Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3523/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, iddiaçı «xxxx» MMC-nin cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızına qarşı borc tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı «xxxx» MMC cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızına qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ********* saylı, müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 199 manat əsas borcun, 59 manat cərimə, ümumilikdə 258 manat, xx.xx.2019-cu il tarixli, ********* saylı, müqavilə üzrə yaranmış 215 manat əsas, 64 manat cərimə, cəmi 279 manat, ümumilikdə 537 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızından tutularaq «xxxx» MMC-nə xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMC ilə Həsənova (Pirişova) Aidə Əlisafa qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli ********* saylı, müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Samsung galaxy watch” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599 manat, xx.xx.2019-cu il tarixli, ********* saylı, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “X1 8” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla cəmi 399 manat, ümumilikdə hər iki müqavilə üzrə 998 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızı müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixində 250 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixində 150 manat ödəniş etdikdən sonra heç bir ödəniş etməmiş və qalıq hər iki müqavilə üzrə 414 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Həsənova (Pirişova) Aidə Əlisafa qızı borcu ödəməkdən boyun qaçırır. Cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızının xx.xx.2021-ci il tarixə «xxxx» MMC-nə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 199 manat əsas, 59 manat cərimə, cəmi 258 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 215 manat əsas, 64 manat cərimə, cəmi 279 manat, hər iki müqavilə üzrə olan borcu 414 manat əsas, 123 manat cərimə, ümumilikdə 537 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızına prosesual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdeh Şirəliyev Həsənova (Pirişova) Aidə Əlisafa qızı xx xxxxx 2021-ci il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızına qanunla müəyyən olunmuş qaydada prosesual hüquq və vəzifələrinin izahı olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müaviləsindən və ona əlavə edilmiş 1 nömrəli əlavədən görünür ki, cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızı «xxxx» MMC-dən bir ədəd “Samsung galaxy watch” markalı mobil telefon almış, telefonun dəyərini 12 ay müddətinə hər ay 50 manat, ümumilikdə 599 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızı xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçı «xxxx» MMC-nə 400 manat məbləğində ödəniş etmiş, 199 manat əsas, 59 manat cərimə, cəmi 258 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızı xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Samsung galaxy watch” markalı mobil telefona görə 12 ay müddətində hər ay 50 manat, sonuncu ay 49 manat ödəmək şərti ilə, cəmi 599 manat məbləğində pulu «xxxx» MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş 1 nömrəli əlavədən görünür ki, cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızı «xxxx» MMC-dən bir ədəd “X1 8” markalı mobil telefon almış, telefonun dəyərindən 200 manat ilkin ödəniş etmiş, qalan məbləği 12 ay müddətinə hər ay 34 manat, ümumilikdə 399 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızı xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçı «xxxx» MMC-nə 184 manat məbləğində ödəniş etmiş, 215 manat əsas, 64 manat cərimə, cəmi 279 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızı xx.xx.2019-cu il tarixli müqavilə üzrə “X1 8” markalı mobil telefona görə 200 manat ilkin ödəniş etmiş, qalan məbləği 12 ay müddətində hər ay 34 manat, sonuncu ay 25 manat ödəmək şərti ilə, cəmi 399 manat məbləğində pulu «xxxx» MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı «xxxx» MMC tərəfindən cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızından xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, əks halda borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarından müəyyən edilir ki, cavabdeh müddətli (nisyə) alqı-satqı müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızından 414 manat əsas, 123 manat cərimə, ümumilikdə 537 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «xxxx» MMC-nə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Həsənova (Pirişova) Aidə Əlisafa qızından 414 manat əsas, 123 manat cərimə, ümumilikdə 537 (beş yüz otuz yeddi) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3523/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3523/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver