Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-354/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər - Sumqayıt şəhər Qeydiyyat Şöbəsi və Sumqayıt şəhəri 4 saylı Notariat ofisi) şəxsin şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə və həmin ərizəyə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, atası X2 1993-cü ildən xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. Atası 1993-cü ilin sonlarında Rusiya Federasiyasının Leninqrad vilayətinə getmişdir. Sonuncu dəfə ondan 1994-cü ilin əvvəllərində RF-nin Leninqrad vilayətinin Qadinski rayonunda yaşaması barədə məlumatları olmuşdur. Atasının sonrakı taleyi barədə ərizəçidə və ailə üzvlərində hər hansı bir məlumat yoxdur. Dəfələrlə atası ilə əlaqə saxlamaq istəsələr də, onun olduğu yeri müəyyən edə bilmədiklərinə görə buna nail ola bilməmişlər. Atası 1933cü ildə anadan olmuşdur. Atasının axtarılıb tapılmasında ona köməklik göstərilməsi xahişi ilə Sumqayıt şəhər Polis İdarəsinə etdiyi müraciətə cavab olaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 sentyabr 2020-ci il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Atası ilə anası arasında olan nikaha xitam verilməmişdir. Anası mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 9/5B, mənzil 12-ni mənzili satmaq istəyir. Valideynləri arasında nikaha xitam verilmədiyi üçün mövcud qanunvericiliyə görə sözügedən mənzilə görə alqı-satqı aparmaq mümkün deyildir. Bu səbəbdən də atasının xəbəriz itkin düşmüş hesab edilməsi məqsədilə məhkəməyə müraciət elməli olmuşdur. Ölüm haqqında şəhadətnamə almaq üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmiş, maraqlı tərəf məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1961-ci ildə, Qubadlı rayonu, Çardaxlı kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 06.09.2020-ci il tarixli qərarla ərizəçinin müraciəti əsasında toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən ərizəçi xx.xx.1961-ci ildə anadan olmuş, atası X3, anası X6r. 5 saylı Mənzil Kommunal Sahəsinin 01.02.2021-ci il tarixli, 157 saylı arayışında ərizəçinin ünvan 1 ünvanında yaşadığı göstərilmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 08.10.2021-ci il tarixli məktubundan görünür ki, maraqlı şəxs ərizəçiyə məhkəməyə müraciət etməli olduğunu tövsiyə etmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 09.04.2021-ci il tarixli məktubuna əsasən X2 vəfatı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X4” X1 Sistemində ümumi axtarış zamanı X2 adına ölüm haqqında akt aşkar olunmamışdır. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 14.12.2021-ci il tarixli, 33/4344 nömrəli məktubundan görünür ki, X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, 01.05.1933-cü ildə anadan olmuş X2 ölkə ərazisində qeydiyyatı mövcud deyildir. İşdə olan Həmkarlar İttifaqına üzvlük biletindən görünür ki, X3 1933-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər (40.1.). İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır (40.2.). Ərizəçinin məhkəmə iclasında verdiyi izahatından məlum olmuşdur ki, X3 Azərbaycan Respublikasından 1993-cü ilin sonlarından çıxmış, sonuncu dəfə 1994-cü ilin əvvəllərində RF-nin Leninqrad vilayətinin Qadinski rayonunda yaşaması barədə məlumatları olmuşdur. Məhkəmə sorğusu əsasənda məlum olmuşdur ki, X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə X2 1993-cü ildən xəbərsiz itkin düşmüş hesab edilməsini xahiş etmişdir. Lakin həmin şəxs barəsində son məlumatların hansı tarixdən alınması dəqiq olmadığından məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, X3 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 01 may 1933-cü ildə anadan olmuş X3 xəbərsiz itkin düşmüş hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-354/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-354/2022
17.02.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver