Məhkəmə qərarları › İş №2(060)-3585/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-3585/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-3585/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, Kreditor «xxxx» MMC (Electrolux-4)-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən e t d i: Kreditor «xxxx» MMC (Electrolux-4) Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu 1039.04 manat əsas borcun, 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, cəmi 1059.44 manat məbləğində borcun «xxxx» MMC (Electrolux-4)-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə kreditorun təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, kreditorun tələbi aşkar olduğundan, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından ərizə təmin edilməlidir. İş materiallarında olan kreditor «xxxx» MMC (Electrolux-4) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Borclu 1039.04 manat əsas borcu var. İş materiallarında olan «xxxx» MMC (Electrolux-4) ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən və ona edilmiş 1 nömrəli əlavədən görünür ki, «xxxx» MMC (Electrolux-4) dəyəri 1499.04 manat olan soyuducunu Borclu nisyə satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Borclu xx.xx.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətində hər ay 116.68 manat, sonuncu iki ay 116.12 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildiriş əşyaların təhvil-təslim aktından görünür ki, Borclu kreditor «xxxx» MMC (Electrolux-4)-dən xx.xx.2019-cu il tarixli müqavilədən nəzərdə tutulmuş soyuducunu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, kreditor «xxxx» MMC (Electrolux-4) tərəfindən Borclu xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış borcun 7 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 276.1-ci və 276.2.2-ci maddələrinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa bu hallarda məhkəmə əmri verilə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə əmri verilməsi üçün kreditor tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280, 281 və 282-ci maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi : Borclu 1039.04 manat əsas borc, 20 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı, cəmi 1059.44 (min əlli doqquz manat qırx dörd qəpik) manat məbləğində pul tutulub kreditor «xxxx» MMC (Electrolux-4)-nin xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar