Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3597/2021 03.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi , Məhkəmə iclas katibi X1 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X2 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı-cavabdeh “İddiaçı” İstehsalat Birliyinin cavabdeh-iddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” və və cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlkin iddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 1400,60 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1430,60 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********9********) bank hesabına ödənilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Abşeron rayonu, Masazır kəndində yaşadığı evə cərimə kimi hesablanmış 1400,60 manat borc məbləğini silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X5 iddianı müdafiə edərək qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, “İddiaçı” istehsalat Birliyi ilə abonent Cavabdeh arasında 06.03.2020-ci il tarixində 14/019 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00111 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən xəttinin üzərində isə G-4 markalı **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsində verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətii üzərində qurşadırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qaz talaması faktları aşkar olunmuş və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 426,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 194,40 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 06.03.2020-ci il tarixli ******* saylı akt əsasında 59 manat, cəmi 1270,40 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq “İddiaçı İB”-yə 130,20 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə ödənilməli borc məbləği hazırda ümumi olaraq 1400,60 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, ilkin iddia tələbinin təmin edilərək, Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 1400,60 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1430,60 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********9********) bank hesabına ödənilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilmişdir. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, Abşeron rayonu, Masazır kəndində yaşadığı evə “İddiaçı” İB-nin Abşeron rayon Qaz İstismar sahəsinin sifarişi əsasında evinə qanunsuz daxil olaraq guya sayğacdan kənar qaz xətti aşkar olunub və bunun nəticəsində əsassız 1400,60 manat cərimə hesablanmışdır. Hesab edir ki, əsassız olaraq “İddiaçı” İB tərəfindən onun mənzilin yaxınlığında keçən küçə qaz xəttinə müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona cərimə hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsədə hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərimə əhəmiyyət verməmişdir. “İddiaçı” İB-nin əməkdaşları izah edə bilməmişlər ki, küçə qaz xəttinə qoşulma hardan başlayır və harada bitir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz xəttinə olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər və cəriməni hansı qanunvericiliyə əsasən və hansı hesablama qaydasında hesablandığını ona izah edə bilməmişdilər. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə onun arasında bağlanmış müqavilənin müddəalaeına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sırasına daxil edilməmişdir. Tərəfindən qaz xəttinə hər hansı bir müdaxilə olmamışdır, digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Göründüyü kimi Abşeron rayonu, Masazır kəndində yaşadığı evə qanunsuz olaraq cərimə kimi yazılmış 1400,60 manat məbləğində borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Masazır kəndində yaşadığı evə cərimə kimi hesablanmış 1400,60 manat borc məbləğinin silinməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X2 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməli, qarşılıqlı iddia tələbi isə əssaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında 06 mart 2020-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə 14/0/19 nömrəli müqavilənin surətindən görünür ki, “İddiaçı” İB ilə Cavabdeh arasında X3na dair müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə 2019-cu ildən 2020-ci il tarixə 649,40 manat qalıq və aktlar üzrə borcu vardır. İş materiallarında olan “İddiaçı” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının QİS-nin itirilmiş qazın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li 29.11.2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 90 gün, Demir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 4266 m3. İş materiallarına əlavə edilmiş 29 noyabr 2019-cu il tarixli təbii X3nın pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh qızının yaşadığı Abşeron rayonu, Masazır kəndinə aid qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan 29.11.2019-cu il tarixli aktın surətindən görünür ki, “İddiaçı” İB-nin əməkdaşları İ.İsmayılov və Ə.Əzizov Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə aid sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan “İddiaçı” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının QİS-nin itirilmiş qazın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li 30.12.2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1944 m3. İş materiallarına əlavə edilmiş 30 dekabr 2019-cu il tarixli təbii X3nın pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh qızının yaşadığı Abşeron rayonu, Masazır kəndinə aid qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan 30.12.2019-cu il tarixli aktın surətindən görünür ki, “İddiaçı” İB-nin əməkdaşları İ.İsmayılov və Ə.Əzizov Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə aid sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan “İddiaçı” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının QİS-nin itirilmiş qazın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li 30.01.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Demir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2952 m3. İş materiallarına əlavə edilmiş 30 yanvar 2020-ci il tarixli təbii X3nın pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh qızının yaşadığı Abşeron rayonu, Masazır kəndinə aid qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan 30.01.2020-ci il tarixli aktın surətindən görünür ki, “İddiaçı” İB-nin əməkdaşları İ.İsmayılov və Ş.İbrahimov Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə aid sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan “İddiaçı” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının QİS-nin itirilmiş qazın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li 28.02.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Demir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2952 m3. İş materiallarına əlavə edilmiş 28 fevral 2020-ci il tarixli təbii X3nın pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh qızının yaşadığı Abşeron rayonu, Masazır kəndinə aid qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan 28.02.2020-ci il tarixli aktın surətindən görünür ki, “İddiaçı” İB-nin əməkdaşları İ.İsmayılov və Ş.İbrahimov Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə aid sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan “İddiaçı” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının QİS-nin itirilmiş qazın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li 06.03.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 6 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 6 gün, Demir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 6 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 590 m3. İş materiallarına əlavə edilmiş 06 mart 2020-ci il tarixli təbii X3nın pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh qızının yaşadığı Abşeron rayonu, Masazır kəndinə aid qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan 06.03.2019-cu il tarixli aktın surətindən görünür ki, “İddiaçı” İB-nin əməkdaşları İ.İsmayılov və Ş.İbrahimov Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə aid sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu, İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyinin 29.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Abşeron rayonu, Masazır kəndində yaşayır. Məhkəmə ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X3”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin məhkəmə baxışında iddiaçı tərəf tərtib olunan aktda əks olunan pozuntuların mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktın tərtibində iştirak etməmişdir, akt iddiaçının əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir: “X3"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz cavabdeh tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş borcun Cavabdeh tələb edilməsi qanuni olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi Cavabdehın “İddiaçı” İstehsalat Birliyinə məxsus qaz sayğacından kənar təbii qazdan istifadə edərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X3”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı “Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 1400,60 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1430,60 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********9********) bank hesabına ödənilməsi” barədə ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, cavabdeh “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evə cərimə kimi hesablanmış 1400 (bir min dörd yüz) manat 60 (altmış) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia rədd edilsin. İddiaçı-cavabdeh «İddiaçı» İstehsalat Birliyi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh-iddiaçı “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evə cərimə kimi hesablanmış 1400 (bir min dörd yüz) manat 60 (altmış) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3597/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3597/2021
03.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver