Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3518/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, rəsmi nikahdan anadan olan 16.04.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Sumqayıt şəhər Məhkəməsinin 2(060)-734/2012 saylı 13.02.2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq, 175 manat məbləğində sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Cavabdeh ilə 23 sentyabr 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Rəsmi nikahdan 16 aprel 2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 13 fevral 2012-ci il tarixli, 2(060)-734/2012 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, 16 aprel 2011-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra onun himayəsində saxlanması və hər ay 87 manat sabit pul məbləğində aliment 16 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmişdir. Övladının tələbatı günü-gündən artır. Uşağın yeyib-içmək, məktəb və digər xərclərini ödəyə bilmir. O, işləmir, əlavə qazanc yeri yoxdur, şəxsi mənzilinin olmaması səbəbindən kirayədə yaşayır. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 175 manat müəyyən edilmişdir. Hesab edir ki, 16 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin 13 fevral 2012-ci il tarixli, 2(060)-734/2012 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 87 manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı İddiaçı ona qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş vardır. Həmin iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçı ondan 175 manat aliment tələb edir. O, ikinci dəfə ailə həyatı qurmuş, ikinci nikahdan iki övladı var. Hazırda özü fərdi əməklə məşğul olur, ailəni çox çətinliklədə olsa dolandırmağa çalışır. Lakin buna baxmayaraq o, aliment ödəməkdən boyun qaçırmır, övladının saxlanması üçün hər ay 120-130 manat aliment ödəyə bilər. Qeyd edilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 13 fevral 2012-ci il tarixli, 2(060)-734/2012 saylı qətnaməsi ilə tutulan məbləği qismən artırılmasını, yəni hər ay 120-130 manat aliment tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-734/2012 saylı 13.02.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 23.09.2010-cu il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 1487 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 16 aprel 2011-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra İddiaçı himayəsində saxlanması və Cavabdeh 16 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 87 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, cavabdeh 18.05.2012-ci ildə X2 ilə rəsmi nikaha daxil olmuş və onların birgə nikahlarından 21.10.2013-cü il təvəllüdlü Elxan və 18.10.2015-ci il təvəllüdlü Yusif adlı iki uşaqları vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» 01 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşağın mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-734/2012 saylı 13.02.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 16 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş məbləği hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-734/2012 saylı 13.02.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 16 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3518/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3518/2021
05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver