Məhkəmə qərarları › İş №2(060)-3568/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3568/2025

08.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3568/2025 08.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə iddiaçının əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ələ keçirdiyi 17000 (on yeddi min) manat məbləğində pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X2 etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə oğlu Eldarı yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə Sumqayıt şəhərində yerləşən tütün fabrikində operator işinə düzələcəyi barədə həqiqətə uyğun olmyan yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 25 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 40-cı məhəllə ərazisində yerləşən Azəriqaz Sumqayıt Qaz İstismar Sahəsinin inzibati binasında sonuncudan 3500 manat pul vəsaitini ələ keçirməklə iddiaçıya 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdr.Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə iddiaçını yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə Alyans tekstil fabrikində qrup rəhbəri işinə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 2021-ci ilin fevral ayının əvvəllərində Sumqayıt şəhəri, 4-cü mikrorayon, 40-cı məhəllə ərazisində yerləşən Azəriqaz Sumqayıt Qaz İstismar Sahəsinin inzibati binasında sonuncudan 1000 manat pul vəsaitini ələ keçirməklə iddiaçıya 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyətinə keçirmək məqsədilə iddaçıya işlədiyi Qaz idarəsində daha yüksək vəzifəyə keçməsi, daha sonra yüksək məvaciblə təqaüdə çıxması üçün pul lazım olması barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq yüksək vəzifəyə keçməsi üçün və yüksək məvaciblə təqaüdə çıxması üçün 2021-ci ilin aprel ayının sonlarında ondan yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 1 ünvanında 6500 manat, 2021-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən Lombard da 2000 manat, 2022-ci ilin yanvar-fevral aylarında isə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 3 ünvanında 4000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə iddiaçıya ümumilkdə xeyli miqdarda-12500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə iddiaçının 17000 manat pulu ələ keçirilmişdir.Bu əməllər məhkəmə qaydasında sübuta yetirilmiş və Sumqayıt şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixl, 1(060)-221/2023 saylı hökmü(hakim Z. Hacıyev) ilə X2(xx xxxxxxxx 1969-cu il tarixdə Ermənistan Respublikası, Sisyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, subay, Azəriqaz Sumqayıt Qaz İstismar Sahəsində mühəndis işləyən,əvvəllər məhkum edilməmiş, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 197, mənzil 243-də qeydiiyatda olub, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 1-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda PX-in 4 saylı cəzaçəkmə müəsssəsində saxlanılan) AR Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Qeyd edilir ki, iddiaçıya vurulan ziyan öz təsdiqini tapsa da, şəxs əməlini etiraf etsə də bu günə qədər iddiaçıya olan borcundan bir qəpik belə ğdənilməmişdir. Bu səbəbdən mülki qaydada pulu ödənilsin deyə məhkəməyə iddia ərizəsi vermək qərarına gəlmişdir.

3. 27.08.2025-ci il tarixdə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ələ keçirdiyi 12500 (on iki min beş yüz) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki,hal-hazırda 12500 manat məbləği tələb edir.Hökmdə 12500 manat idi, onun tələbində 17000 manat idi.

6. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-221/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın müddətinin başlanğıcı 03 may 2023-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.

8. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli, 1(105)-362/2023 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)- 221/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. İşdə olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddianın qaldırılmasına görə Sumqayıt şəhər Məhkəməsinin hesabına 141 manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı İddiaçı özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim edərək onu həmin şəxslərin vasitəsi ilə dövlət orqanlarında işə düzəldəcəyinə dair həqiqətə uyğun olmayan yalan məlumatlar verərək, həmin şəxslərin vasitəsi ilə əvvəlcə oğlu Eldarı Sumqayıt şəhərində yerləşən tütün fabrikində operator işinə düzəldəcəyi barədə həmin işin görülməsi müqabilində 3500 manat pul məbləğində, İddiaçı Alyans tekstil fabrikində qrup rəhbəri işinə düzəldəcəyi barədə həmin işin görülməsi müqabilində 1000 manat pul məbləğində və İddiaçı işlədiyi Qaz idarəsində daha yüksək vəzifəyə keçməsi, yüksək məvaciblə təqaüdə çıxması üçün 12500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hazırda iddiaçı həmin pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

12. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

13. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər.

14. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2).

16. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. İş materiallarına əlavə edilmiş hökmün məzmunundan görünür ki, Cavabdeh İddiaçı aldadaraq ondan aldığı 12500 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

17. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

18. Məhkəmə qeyd edilənləri və məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 12500 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir.

19. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 127.50 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

20. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

Nəticə hissəsi:

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 127.50 (yüz iyirmi yeddi manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar