Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3484/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi məhkəmə iclas katibi X2 İddiaçı-cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 və cavabdeh-iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması tələbinə dair” və iddiaçı Cavabdeh BOKTİddiaçı QSCyə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc üzrə 1 256 250.00 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat, faiz borcu üzrə 158.287.50 (yüz əlli səkkiz min iki yüz səksən yeddi manat, 50 qəpik) manat olmaqla, cəmi 1 414.537.50 (bir milyon dörd yüz on dörd min beş yüz otuz yeddi manat, 50 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 1497,37 (min dörd yüz doxsan yeddi manat 37 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 3703/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh BOKTİddiaçı QSC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş iddia ərizəsi üzrə mülki iş hazırki mülki işlə bir icraatda birləşdirilmişdir. Məhkəmədə BOKT İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə və Cavabdeh iddiasını rədd edərək göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X5 Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-38 saylı, 19 iyun 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Nəqliyyat filalı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, № 11361 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 12 % tətbiq edilməklə, 60 ay müddətinə 1 256 250 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Qeyd olunan Kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 12 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh təhvil verilmiş akta əsasən müqavilə üzrə hazırda olan əsas borc üzrə 1 256.250.00 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat, faiz borcu üzrə 158 287.50 (yüz əlli səkkiz min iki yüz səksən yeddi manat, 50 qəpik) manat olmaqla, cəmi 1 414.537.50 (bir milyon dörd yüz on dörd min beş yüz otuz yeddi manat, 50 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qanunun qeyd edilən maddəsinə əsasən hesab edirik ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 1497,37 (min dörd yüz doxsan yeddi manat 37 qəpik) manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc üzrə 1 256 250.00 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat, faiz borcu üzrə 158.287.50 (yüz əlli səkkiz min iki yüz səksən yeddi manat, 50 qəpik) manat olmaqla, cəmi 1 414.537.50 (bir milyon dörd yüz on dörd min beş yüz otuz yeddi manat, 50 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 1497,37 (min dörd yüz doxsan yeddi manat 37 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsini və Cavabdeh iddiasının rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkmədə Cavabdeh iddianı müdafiə və BOKTİddiaçı QSC-nin ona qarşı iddiasını rədd edərək göstərdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASCdən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK- 38 saylı, 19 iyun 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Nəqliyyat filalı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, № 11361 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 12 % tətbiq edilməklə, 60 ay müddətinə 1 256 250;(bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Cavabdeh təhvil verilmiş akta əsasənmüqavilə üzrə hazırda olan əsas borc üzrə 1 256.250.00 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat, faiz borcu üzrə 158 287.50 (yüz əlli səkkiz min iki yüz səksən yeddi manat, 50 qəpik) manat olmaqla,cəmi 1 414.537.50 (bir milyon dörd yüz on dörd min beş yüz otuz yeddimanat, 50 qəpik) manat məbləğində təşkil edir. Həmin vaxt ona heç bir pul vəsaiti verilməmişdir. Həmin müqavilədə qeyd olunan pullar bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-975/16 saylı 14 oktyabr 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Əfqan Hacıyev, hakimlər Fikrət Qəribov və Zeynal Ağayev) “İnter Sekyuriti MMC-nin rəhbəri İbrahim Hüseynov bankın digər rəhbər işçiləri ilə, o cümlədən "xxxx" ASC-nin İdarə Heyətinin sədri işləmiş Cahangir Hacıyevlə əlbir olub külli miqdarda bankın vəsaitlərini mənimsəməyə görə uzun müddətli həbs cəzalarına məhkum olunmuşlar. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə 1 (103)-845/2017 saylı 01 iyun 2017ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanmış və həmin tarixdən hökm qanuni qüvvəsini almışdır. Həmin hökmə əsasən iddiaçının adına rəsmiləşdirilmiş, qeyd olunan müqavilə külli miqdarda pul vəsaiti iş üzrə keçən təqsirləndirilən şəxslər tərəfindən mənimsənilmişdir. Göründüyü kimi, adına kredit müqaviləsi rəsmiləşdirilsə də, həmin müqavilə üzrə kredit vəsaitləri ona verilməmişdir. Bu hallar qanunla qüvvəyə minmiş hökmlə tam təsdiqini tapır. Ona görə də cavabdehlə bağlanmış qeyd olunan müqavilə uydurma əqd olduğundan etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, onunla "xxxx" ASC-nin Nəqliyyat filialı arasında tərtib olunmuş xx.xx.2014-cü il tarixli 11361 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı-cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 və cavabdeh-iddiaçı Cavabdeh dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh iddiası təmin, BOKTİddiaçı QSC-nin iddiası isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 12 % ödəmək şərti ilə ******* (bir milyon iki yüz əlli altı min iki yüz əlli) manat məbləğində kredit verilmişdir. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin SFK-38 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh "xxxx" ASC-yə cəmi borc (kredit) 1414537,50 (bir milyon dörd yüz on dörd min beş yüz otuz yeddi, 50) manat, əsas borc (kredit) ******* (bir milyon iki yüz əlli altı min iki yüz əlli) manat, faiz borcu (kredit) 158287,80 (yüz əlli səkkiz min iki yüz səksən yeddi, 80) manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur. İş materiallarından görünür ki, “X6 Edilməsi Agentliyi” MMC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-975/16 saylı 14 oktyabr 2016-ci il tarixli hökmün müəyyən etdi hissəsindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 Orxan Məhsim oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, 11361 N-li kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə ******* manat Nəqliyyət filialın kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakının mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-inə külli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası MM-in 82.4-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyatı hissəsində məcburidir. Azərbaycan Respublikası MM-in 340.1-ci maddəsinə müvafiq olaraq, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, məhkəmədə müəyyən olunub ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi yalnız görünüş üçün bağlanmışdır. Buna görə həmin kredit müqaviləsi uydurma əqd olduğuna görə əhəmiyyətsizdir. Azərbaycan Respublikası MM-in 337-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borc üzrə 1 256 250.00 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat, faiz borcu üzrə 158.287.50 (yüz əlli səkkiz min iki yüz səksən yeddi manat, 50 qəpik) manat olmaqla, cəmi 1 414.537.50 (bir milyon dörd yüz on dörd min beş yüz otuz yeddi manat, 50 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 1497,37 (min dörd yüz doxsan yeddi manat 37 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməməli və Cavabdeh ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında tərtib olunmuş xx.xx.2014-cü il tarixli 11361 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, həmin kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin Cavabdeh hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Cavabdeh BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borc üzrə 1 256 250.00 (bir milyon iki yüz əlli altı min iki yüz əlli manat 00 qəpik) manat, faiz borcu üzrə 158.287.50 (yüz əlli səkkiz min iki yüz səksən yeddi manat, 50 qəpik) manat olmaqla, cəmi 1 414.537.50 (bir milyon dörd yüz on dörd min beş yüz otuz yeddi manat, 50 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 1497,37 (min dörd yüz doxsan yeddi manat 37 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməsin. Cavabdeh ilə "xxxx" ASC-nin Nəqliyyat filialı arasında tərtib olunmuş xx.xx.2014-cü il tarixli 11361 saylı kredit müqaviləsi etibarsız hesab edilsin, həmin kredit müqaviləsinə əsasən kredit borcunun və ona hesablanmış faizlərin Cavabdeh hesabından silinsin. İddiaçı BOKTİddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3484/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3484/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver