Məhkəmə qərarları › İş №2(060)-358/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-358/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-358/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı, vəkili Vəkil, Cavabdeh və üçüncü şəxs X6 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun hesabına əsassız varlandığı 9500 manat pul vəsaitinin və 121,50 manat dövlət rüsumu məbləğinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma qardaşı Hüseynin oğludur. O, 1950-ci il təvəllüdlüdür. 1988-ci il tarixdə ailə həyatı qurmuşdur. Övladı yoxdur. Həyat yoldaşı X2 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Həyat yoldaşı ilə birgə nikah müddətində ünvan 1 ünvanında yaşamışlar. Həyat yoldaşının vəfatından sonra, həmin yaşayış evinə - ünvan 1 ünvanında yerləşən yaşayış evinə onun mülkiyyət hüququ tanınmışdır. Qeyd etdiyi kimi, onun övladı olmadığından həyat yoldaşının vəfatından sonra o, tənha yaşayırdı və 11 mart 2021-ci ildə, o, xüsusi mülkiyyətinə daxil olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 9000 (doqquz min) manata X7 adlı şəxsə satmışdır. Yeganə yaşayış yerini satdıqdan sonra, qardaşı Hüseynin və Cavabdeh tövsiyyələri ilə o, Sumqayıt şəhərinə getmiş və orada yerləşmək istəmişdir. Cavabdeh onda olan (özünün yaşayış evinin alqı-satqısından əldə etdiyi) 9000 manatı ondan almış və özünə məxsus həyətyanı sahədə ona bir otaqlı ev tikdirmişdir. Onu da xüsusi olaraq qeyd edir ki, o, cavabdehə verdiyi 9000 manat pul vəsaitinin hamısı ümumiyyətlə, həmin evə xərclənməmişdi. Çünki, cavabdeh həmin pul vəsaitindən götürüb ilkin ödəniş edib özünə minik avtomobili almışdır. Tikilən evə isə, köhnə materiallardan da istifadə edilmişdir. Həmin evin mətbəxi, hamamı və tualeti vardır. Lakin təmir edilməmişdi, yalnız suvaqlı idi. O, özü də həmin evdə bəzi işlər gördürmüşdür. Belə ki, bir qapı və iki pəncərəyə 500 (beş yüz) manat dəyərində reşotkalar qoydurmuşdur. O, təxminən həmin evdə iki il yaşamışdır (Yevlax şəhərində evini satıldıqdan sonra 16 mart 2021-ci il tarixdə Sumqayıt şəhərinə getmiş və ona tikilməsi nəzərdə tutulmuş ev təxminən 3 ay müddətinə tikilmişdir). Daha sonra isə cavabdeh və onun ailə üzvüləri onu narahat etdilər. Və vəziyyəti o yerə çatdırdılar ki, o, həmin evi, 2023- cü ilin aprel ayında tərk etmək məcburiyyətində olmuşdur. Yenidən Yevlax şəhərinə qayıtmışdır . Hazırda Yevlax şəhərində kirayədə yaşayır. Sumqayıt şəhərində Cavabdeh məxsus ünvanda, o, tikilmiş fərdi yaşayış evində ona məxsus əşyalar - ev avadanlıqları və şəxs əşyaları vardır. Belə ki, orada ona məxsus mebel çarpayı, 3 xalça, soyuducu, plazma televizor, stol, 4 ədəd stul, şifoner, qaz peçi, pakrıval, 2 ədəd döşək, 4 ədəd yorğan (3 ədəd yun, 1 ədəd sintifon), qab-qaçaqları, şəxsi əşyaları paltarları vardır. O, Sumqayıt şəhərindən Cavabdeh, guya ki, ona tikdirdiyi fərdi yaşayış evindən könüllü çıxmamışdır. Qeyd etdiyi k i m i , cavabdeh və onun ailəsi onunla psixoloji cəhətdən çox pis rəftar edib habelə ona aqressiv münasibət göstərirdilər. Həmin ünvanda yaşamaq tamam mümkünsüz idi. O, tam əmin olmuşdur ki, artıq həmin ünvanda yaşamaq qeyri mümkün idi və hadisələr daha da pisliyə doğru gedirdi. Odur ki, o, həmin ünvanı tərk etmişdir. Lakin, ona tikilmiş fərdi yaşayış evi cavabdehə qalmışdır. Bununla da , cavabdeh onun hesabına 9500 (doqquz min beş yüz) manat məbləğində əsassız varlanmışdır. Belə ki, 9000 (doqquz min) manat pul vəsaitini nəğd olaraq Cavabdeh vermişdir. 0 , həmin məbləğin nə qədərini evin tikintisinə, nə qədərini öz şəxsi ehtiyaclarına xərclədiyini bilmir. Eyni zamanda, həmin ev də hazırda Cavabdeh qalmışdır. Bundan əlavə 500 manat həmin evdə qapı və pəncərələrə reşotka qoydurmaqla o, da pul xərcləmişdir. Beləliklə, o, 9500 (doqquz min beş yüz ) manat ziyana düşmüşdür. Məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etməmişdən öncə, o, 9500 manat pul vəsaitinin qaytarılması ilə bağlı Cavabdeh müraciət etmişdir və cavabdeh tələb etdiyi məbləği qaytaracağına söz vermişdir. Son vaxtlar isə, cavabdeh özünə yeni avtomobil aldığı üçün pulunu qaytara bilməyəcəyini söyləmişdir. Məhkəmədə iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onun bibisidir. Bibisi Yevlax rayonunda tək yaşayırdı. Orada onu narahat etdiklərinə görə evini satıb Sumqayıta köçmək istəyirdi. Daha sonra iddiaçı həmin evi 9000 manata satdıqdan sonra Sumqayıt köçmüşdür. Onlarda həmin pulla bibisinin tapşırıgı ilə atasına məxsus olan torpağın üzərində ev tikmişlər. Bibisi evin tikintisi üçün onlara 8300 manat pul vermişdir. Tikilmiş evdə bibisi 2 il yaşadıqdan sonra, həmin yerədə razı olmamışdır. Daha sonra iddiaçı ona bildirmişdir ki, onun pulu geri qaytarılsın, rayona qayıtmaq istəyir. Həmin pul onlara evin tikintisi üçün material alınması üçün verilmişdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə üçüncü şəxs H.E.İsayev iddia tələbini əsassız hesab edərək bildirdi ki, iddiaçı onun bacısıdır. İddiaçının əri öləndən sonra bacısı tək yaşamasın deyə onlarla Sumqayıtda yaşamasını təkilf etmiş və iddiaçının evinin satılmasında köməklik göstərmişdir. Bacısı onlara həyətlərində ev tikmək üçün 8000 manat pul vermişdir. İddiaçı üçün ev onun mülkiyyətində olan yaşadığı torpaq sahəsində tikilmişdir. Onu həmin evdən heç kəs çıxartmamışdır. Hazırdada gəlib yaşamasına da etiraz etmirlər. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı, cavabdeh və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işdə olan 11 mart 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzili X4 9000 (doqquz min) manata satmışdır. İş materiallarında olan İV-JQ №474924 saylı, xx.xx.1988-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 ilə X8 arasında olan nikah xx.xx.1988-ci il tarixdə Yevlax şəhər VVAQ şöbəsində bağlanmışdır. İş materiallarında olan AZ-İ №090492 saylı, xx.xx.2004-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 xx.xx.2004-cü il tarixdə ölmüşdür. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.1-ci maddəsinə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Qeyd olunan normalardan çıxış edərək məhkəmə hesab edir ki, vəkalət alan (cavabdeh) tapşırığı vicdanla yerinə yetirib, onun təqsiri üzündən vəkalət verənə (iddiaçı) hər hansı ziyan dəyməsi müəyyən olunmur. Vəkalət alan vəkalət verən qarşısında bütün öhdəliyini tam icra etdiyindən öhdəliyə artıq xitam verilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin üzərinə düşən öhdəlik lazımınca yerinə yetirilmişdir, onun tərəfindən illiaçıya məxsus olan pulla əsassız varlanma müəyyən edilməmişdir, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması tələbinə dair» iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar