Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-349/2022 11.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.10.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********16400 olan Samsung Galaxy A6 markalı telefon üçün 528 manat ödənilməmiş hissə, 158,4 manat dəbbə, 10.10.2018-ci il tarixli müqaviləyə əsasən, Delta künc divan dəsti üçün 1099,1 manat ödənilməmiş hissə, 331,8 manat dəbbə, 06.05.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu olan **********51546 Samsung Galaxy A3 markalı telefon üçün 333 manat ödənilməmiş hissə, 99,9 manat dəbbə, 29.07.2018-ci il tarixli müqaviləyə əsasən, Vega Künc və Foriella markalı jurnal masası üçün 414 manat ödənilməmiş hissə, 124,2 manat dəbbə, ümumilikdə 3088,4 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3118,4 manat pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 20.10.2018, 10.10.2018, 06.05.2018 və 29.07.2018-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodları **********16400 olan Samsung Galaxy A6, **********51546 olan Samsung Galaxy A3 markalı telefonlar, Delta künc divan dəsti mebel əşyası, HP 15-bs003ur markalı notebook almış və nəticədə 3088,4 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.10.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 968 manat olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə, 686,4 manat olmaqla ondan 528 manat ödənilməmiş hissə, 158,4 manat dəbbə, 10.10.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1896 manat olan Delta künc divan dəsti üçün ümumilikdə 1430.9 manat olmaqla ondan 1099.1 manat ödənilməmiş hissə, 331,8 manat dəbbə, 06.05.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 888 manat olan Samsung Galaxy A3 markalı telefon üçün ümumilikdə, 432,9 manat olmaqla ondan 333 manat ödənilməmiş hissə, 99,9 manat dəbbə, 29.07.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1242 manat olan Vega Künc və Foriella markalı jurnal masası üçün ümumilikdə 538,2 manat olmaqla ondan 414 manat ödənilməmiş hissə, 124,2 manat dəbbə pulu borcu vradır. Cavabdehin 06.05.2018-ci il müqavilə üzrə son ödəniş tarixi 03.09.2019-cu il və 29.07.2018-ci il müqavilə üzrə son ödəniş tarixi 03.09.2019-cu ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 2619,9 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.10.2018-ci il tarixli 00341453 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 968 manat olan İMEİ Kodu **********16400 olan Samsung Galaxy A6 markalı telefonu 22 ay müddətə hər ay 44 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.10.2018-ci il tarixli 00329098 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 1896 manat olan Delta künc divan dəstini 24 ay müddətə hər ay 79 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.05.2018-ci il tarixli 00133218 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 888 manat olan İMEİ Kodu olan **********51546 Samsung Galaxy A3 markalı telefonu 24 ay müddətə hər ay 37 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.07.2018-ci il tarixli k00230511 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 1242 manat olan HP 15-bs003ur markalı notebooku 18 ay müddətə hər ay 69 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20.10.2018-ci il tarixli 00341453 saylı müqavilə üzrə 528 manat əsas, 158,4 manat cərimə, 10.10.2018-ci il tarixli 00329098 saylı müqavilə üzrə 1099,1 manat əsas borc, 331,8 manat cərimə, 06.05.2018-ci il tarixli 00133218 saylı müqavilə üzrə 333 manat əsas borc, 99,9 manat cərimə, 29.07.2018-ci il tarixli k00230511 saylı müqavilə üzrə 414 manat əsas, 124,2 manat cərimə borcu vardır. Ödədiyi cəmi məbləğ 2619,9 manat təşkil edir. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 158,4 manat dəbbə pulu azaldılaraq 50 manat, 331,8 manat dəbbə pulu azaldılaraq 100 manat, 99,9 manat dəbbə pulu azaldılaraq 30 manat, 124,2 manat dəbbə pulu azaldılaraq 40 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə sənədlərdən görünür ki, iddiaçı tərəfindən cəmi 50,89 manat dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə münasib olaraq 8,15 manat iddiaçıya aid edilməli, 42,74 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.10.2018-ci il tarixli 00341453 saylı müqavilə üzrə 528 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 578 manat borc, 10.10.2018-ci il tarixli 00329098 saylı müqavilə üzrə 1099,1 manat əsas, 100 manat dəbbə pulu, cəmi 1199,1 manat borc, 06.05.2018-ci il tarixli 00133218 saylı müqavilə üzrə 333 manat əsas borc, 30 manat dəbbə pulu, cəmi 363 manat borc, 29.07.2018-ci il tarixli k00230511 saylı müqavilə üzrə 414 manat əsas, 40 manat dəbbə pulu, cəmi 454 manat borc, ümumilikdə 2594,1 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,74 manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20.10.2018-ci il tarixli 00341453 saylı müqavilə üzrə 528 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 578 manat borc, 10.10.2018-ci il tarixli 00329098 saylı müqavilə üzrə 1099,1 manat əsas, 100 manat dəbbə pulu, cəmi 1199,1 manat borc, 06.05.2018-ci il tarixli 00133218 saylı müqavilə üzrə 333 manat əsas borc, 30 manat dəbbə pulu, cəmi 363 manat borc, 29.07.2018-ci il tarixli k00230511 saylı müqavilə üzrə 414 manat əsas, 40 manat dəbbə pulu, cəmi 454 manat borc, ümumilikdə 2594,1 (iki min beş yüz doxsan dörd manat on qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,74 (qırx iki manat yetmiş dörd qəpik) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-349/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-349/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver