Məhkəmə qərarları › İş №2(060)-3549/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3549/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3549/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi X12 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı ona dəymiş 1970 manat ziyanın, ekspertiza xərci olaraq 100 manat, hüquqi xidmətlər üçün 300 manat və ümumillikdə 2370 manat pulun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 oktyabr 2022-ci il tarixdə Bakı- Sumqayıt yolunun Xırdalan dairəsindən istifadəsində olan **-DT-*** dövlət nömrə nişanlı maşını ilə keçərkən svetoforun yaşıl işığı yandığı üçün yolunu davam etdirmişdir. Cavabdeh2 öz yolunda svetaforun qırmızı işığına məhəl qoymadan yolu keçərkən istifadə etdiyi **-PD-*** dövlət nömrə nişanlı avtomaşınla onun istifadə etdiyi **-DT-*** dövlət nömrə nişanlı maşınını vurmuşdur. Hadisə nəticəsində onun maşınına ziyan dəymişdir. Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin DYP əməkdaşları gəlmişdirlər. Sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 **-PD-*** dövlət nömrə nişanlı avtomaşını idarə etmək üçün hüququ, etibarnaməsi yoxdur. Bundan başqa həmin nəqliyyat vasitəsinin icbari və kasko sığortasının da olmadığı müəyyyən olunmuşdur. Amma qeyd olunan nəqliyyat vasitəsinin Cavabdeh1 MMC-yə məxsus olması müəyyən olmuşdur. Sonradan vəkil sorğusuna cavabda Abşeron Rayon Polis İdarəsi əlavə etdiyi sənədlərdə hadisədən 6 gün sonrakı tarixlə verilmiş etibarnamə əlavə olunmuşdur. Etibarnamədə qeyd olunmuşdur ki, guya həmin maşın xx.xx.2021-ci il tarixli lizinq müqaviləsi ilə Cavabdeh2 lizinqə verilmişdir. Əgər həqiqətən də belə hal vardısa Cavabdeh2 hadisə vaxtı danışıqlarda və polisdəki izahatında qeyd edərdi. Vəkil sorğusuna cavabda müəyyən olur ki, Abşeron Rayon Polis İdarəsi tərəfindən bu hadisə ilə bağlı Cavabdeh2 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmuşdur. Yəni bu hadisə zamanı təqsirin Cavabdeh2 olması faktıdır. Cavabdehin ona vurduğu ziyanın ödənilməsini tələb etdikdə ona bildirmişdir ki, imkanı yoxdur və ödəməyəcəkdir. O da ailəsini bu maşınla işləyərək saxlayır. Ona görə məcbur qalıb maşınına dəymiş zərəri müəyyən etmək üçün "xxxx" MMC-yə müraciət etmiş, 100 manat rüsum ödəmiş və müəyyən olunmuşdur ki, bu məbləğ 1970 manatdır. Cavabdeh1 MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən ümumillikdə 2370 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh1 MMC-dən tutulması hissəsi əsassızdır və buna görə də iddianın həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “Khazar LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. İddiaçının Cavabdeh1 MMC-dən pul tələbinə dair iddiasına etiraz etmiş və bu hissədə iddianı əsassız hesab etmişdir. Qeyd olunmuşdur ki, 21 may 2022-ci il tarixli MAS-4424 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh2 MAS-4424 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin qeyd olunmuşdur ki, X11 imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunana kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam keçir. Tərəflərin izahatları və iddiaya münasibət: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil izahatında bildirdi ki, iddia tələbində qeyd etdikləri kimi Cavabdeh2 qırmızı işığın tələblərinə əməl etmədən qaydanı pozaraq İddiaçı idarə etdiyi nəqliyyat vasitəsini vuraraq ona maddi ziyan vurmuşdur. Həmin məbləği isə ödəmədiyinə görə həmin zaman polis əməkdaşları gəlmiş və inzibati xəta haqqında protokol tərtib edən zaman onlara heç bir sənəd təqdim etməmişdir. Əlavə olaraq bildirmişdir ki, onun etibarnaməsi və sığortası yoxdur. Nəqliyyat vasitəsi qanunsuz olaraq istifadə edilmiş və bununla bağlı olaraq Cavabdeh2 polis əməkdaşları tərəfindən cərimə olunmuşdur. Lakin İddiaçı dəymiş ziyan ödənilməmişdir. İddia ərizəsini məhkəməyə verməkdə əsas səbəb o olmuşdur ki, həmin nəqliyyat vasitəsi digər cavabdeh olan hüquqi şəxsin mülkiyyətində ola-ola, heç bir qanuni əsas olmadan idarə etmək üçün Cavabdeh2 verilmişdir. Ona görə də dəymiş ziyan hər iki şəxsdən tələb olunur. Cavabdeh2 nəqliyyat vasitəsi törədilən zaman polisə təqdim etmək üçün heç bir hüquqi sənədi olmamışdır ki, həmin nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. Öhdəliklərin ötürülməsi tərəflər arasında ola biləcək bir müqavilədir. Heç bir notariat təsdiqi orada qeyd olunmamışdır. Hüquqların ötürülməsi müqaviləsinə münasibətdə qeyd edir ki, əgər tərəflərdən biri hüquqi şəxsdirsə mütləqdir ki, bu müqavilə notarial qaydada bağlansın. Hadisədən sonra belə bir müqavilənin tərtib edilib məhkəməyə təqdim edilməsi şansı daha yüksəkdir. Əgər elə bir sənəd var idisə, nə üçün Cavabdeh2 həmin zaman o sənədi polis əməkdaşlarına təqdim etməmişdir? Müqavilə bağlandıqda iki nüsxədə bağlanmalı, bir nüsxəsi bir şəxsdə, digəri isə digər tərəfdə qalmalıdır. Cavabdeh2 polis əməkdaşlarına izahatında bildirmişdir ki, onun nə etibarnaməsi, nə də müqaviləsi vardır. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X12 bildirmişdir ki, iddia tələbi əsassızdır. 21 may 2022-ci il tarixli MAS-4424 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh2 MAS-4424 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh1 MMC hüquqi şəxs olduğu üçün tərtib edilmiş müqavilələr hüquqi şəxsin möhürü vasitəsilə təsdiq olunur. Lizinq müqaviləsinə əsasən hər ay ödənişdən ödənişə etibarnamə verilir. Hadisə zamanı Cavabdeh2 verilmiş etibarnamənin müddəti bitmişdir. Hadisədən bir həftə sonra Cavabdeh2 etibarnamə verilmişdir. Sonuncu etibarnamə 29 sentyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixinədək qüvvədə olmuşdur. Hadisədən sonra Cavabdeh2 05 oktyabr 2022-ci il tarixində etibarnamə almışdır. Mülki Məcəllənin 748-2.2ci bəndinə əsasən lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. “Daxili lizinq” müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq obyektinin təhviltəslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir. Hadisə zamanı sığorta və etibarnamə olmamışdır. Əgər məhkəmə istəsə, hesabdan çıxarış təqdim edə bilərlər. Konstutsiya Məhkəməsinin şərhi vardır ki, lizinq müqaviləsi istənilən fiziki və hüquqi şəxsə verilər bilər. Apellyasiya Məhkəməsinin mövqeyi də vardır ki, müqavilə təhvil-təslim aktı imzalandığını andan sahiblik və istifadə hüququ lizinq alanın öhdəliyinə keçir. Öhdəliklərin ötürülməsi müqaviləsi may ayında bağlanmış, hadisə isə oktyabr ayında baş vermişdir. Sözügedən avtomobil 16 yanvar 2023-cü il tarixdə X1 öhdəliyinə ötürülmüş, hal-hazırda həmin avtomobil onun istifadəsindədir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, polis əməkdaşlarına etibarnamənin müddətinin bitdiyini demişdir. Cavabdeh1 MMC ilə 2022-ci ilin may ayında öhdəliklərin ötürülməsi müqaviləsi bağlamışdır. Məsuliyyətini dərk edir. İddiaçı ondan 2370 manat tələb edir. O maşının cəmi min manat xərci olmuşdur. Polis əməkdaşları tərəfindən cərimə olunmuşdur. İddia tələbini tam hissədə qəbul etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil Abşeron rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, hüquqlarını müdafiə etdiyi İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Sumqayıt şəhərinə qayıdarkən Xırdalan dairəsində Anar adlı şəxs idarə etdiyi **-PD-*** dövlət nömrə nişanlı avtomobillə İddiaçı idarə etdiyi **-DT-*** dövlət nömrə nişanlı avtomoblil qırmızı işıqdan keçib vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə polis əməkdaşları gələrək, protokollaşdırılaraq həmin şəxs təqsirli bilinərək cərimə olunmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı İddiaçı nəqliyyat vasitəsinə ziyan dəymişdir, lakin bu günədək həmin maşına dəymiş ziyanı ödəmir. Hazırda dəymiş ziyanın ödənilməsi barədə məhkəmədə iddia qaldırmaq üçün həmin yol nəqliyyat hadisəsi ilə bağlı inzibati icraat materialları (protokol, qərar, izahat və s.) lazımdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, yol nəqliyyat hadisəsi törətmiş nəqliyyat vasitələrindən **-PD-*** dövlət nömrə nişanlı avtomobilin texniki pasportunun, sürücünün etibarnaməsinin, hadisə ilə bağlı protokolun, qərarın və sürücünün izahatının surətlərinin ona təqdim olunmasını xahiş etmişdir. 26 noyabr 2022-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Vəkil sorğusuna əsasən göndərilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində, saat 14:10-da Masazır dairəsində KHAZAR LX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsinin sxemində nəqliyyat vasitələrinin hadisədən sonrakı vəziyyətini tam açıqlayan, onların stasionar məntəqələrə bağlılığı barədə məlumatlar əks olunmuşdur. Cavabdeh2 tərəfindən Abşeron RPİ DYPŞ-nə verilmiş izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:10 radələrində yol vərəqəsi ilə idarə etdiyi Xəzər LX markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Masazır dairəsindən Bakıya, şəhər istiqamətinə svetoforun qırmızı işığını görmədən yola daxil olmuşdur. Xırdalan şəhərindən gələn Toyota Prius markalı, **-DT-*** nömrəli maşınla toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İddiaçı tərəfindən Abşeron RPİ DYPŞ-nə verilmiş izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:10 radələrində ona məxsus idarə etdiyi Prius markalı, **- DT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xırdalan (Masazır) dairəsində işıqforun yaşıl işığından keçərkən onu **-PD-*** dövlət qeydiyyat nişanlı, Xəzər markalı maşın vurmuşdur. Sığortası yoxdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, POA********** nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4424 saylı “X11” əsasında lizinqə verilmiş 1 ədəd KHAZAR LX markalı, **-PD-*** qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla etibarlıdır. AD seriyalı, 831379 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-DT-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS” minik markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. BB139399 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PD-*** dövlət qeydiyyat nişanlı, “KHAZAR LX” markalı nəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olan Cavabdeh1 MMC-dir. İş materiallarına İddiaçı və Cavabdeh2 sürücülük vəsiqələrinin surətləri əlavə olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-165/22 nömrəli mütəxəssis rəyindən görünür ki, buraxılış ili 2008-ci il olan, albalı metallik rəngli, **-DT-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS” minik markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər təhlil edilmiş və müvafiq ehtiyat hissələrinə dəymiş zərərin, görüləcək işlər və işçilik haqqının toplam məbləği müəyyən edilərək dəymiş zərərin 1970 manat məbləğində olması barədə nəticəyə gəlinmişdir. Lizinq verən Cavabdeh1 MMC ilə lizinq alan X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4424 nömrəli X11ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Bu Lizinq müqaviləsinin əsas məbləğini 14950 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 3100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3100 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 24.5% həcmində mükafat məbləği hesablanır. Cavabdeh1 MMC ilə X9 (öhdəlikləri ötürən) və X13 (öhdəlikləri qəbul edən) arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli, MAS-4424 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4424 saylı X11 üzrə “Öhdəlikləri ötürən” Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və buöhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və Cavabdeh1 MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Cavabdeh1 MMC tərəfindən təsdiq edilən X9 ilə X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X4 istifadəsində olan və Cavabdeh1 MMC-nin mülkiyyətində olan KHAZAR LX markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili X10 təhvil vermişdir. Cavabdeh1 MMC ilə X13 (öhdəlikləri ötürən) və X7 (öhdəlikləri qəbul edən) arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, MAS-4424 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4424 saylı X11 üzrə “Öhdəlikləri ötürən” Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və buöhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və Cavabdeh1 MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Cavabdeh1 MMC tərəfindən təsdiq edilən X13 ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X8 istifadəsində olan və Cavabdeh1 MMC-nin mülkiyyətində olan KHAZAR LX markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili X5 təhvil vermişdir. Cavabdeh1 MMC ilə X7 (öhdəlikləri ötürən) və Cavabdeh2 (öhdəlikləri qəbul edən) arasında bağlanmış 21 may 2022-ci il tarixli, MAS-4424 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh1 MMC ilə “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4424 saylı X11 üzrə “Öhdəlikləri ötürən” Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və buöhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh1 MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Cavabdeh1 MMC tərəfindən təsdiq edilən X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X3 istifadəsində olan və Cavabdeh1 MMC-nin mülkiyyətində olan KHAZAR LX markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 təhvil vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3549/2023 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi üçün mülki iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5456 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prius minik” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1970,0 manat müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3549/2023 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə iddia ərizəsi barədə mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları: Lizinq verən Cavabdeh1 MMC ilə lizinq alan X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4424 nömrəli X11nə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Bu Lizinq müqaviləsinin əsas məbləğini 14950 manat təşkil etmişdir. Lizinq alan, bu müqavilə imzalandığı gün 3100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Ödənilmiş 3100 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 24.5% həcmində mükafat məbləği hesablanmışdır. Lizinq müqaviləsi ilə lizinq alan tərəfindən ümumi dəyəri 14950 manat olan Khazar LX markalı avtomobil ələ edilmişdir. Cavabdeh1 MMC ilə X7 (öhdəlikləri ötürən) və Cavabdeh2 (öhdəlikləri qəbul edən) arasında bağlanmış 21 may 2022-ci il tarixli, MAS-4424 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi əsasında bağlanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, X3 istifadəsində olan və Cavabdeh1 MMC-nin mülkiyyətində olan KHAZAR LX markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 təhvil vermişdir. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Sumqayıt şəhərinə qayıdarkən Xırdalan dairəsində Anar adlı şəxs idarə etdiyi **-PD-*** dövlət nömrə nişanlı avtomobillə İddiaçı idarə etdiyi **-DT-*** dövlət nömrə nişanlı avtomoblil qırmızı işıqdan keçib vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə polis əməkdaşları gələrək, protokollaşdırılaraq həmin şəxs təqsirli bilinərək cərimə olunmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı İddiaçı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Buna uyğun olaraq Cavabdeh2 xx.xx.2022-ci il tarixində, saat 14:10-da Masazır dairəsində KHAZAR LX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, POA********** nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4424 saylı “X11” əsasında lizinqə verilmiş 1 ədəd KHAZAR LX markalı, **-PD-*** qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla etibarlıdır. BB139399 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PD-*** dövlət qeydiyyat nişanlı, “KHAZAR LX” markalı nəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olan Cavabdeh1 MMC-dir. Daha sonra iddiaçı ekspertiza mərkəzinə müraciət etmiş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-165/22 nömrəli mütəxəssis rəyinə əsasən buraxılış ili 2008-ci il olan, albalı metallik rəngli, **-DT-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS” minik markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər təhlil edilmiş və müvafiq ehtiyat hissələrinə dəymiş zərərin, görüləcək işlər və işçilik haqqının toplam məbləği müəyyən edilərək dəymiş zərərin 1970 manat məbləğində olması barədə nəticəyə gəlinmişdir. Hazırda iddiaçı avtomobilə dəymiş zərərin əvəzini cavabdehlərdən tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onunpozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 21 sentyabr 2021-ci il tarixli, MAS-4424 saylı X6 5.4-cü bəndində qeyd edilmişdir ki, lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan- 1) müqaviləyə əsasən ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini öhdəlik tam icraedilənə qədər ödəmək; 2) Lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək; 3) öz hesabına bu müqaviləyə əsasən istifadəsinə verilmiş Lizinq obyektinə analoji olan əmlak əldə etmək və Lizinq verənin mülkiyyətinə rəsmiləşdirmək kimi hərəkətlərdən birini dərhal həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə ekspert rəyi ilə razılaşır. Məhkəmə cavabdehdən lizinq müqaviləsinə əsasən yaranmış borcun tutulması ilə bağlı aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən edildiyi kimi Cavabdeh1 MMC ilə X7 (öhdəlikləri ötürən) və Cavabdeh2 (öhdəlikləri qəbul edən) arasında bağlanmış 21 may 2022-ci il tarixli, MAS- 4424 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi əsasında bağlanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, X3 istifadəsində olan və Cavabdeh1 MMC-nin mülkiyyətində olan KHAZAR LX markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 təhvil vermiş, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Sumqayıt şəhərinə qayıdarkən Xırdalan dairəsində Anar adlı şəxs idarə etdiyi **-PD-*** dövlət nömrə nişanlı avtomobillə İddiaçı idarə etdiyi **-DT-*** dövlət nömrə nişanlı avtomobil qırmızı işıqdan keçib vurmaqla yol nəqliyyat hadisəsi törətmiş, hadisə yerinə polis əməkdaşları gələrək, protokollaşdırılaraq həmin şəxs təqsirli bilinərək cərimə olunmuş, həmin yol nəqliyyat hadisəsi zamanı İddiaçı nəqliyyat vasitəsinə ziyan dəymiş,buna uyğun olaraq Cavabdeh2 xx.xx.2022-ci il tarixində, saat 14:10-da Masazır dairəsində KHAZAR LX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, POA********** nömrəli etibarnaməyə əsasən, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4424 saylı “X11” əsasında lizinqə verilmiş 1 ədəd KHAZAR LX markalı, **-PD-*** qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil olmaqla etibarlıdır. Göründüyü kimi Cavabdeh2 nəqliyyat hadisəsi baş verən zaman həmin avtomobili idarə etmək səlahiyyəti olmamışdır. BB139399 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, **-PD-*** dövlət qeydiyyat nişanlı, “KHAZAR LX” markalı nəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olan Cavabdeh1 MMC-dir. Göründüyü kimi nəqliyyat hadisəsini törədən avtomobil digər Cavabdeh1 MMC-nin mülkiyyətində olmuş, ona görə də iddiaçı hər iki cavabdehə qarşı iddia tələbi irəli sürmüşdür. Daha sonra iddiaçı ekspertiza mərkəzinə müraciət etmiş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-165/22 nömrəli mütəxəssis rəyinə əsasən buraxılış ili 2008-ci il olan, albalı metallik rəngli, **-DT-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS” minik markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər təhlil edilmiş və müvafiq ehtiyat hissələrinə dəymiş zərərin, görüləcək işlər və işçilik haqqının toplam məbləği müəyyən edilərək dəymiş zərərin 1970 manat məbləğində olması barədə nəticəyə gəlinmişdir. Belə ki, Lizinq müqaviləsinin 9.2-ci maddəsində göstərilmişdir ki, bu müqaviləlizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə, lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin sahiblik və istifadəsinə görə qaytarılır və lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC-nin etiraz ərizəsi əsaslıdır. Belə ki, 21 may 2022-ci il tarixli MAS-4424 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh2 MAS-4424 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin X11 imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunana kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alanda tam keçidiyi müqavilədə qeyd olunmuşdur. Ona görə də ümumillikdə 2370 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh1 MMC-dən tutulması hissəsi əsassızdır. Bundan əlavə iddiaçı Cavabdeh2 məhkəmə iclasında iştirak edərək, təqsirli olduğunu etiraf etmiş, lakin iddia tələbini tam qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tələb olunan məbləğə dair etirazının əsasını təşkil edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Lakin iddiaçı tərəfindən mütəxəssis rəyinin alınması ilə bağlı müraciət olunmuş və bununla da "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-165/22 nömrəli mütəxəssis rəyinə əsasən, buraxılış ili 2008-ci il olan, albalı metallik rəngli, **-DT-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA PRİUS” minik markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər təhlil edilmiş və müvafiq ehtiyat hissələrinə dəymiş zərərin, görüləcək işlər və işçilik haqqının toplam məbləği müəyyən edilərək dəymiş zərərin 1970 manat məbləğində olması barədə nəticəyə gəlinmişdir. Məhkəmə daha sonra mütəxəssis rəyinin həqiqətən uyğun olub-olmaması ilə bağlı nəticəyə gəlmək üçün ekspertiza təyin edərək, icraatı dayandırmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5456 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prius minik” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1970,0 manat müəyyən edilmişdir. Həqiqətən də hər iki dəyər üst-üstə düşmüş və iddiaçı isə həmin mütəxəssis rəyinin keçirilməsi ilə bağlı 100 manat xərc ödəmiş və iddia tələbində həmin xərci də tələb etmişdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə belə bir qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 1970 manat və 100 manat ekspertiza xərcinin alınması hissəsi əsaslı hesab edilməlidir. İddiaçı 300 manat hüquqi xidmətlər ilə bağlı xərci tələb etmiş, lakin iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə bunları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Tətbiq edilən prosessual normalar: Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Məhkəmə ekspertiza xərci ilə bağlı hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh2 ekspertiza xərci olaraq 50 manat Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla, iddia qismən təmin edilməli, Cavabdeh2 yol nəqliyyat hadisəsi zamanı İddiaçı dəymiş ziyan 1970 (bir min doqquz yüz yetmiş) manat, ekspertiza xərci 100 manat məbləğində olmaqla, ümumilikdə 2070 (iki min yetmiş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ekspert rəyi nəzərə alınmaqla, yol nəqliyyat hadisəsi zamanı İddiaçı dəymiş ziyan 1970 (bir min doqquz yüz yetmiş) manat, ekspertiza xərci 100 manat məbləğində olmaqla, ümumilikdə 2070 (iki min yetmiş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar