Məhkəmə qərarları › İş №2(060)-3554/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3554/2021

18.06.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3554/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X18 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı şəxsin xəbərsiz itkin düşmüş olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Məhkəməsinə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizə ilə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri 03.10.1973-cü il təvəllüdlü X13 21.12.1995-ci il tarixində X14 ilə rəsmi nikaha girməklə ailə qurmuşlar və bu nikahlarından o, xx.xx.2003-cü il təvəllüdlü Ərizəçi anadan olmuşdur. O, valideynləri ilə birlikdə 01.04.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək, Suriya Respublikasına, oradan da İraq Respublikasına getmişlər. X2 orada fəaliyyət göstərən “İŞİD” terror təşkilatına qoşulmuş və orada döyüş əməliyyatlarında həlak olmuşdur. Artıq 6 ildir ki, X2ndan xəbər yoxdur. X3 ilə onu 2017-ci ildə İraq Respublikası Silahlı qüvvələri əsir götürmüş və əsir düşərgəsində saxlanılmışlar. 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi ilə Azərbaycan Respublikasına gətirilmiş və babası X6 himayəsinə verilmişdir və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 19.03.2020-ci il tarixli, 73 saylı Sərəncamı ilə babası X12 onun üzərinə qəyyum təyin edilmişdir. Hal-hazırda babasının qəyyumluğu altındadır, bütün maddi və mənəvi tələbatlarını babası qarşılayır. Lakin, onun aldığı təqaüd onun maddi ehtiyaclarının qarşılanmasına yetmir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsin əsasən, 18 yaşına çatmayan uşaqlara ailə başçısını itirməsinə görə müavinət almaq hüququ vardır. Lakin, X2nun ölməsini təsdiq edən sənəd olmadığından o, ailə başçısını itirməsinə görə sosial müavinət ala bilmir. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 30.06.2018-ci il tarixli, 2(001)-6169/2018 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin maraqlı şəxs X9 qarşı “şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi” tələbinə dair ərizəsi təmin edilərək, 17.03.1975-ci ildə Dəvəçi rayonunda anadan olmuş X2nun Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamə ilə X8 01.04.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək, naməlum yollarla Suriya Respublikasına, oradan da İraq Respublikasının ərazisinə gedərək, orada fəaliyyət göstərən “İŞİD” Terror təşkilatına qoşulması təsdiq edilmiş və bu səbəbdən də onun qanunvericiliyə uyğun olaraq vətəndaşlığını itirməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, məhkəmədən 17.03.1975-ci il təvəllüdlü X2nun İraq Respublikasında itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X12 eyni məzmunlu izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, Ərizəçi qardaşının nəvəsidir, Bəxtiyar İdrisov isə onun kürəkənidir. 2014-cü ilə qədər Bəxtiyar ailəsi ilə Sumqayıt şəhərində yaşamışdır. 2014-cü ildə ailəsi ilə - həyat yoldaşı Qumru və 2 qızı Əminə və Nigarla birlikdə İraq Respublikasına getmiş, ondan sonra onlardan xəbər tuta bilməmişlər. Hazırda Əminə burda, eşitdiyinə görə, Nigar isə anası Qumru ilə birlikdə İraq Respublikasında həbsxanadadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, Əminə dayısının nəvəsidir, Əminənin valideynləri 2014-cü ildən İraq Respublikasına getmiş, birgə nikahlarından olan 2 övladlarını da özləri ilə aparmışlar. Sonradan Bəxtiyarın ölüm xəbəri gəlmiş, Əminəni isə dövlət anasının valideynlərinə təhvil vermişdir. Əminənin anası Qumru bacısı Nigarla İraq Respublikasında həbsxanadadır, Əminə isə hazırda babası və nənəsi ilə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 28.10.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə, ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətdi aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şahədətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən ərizəsinin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli, 2(001)-6169/2018 saylı qətnaməsinin surətindən görünür ki, 17.03.1975-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2003-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X2, X3dır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X13 arasında bağlanmış nikah Şabran rayon qeydiyyat şöbəsində 21.12.1995-ci il tarixində akt qeydləri kitabında 93 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İdrisov, arvada isə Əsədova soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 19.03.2020-ci il tarixli, №73 saylı Sərəncamından görünür ki, 30.11.1941-ci il təvəllüdlü X12 nəvəsi xx.xx.2003-cü il təvəllüdlü Ərizəçi üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 16.06.2021-ci il tarixli, 123- 23365-1221 saylı sorğuya cavab məktubundan görünür ki, 17.03.1975-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmuş X8 itkin düşməsi barədə 2014-2021-ci illər ərzində Sumqayıt ŞPİ-yə müraciət daxil olmamışdır. İş materiallarında olan Şabran şəhər Polis İdarəsinin 11.06.2021-ci il tarixli, 200- 7141-1221 saylı sorğuya cavab məktubundan görünür ki, 17.03.1975-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmuş X8 itkin düşməsi barədə 2014-2021-ci illər ərzində Şabran RPŞ-yə müraciət daxil olmamışdır. İş materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 16.06.2021-ci il tarixli, 33/2005 saylı sorğuya cavab məktubundan görünür ki, X1 dəfə 01.04.2014-cü il tarixində ölkə ərazisinin hüdudlarından kənara çıxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmələr şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə, Ərizəçi nümayəndəsi X6 məhkəmədə verdiyi izahatı, həmçinin şahid qismində dindirilmiş X15 və X5 məhkəməyə verdiyi izahatları ilə müəyyən edilir ki, 17.03.1975-ci il təvəllüdlü X14 2014-cü ildə ailə üzvləri ilə birlikdə X24 gedərək “İŞİD” terror qruplaşmasının tərkibinə daxil olmuş və naməlum şəraitdə itkin düşmüşdür. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır (MPM 315.1). Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır (MPM 315.2). Qanunvericiliyin tələbinə görə şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdükdə, ölmüş elan etmə üçün qısaldılmış müddət - 6 aylıq müəyyən edilmişdir. Ölüm təhlükəsi törədən və ya bədbəxt hadisə dedikdə, təbii fəlakət (sel, daşqın, zəlzələ, yanğın və sair) qəzalar, o sıradan nəqliyyat qəzaları, texnogen hadisələr və sair nəzərdə tutulur. Məhkəmə Ərizəçi ərizəsində X2nun xəbərsiz itkin düşmüş sayılmasının ona ailə başçısını itirməyə görə müvafiq imtiyazlardan istifadə etmək məqsədi ilə lazım olduğunu əsaslı sayaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin tələbi baxımından şəxsin xəbərsiz itkin düşmüş sayılması üçün hüquqi önəm daşıyan hallardan biri də xəbərsiz itkin düşmüş sayılmış şəxsin ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququnun əldə edilməsidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X8 olduğu yer məlum olmadığı, iki il ərzində yaşayış yerində görünmədiyi, onun xəbərsiz itkin düşmüş hesab edilməsinə əsas verən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Ərizəçi atası 17.03.1975-ci ildə Dəvəçi rayonuda doğulmuş X8 İraq Respublikasında xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 17.03.1975-ci ildə Dəvəçi rayonuda doğulmuş X4 Respublikasında itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar