Məhkəmə qərarları › İş №2(060)-3529/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3529/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3529/2020 22.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********27870 olan Samsung Galaxy A50 markalı telefon üçün 533 (beş yüz otuz üç)manat ödənilməmiş hissə, 145 (bir yüz qırx beş)manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı LED TV üçün 1134 (bir min yüz otuz dörd)manat ödənilməmiş hissə, 170 (bir yüz yetmiş)manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı Soyuducu üçün 2412 (iki min dörd yüz on iki)manat ödənilməmiş hissə, 524 (beş yüz iyirmi dörd) manat dəbbə pulu olmaqla, ümumilikdə 4918 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4948 manat məbləğində pulun Cavabdeh alınaraq “ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********27870 olan Samsung Galaxy A50 markalı telefon, Samsung markalı LED TV və Samsung markalı Soyuducu almış və nəticədə 4918 (dörd min doqquz yüz on səkkiz,) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 702 (yeddi yüz iki) manat (6 ay x 97 manat + 120 manat ilkin ödəniş) İMEİ Kodu **********27870 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 678 (altı yüz yetmiş səkkiz) manat olmaqla ondan, 533 (beş yüz otuz üç) manat ödənilməmiş hissə, 145 (bir yüz qırx beş) manat dəbbə borcu pulu, o cümlədən xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1374 (bir min üç yüz yetmiş dörd) manat (18 ay x 63 manat + 240 manat ilkin ödəniş)Samsung markalı LED TV üçün ümumilikdə, 1304 (bir min üç yüz dörd) manat olmaqla ondan, 1134 (bir min yüz otuz dörd) manat ödənilməmiş hissə, 170 (bir yüz yetmiş) manat dəbbə və eyni zamanda xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2936 (iki min doqquz yüz otuz altı) manat (12 ay x 201 manat + 524 manat ilkin ödəniş)Samsung markalı Soyuducu üçün ümumilikdə, 2936 (iki min doqquz yüz otuz altı) manat olmaqla ondan, 2412 (iki min dörd yüz on iki) manat ödənilməmiş hissə, 524 (beş yüz iyirmi dörd) manat dəbbə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 933 manat təşkil edir. Ona görə də nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 00825412, xx.xx.2018-ci il tarixli 00830053 və xx.xx.2018-ci il tarixli 00840932 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMCdən İMEİ Kodu **********27870 olan Samsung Galaxy A50 markalı telefon, Samsung markalı LED TV və Samsung markalı Soyuducu almışdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə 4079 manat ödənilməmiş hissə, 839 manat dəbbə pulu olmaqla, cəmi 4918 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 00825412, xx.xx.2018-ci il tarixli 00830053 və xx.xx.2018-ci il tarixli 00840932 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 4079 (533+1134+2412) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 839 (145+170+524) manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 85 (15+50+20) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 85% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 26 manatı cavabdehdən tutulmalı, 4 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə İMEİ Kodu **********27870 olan Samsung Galaxy A50 markalı telefon, Samsung markalı LED TV və Samsung markalı Soyuducu üçün 4079 (dörd min yetmiş doqquz) manat ödənilməmiş hissə, 85 (səksən beş) manat dəbbə pulu, 26 (iyirmi altı) manat dövlət rüsumu olmaqla, cəmi 4190 (dörd min yüz doxsan) manat pul tutularaq «xxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar