tərəfindən qaldırılması barədə iddiaya etirazının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində maşına dəymiş ziyanın ödənilməsi həm avtomaşının mülkiyyətçisi, həm də avtomaşını həmin vaxt etibarnamə əsasında idarə edən şəxs tərəfindən tələb edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia qismən təmin edildiyindən (74% hissədə) iddiaçı tərəfindən ödənilən 45 manat dövlət rusumunun 33 manat hissəsi də həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbə münasib olaraq cavabdehə aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, 50 manat ekspertiza xərcinin 37 manatı cavabdehə, 13 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı idarə etdiyi avtomobilə dəymiş zərərə görə 1846 (bir min səkkiz yüz qırx altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 33 (otuz üç) manat hissəsi cavabdeh Abuşova (Quliyeva) Aynur Vaqif qızından tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq İddiaçı 13 (on üç) manat, cavabdeh Abuşova (Quliyeva) Aynur Vaqif qızından isə 37 (otuz yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar