Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3578/2023 14.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh Tofiq oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Tofiq oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Tofiq oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tofıq oğlundan 1500 (min beş yüz) manat və mənəvi ziyana görə isə 1500 (min beş yüz) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Tofıq oğlu ilə Sumqayıt şəhər X1 İdarəsində (DYM) işlədikləri müddətdə tanımışdır. O, artıq 2 il yarımdır ki, həmin idarədən işdən çıxmışdır. İşdən çıxandan sonra cavabdeh ona zəng edərək bildirdi ki, başqa bir iş yoldaşının maşını ilə qəza etdiyindən 2500 (iki min beş yüz) manat borc pul istədi. O da bir yerdə işlədiklərini, keçmiş iş yoldaşı kimi münasibətləri olduğunu nəzərə alaraq xx.xx.2021-ci il tarixdə cavabdehə 2500 (iki min beş yüz) manat borc pul verdi. Cavabdeh borc pulu alanda bildirdi ki, iki aya yəni 2021-ci ilin mart ayında borcu qaytaracaq. Həmin zamandan bu yana neçə illər ərzində cəmi ona verdiyi borc məbləğindən 1000 (min) manat pul qaytarıb. Bununla bağlı o, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə şikayət ərizəsi ünvanlamışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-i ərizəsində qeyd etdiyi xüsusiyyətləri araşdıraraq mülki məsələlərə aid olduğunu qeyd edərək ona imtina məktubu ünvanlamışdır. Cavabdehin bu cür hərəkətləri qanunaziddir. Cavabdeh daima müxtəlif bəhanələr gətirərək ona verdiyi borc pulu geri qaytarmaqdan imtina edir. Cavabdeh bu qədər müddət ərzində ona mənəvi ziyan da vurmuşdur. Bütün bu halları pozulmuş hüquqlarınıı nəzərə alaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə bildirmək istəyir ki, cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər (fıziki və mənəvi iztirablar) dəymişdir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 1500 (min beş yüz) manat dəyərində qiymətləndirir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdehin dəqiq ünvanı barədə məlumatı tapmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh Tofiq oğlu bildirdi ki, o, Abşeron rayonunda qeydiyyatdadır. İddiaçıya hazırda onun 1450 manat borcu vardır. Məhkəmə hesab edir ki, hazırki iş baxılması üçün aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Əlizadə X2 rayonu, Saray qəsəbəsi Ə/D, 5-ci küçə, ev 11 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsi Sumqayıt şəhər məhkəməsinə təqdim edilərkən iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmuş, Sumqayıt şəhər məhkəməsinin icraatına səhvən qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Tofiq oğluna qarşı pu tələbinə dair iddiası aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Tofiq oğluna qarşı pu tələbinə dair mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3578/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3578/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver