Məhkəmə qərarları › İş №2(060)-3601/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3601/2024

15.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3601/2024 15.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsi Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən İddiaçı MMC (QSC)-yə vurmuş olduğu maddi ziyan 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik pulun və məhkəməyə iddia ərizəsinə görə ödənilmiş 70 (yetmiş) manat 54 (əlli dörd) qəpik dövlət rüsumunun ondan tutularaq İddiaçı MMC (QSC)-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən İddiaçı ASC-ni təsis edib özü də sədri vəzifəsində fəaliyyətdədir. Sonradan isə ASC MMC kimi qeydiyyatdan keçirilmişdir. MMC-nin nəzdində Sumqayıt Şüşə Zavodu vardır və həmin zavodda 1941-ci il təvəllüdlü Cavabdeh 25 iyun 1986-cı il tarixdən nəqliyyat sexində fəhlə işləmişdir. 07 yanvar 1994-cü il tarixdə Aydın işdə olarkən yıxılmış və xəsarət almış, 23 fevral 1994-cü il tarxidə tibbi ekspert komissiyası tərəfindən müayinə olunmuş, 01 mart 1994-cü il tarixdə öz istəyi ilə işdən çıxmışdır. xx.xx.1995-ci ildə Cavabdeh Əyyub oğlu Bakıda özəl klinikada “Qlaukoma” xəstəliyi ilə gözündən əməliyyat olunaraq 1-ci dərəcəli əlillik almış və demişdir ki, “Mən əmək xəsarəti ilə əlil olmuşam”. İddiaçı MMC (QSC) də Cavabdeh sözünə inanıb, uzun müddət hər ay 20 manat əlavə müavinat ödəmişdir. Belə ki, 1994-cü ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 165 (yüz altımış beş) manat 61 (altımış bir) qəpik, 1995-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 165 (yüz altımış beş) manat 61 (altımış bir) qəpik, 1996-cı ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 182 (yüz səksən iki) manat 18 (on səkkiz) qəpik, 1997-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 1998-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 1999-cu ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2000-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2001-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2002-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2003-cü ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2004- cü ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2005-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2006-cı ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2007-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2008-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2009-cu ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2010-cu ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2011-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2012-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2013cü ilin 1-ci ayından 12-ci ayına kimi olan müddəi ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2014-cü ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik, 2015-ci ilin 1-ci ayından 12-ci ayına kimi olan müddət ərzində 231 (iki yüz otuz bir) manat 86 (səksən altı) qəpik və 2016-cı ilin 1-ci ayından 7-ci ayına kimi olan müddət ərzində 135 (yüz otuz beş) manat 25 (iyirmi beş) qəpik, cəmiyyətdən cəmi 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik manat məbləğində pul ödənilmişdir. İddiaçı MMC-dən Cavabdeh qeyd olunan pulları dələduzluq edərək almışdır. Cavabdeh dövlətdən öz təqaüdünü mütəmadi olaraq tam almışdır. Aydınının pensiya işindən çıxarışdan görünür ki, Cavabdeh pensiya almasının səbəbi ümumi xəstəlikdir, əmək xəsarəti deyil. 04 may 2007-ci ildə Cavabdeh Cəmiyyətə yenə də pulunun arxasınca gəldikdə işçilər sonuncudan soruşmuşlar ki, “Siz necə gözdən 1-ci dərəcəli əlilsiniz ki, çox sərbəst hərəkət edirsiniz”. Cavabdeh Cəmiyyətin işçiləri olan xanımların bu sözündən əsəbləşib, onları təhqir edib, üstlərinə çox kobud şəkildə qışqırmış və yenə də sərbəst olaraq çıxıb getmişdir. Ondan sonra Cavabdeh məhkəməyə müraciət etməyə başlamışdır. Ancaq məhkəmələr istər Sumqayıt Şəhər Məhkəməsi, istər Sumqayıt Apellyasiya Məhkəməsi, istərsə də Ali Məhkəmə Cavabdeh əsassız və qanunsuz “pul tələbini” rədd etmişdir və əmək xəsarəti ilə əlaqədar ziyan pulunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməsi barədə məhkəmə qərarları və qətnamələri qəbul edilmişdir. Yalnız 2007-ci ildə xx.xx.2007-ci il tarixli, 2- 306/2007 saylı Sumqayıt Şəhər Məhkəməsi İddiaçı MMC-nin iştirakı olamadan işə baxmış və pensiya işini araşdırmadan, yəni əlillik səbəbini müəyyən etmədən Cavabdeh xeyrinə qərar çıxarmışdır. Cavabdeh saxtakarlığı artıq bəlli olmuş və əsassız pul tələbini rədd edən məhkəmə qərarları da bunu təsdiq edir. Odur ki, MMC-nin vəkili xx.xx.2020-ci ildə Sumqayıt Şəhər Oftalmoloji Xəstəxanasının Baş həkimi Şəhərin Baş Oftalmoloqu İradə xanım Əliyevaya müraciət edərək “Qlaukoma” xəstəliyinin əmək xəsarəti ilə əlaqəsi barədə sorğu göndərmiş, sorğuya cavab olaraq “Qlaukoma”nın tarixi xəstəlik olması və travma nəticəsində əmələ gəlməsinin mümkünsüz olması göstərilmişdir. Eyni zamanda Sumqayıtda bütün gözdən əlillərin uçotda olduqlarını və onların hər il Dövlət hesabına pulsuz müalicə aldıqlarını bildirmişlər. Ancaq Cavabdeh adı siyahıda olmamışdır. Beləliklə, Cavabdeh “Qlaukoma” xəstəliyi istehsalatda yıxılmaqdan aldığı travmadan yarana bilməz. Bundan sonra İddiaçı MMC məcbur olub Sumqayıt Şəhər Prokurorluğuna xx.xx.2021-ci il tarixdə müraciət etmiş, keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Cavabdeh "xxxx" xəstəliyinin travmatik mənşəli olması istisna edilmişdir. İşdə olan materiallardan görünür ki, Cavabdeh 1995- ci ildən “Qlaukoma” diaqnozu ilə ümumi xəstəlikdən əməliyyat olunaraq 1-ci dərəcəli əlillik almışdır. Ancaq 2007-ci ildə dələduzluq edərək “əmək xəsarəti əlili kimi” məhkəməyə şikayət edərək İddiaçı MMC-dən təzminat tələb etmişdir. Aydın şəkildə görünür ki, pensiyanın səbəbi ümumi xəstəlik, 1995-ci ildə Qlaukomadan əməliyyat olunmuş və həmin tarixdən Aydına 1-ci dərəcəli əlillik verilmişdir. Ancaq Cavabdeh dələduzluq edərək özünü əmək xəsarəti əlili kimi qələmə vermişdir. Beləliklə, Cavabdeh yalnız İddiaçı MMC-ni deyil, eyni zamanda məhkəmələri və dövləti də aldadıb, bu dələduzluqla İddiaçı MMC-dən 5053 manat pul almış və bundan başqa MMCyə xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh dələduzluq əməllərini daha mükəmməl sübut etmək üçün o, təqdim etdiyi məhkəmə qərarlarından üçünü qismən açıqlayaraq məhkəmə qətnaməsindən və qərardadından Aydının dələduzluq əməlini qabarıq şəkildə sübut edən bəzi məqamları diqqətə çatdırmaq istəyir: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010- cu il tarixli, 2-(060)- 1808/2010 saylı qətnaməsini təqdim edir və bəzi məqamları bilavasitə diqqətə çatdırmaq istəyir: «Məhkəmə hesab edir ki, iş materiallarında Cavabdeh Əyyub oğlunun iş yerində xəsarət alması öz əksini tapsa da Cavabdeh Əyyub oğlu gözlərindən 100% əlil olmasının iş yerində aldığı xəsrətlə bağlı olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədi. İş materiallarından göründüyü kimi iddiaçı Cavabdeh Əyyub oğlu iş yerində yıxılsa da, məhkəməyə həmin vaxt gözündən xəsarət almasını təsdiq edən heç bir dəlil təqdim etməmişdir. Cavabdeh Əyyub oğlu iddia tələbində cavabdehdən xx.xx.2009-cu il tarixdən başlayaraq onun xeyrinə hər ay 250.50 (139+69.50+42) manat məbləğində pulun hansı əsasla tutulmasını sübuta yetrə bilmədi. Ona görə də, iddia tələbi bu hissədə də təmin oluna bilməz». Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-(060)-650/2012 saylı qərardadını təqdim edirik və bəzi məqamları bilavasitə diqqətə çatdırmaq istəyirik: «İddiaçı Cavabdeh Əyyub oğlunun, cavabdeh İddiaçı Səhmdar cəmiyyətinə qarşı “İki illik məzuniyyət haqqının, hər istifadə olunan bir növ dərman pulunun, əmək xəsarətinə görə birdəfəlik ödəncin və başqasının köməyinə görə ödənilməli olan məbləğin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işin icraatına xitam verilsin». Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(060)-555/2017 saylı qərardadını təqdim edirik və bəzi məqamları bilavasitə diqqətə çatdırmaq istəyir: «İddiaçı Cavabdeh Əyyub oğlunun, cavabdeh İddiaçı Səhmdar cəmiyyətinə qarşı “əmək xəsarəti ilə əlaqədar ziyan pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Yuxarıda göstərdiyi qərarlar və qətnamələr Sumqayıt Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə təsdiq olunmuş və qüvvədə saxlanılmışdır. Odur ki, bu qərar və qətnamələr qanuni qüvvəyə minmiş faktiki olaraq Cavabdeh iddiası əsassız olduğu üçün rədd edilmiş və həmin iş üzrə icraata xitam verilmişdir». 04 may 2007-ci il tarixdə Aydın MMC- yə pulunun arxasınca gəldikdə hüquqşünas X4 soruşmuşdur ki, “Siz necə olur 1-ci qrup gözdən əlil olaraq sərbəst hərəkət edirsiz”. Aydın isə Ağcanın bu sözündən əsəbiləşmiş və orada Ağcanı təhqir etmiş, üstünə qışqırmış və özü də tam sərbəst şəkildə pulu götürüb imza edib çıxıb getmişdir. Ona görə də, həmin cinayət işi 6 may 2021-ci il tarixdə Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanılaraq istintaqının aparılması üçün Sumqayıt ŞPİ-nin İŞ-yə göndərilmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb Cavabdeh Sumqayıt şəhərində yerləşən İddiaçı MMC-nin Sumqayıt Şüşə Zavodunda işləyən zaman 1994-cü ildə xəsarət alaraq sonradan MMC-yə "xxxx" xəstəliyin travmatik mənşəli olması barədə yalan məlumatlar təqdim edərək MMC- dən 1994-cü ildən 2016-cı ilədək cəmi 5053 manat 99 qəpik məbləğində pul almaqla dələduzluq etməsi faktı əsasında toplanmış material olmuşdur. 16 may 2021- ci il tarixdə cinayət işi üzrə istintaqın aparılması Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin sabiq baş müstəntiqi Asif Piriyevə həvalə olunduğundan iş həmin tarixdə icraatına qəbul edilmişdir. 2 iyun 2021-ci il tarixdə cinayət işi üzrə icraat sabiq baş müstəntiq Asif Piriyev tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 2 iyul 2021-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat sabiq baş müstəntiq Asif Piriyev tərəfindən təzələnməklə istintaq davam etdirilmişdir. 15 iyul 2021-ci il tarixdə cinayət işi üzrə icraat sabiq baş müstəntiq Asif Piriyev tərəfindən Cinayət-Prosessual Məcəllənin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 15 oktyabr 2021-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat sabiq baş müstəntiq Asif Piriyev tərəfindən təzələnməklə istintaq davam etdirilmişdir. 25 oktyabr 2021-ci il tarixdə sabiq baş müstəntiq Asif Piriyev tərəfindən cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərar 4 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun qərarı ilə ləğv edilmiş və istintaqın davam etdirilməsi məqsədilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. 18 avqust 2022-ci il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin sabiq baş müstəntiqi Tural Əhmədliyə həvalə olunduğundan iş sonuncu tərəfindən icraata qəbul edilmişdir. 20 avqust 2022-ci il tarixdə sabiq baş müstəntiq Tural Əhmədli tərəfindən cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərar Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev tərəfindən 30 dekabr 2022-ci il tarixli qərarla ləğv edilmiş və iş əlavə istintaq aparılması üçün Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə göndərilməklə 31 dekabr 2022-ci il tarixdə sabiq baş müstəntiq Tural Əhmədli tərəfindən icraata qəbul edilmişdir. 1 yanvar 2023-cü il tarixdə cinayət işi üzrə icraat sabiq baş müstəntiq Tural Əhmədli tərəfindən Cinayət-Prosessual Məcəllənin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Həmin qərar Sumqayıt şəhər prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri İsmayıl Abiyev tərəfindən 24 avqust 2023- cü il tarixli qərarla ləğv edilmiş və iş əlavə istintaq aparılması üçün Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. 30 avqust 2023-cü il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi baş müstəntiq Bəhram Təhməzliyə həvalə olunduğundan iş həmin tarixdə icraatına qəbul edilmişdir. 31 avqust 2023-cü il tarixdə cinayət işi üzrə icraat Cinayət-Prosessual Məcəllənin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 20 sentyabr 2023-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnməklə istintaq davam etdirilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin baş müstəntiqi, polis kapitanı X1, Cavabdeh Azərbaycan Respublikası CM- nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə toplanmış sübutları kifayət qədər hesab edərək Azərbaycan Respublikası CPM-nin 209-cu maddəsinə riayət etməklə ittiham aktını 03 noyabr 2023-cü il tarixdə tərtib edərək təsdiq edilməsi və cinayət işinin baxılması üçün məhkəməyə göndərilməsi üçün Sumqayıt şəhər prokuroruna təqdim etmişdir. Lakin, Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənovun 06 noyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən ********* nömrəli cinayət işi üzrə icraata xitam vermiş və Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini ləğv etmişdir. Prokuror öz qərarını onunla əsaslandırmışdır ki, 4 noyabr 2023-cü il tarixdə Cavabdeh Əyyub oğlu müdafiəçisi İsməli Kazımovla birlikdə Sumqayıt şəhər prokurorluğuna ərizə ilə müraciət edərək Sumqayıt ŞPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunmuş cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı törətməsinə görə ittiham olunduğu cinayət hadisəsi 1994-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayınadək olan müddətdə baş vermiş və hal-hazırda hadisənin törənmə vaxtından 7- ildən artıq müddət keçmişdir. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsulliyətinə cəlb edilə bilməz. Cinayət-Prosessual Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanılmamalı, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Prokurorun bu dəlilləri ilə qətiyyən razılaşa bilməzlər. Belə ki, Cavabdeh cinayət hərəkətləri hal-hazırda da davam edir və onun qanunsuzluqları nəticəsində İddiaçı MMC və onun əməkdaşları zərər çəkərək maddi və mənəvi ziyana düşürlər. Belə ki, onun davam edən cinayətləri nəticəsində İddiaçı MMC-nin bank hesablarına həbs qoyularaq cəmiyyətin normal fəaliyyət göstərməsinə hər cür maneələr yaradılır. Onun barəsində tədbir görülməyəcəyi təqdirdə bu qanunsuzluqlar nə qədər davam edəcəyi sual altındadır. Ona görə də, hesab edir ki, həmin qərar ləğv edilməli və Cavabdeh məhkəmə məsuliyyətinə verilməlidir. Nəhayət bu hadisənin mənəvi tərəfləri vardır. Şəhər sakinləri arasında bu şəxsin əlini qolunu sallayıb gəzməsi artıq onda hüquq mühafizə və istintaq orqanının qərəzsizliyinə və obyektivliyinə əsaslı şübhələr yaratmışdır. Ancaq həm onlar özləri, həm də onları himayə edən adamlar başa düşməlidirlər ki, bunun axırı acı olacaq və onlar qanun qarşısında cavab verməklə Dövlətə də, bizə də vurduqları ziyanı ödəməli olacaqlar. Bu işlə əlaqədar bizə külli miqdarda həm maddi, həm də əvəzi heç vaxt ödənilə bilməyəcək mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 07 yanvar 1994-cü il tarixdə dəmir yol fəhləsi kimi işlədiyi İddiaçınə aid şüşə zavodunda olarkən yıxılaraq xəsarət aldıqdan sonra həmin xəsarət səbəbindən özündə «Qlaukoma» xəstəliyinin əmələ gəlməsini yalandan bildirib, bununla bağlı özəl tibb müəssisəsində «ODəməliyyat olunmuş terminal qlaukoma. OS-postravmatik makulodistrofıya. Görmə sinirinin atrofıyası. Vis OD=l Vis OS=0,03 k/etmir» diaqnozu ilə əməliyyat olunaraq sonradan birinci dərəcəli əlilliklə əlaqədar olaraq təqaüdə çıxıb, işdə xəsarət almaqla gözdən əlil olmasını səbəb kimi əsas gətirərək, etibardan sui-istifadə edib cəmiyyətdən xeyli miqdar təşkil edən 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Sumqayıt şəhər məhkəməsinin İş № 6(060)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən zərərçəkmiş şəxs İddiaçı MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o barəsində olan cinayət işi üzrə cəlb etmə müddəti keçdiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilən ərizə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də imzalanmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, şəxsə elan edilmiş ittiham üzrə cinayətin törədilmə vaxtı 1994-cü ilin birinci ayından 2016cı ilin yeddinci ayına kimi olan müddəti əhatə etmişdir. Görünüdüyü kimi təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməlləri 2016-cı ilin yeddinci ayına kimi törədilmiş və hazırda mübahisələndirilən xitam qərarı qəbul edilənə kimi iş üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları olmamışdır. Təqsirləndirilən şəxs isə xx.xx.2023-cü il tarixdə müdafiəçisi ilə birklikdə ərizə ilə müraciət edərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.” Məhkəmə qərarında bildirmişdir ki, CPM-nin 39.1.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada cinayət işinə xitam verilməsi bəraətverici əsaslar olmadan xitamı nəzərdə tutur. Qeyd edilən əsasla iş məhkəmənin icraatına yalnız o halda verilə bilər ki, iş üzrə icraata xitam verilməsinə təqsirləndirilən şəxsin razılığı olmasın. İndiki halda isə təqsirləndirilən şəxs özü ərizə ilə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi qanuni və əsaslı olmuşdur. Əksi hal təqsirləndirilən şəxsin əsassız olaraq məhkəmə məsuliyyətinə verilməsi, hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına səbəb olardı. Hazırda zərərçəkmiş şəxsin nümayəndəsi şikayətində Cavabdeh MMC-yə hələ də zərər vurmasını qeyd etmişdir. Lakin, müəyyən edilir ki, iddia edilən bu zərər ittihamda qeyd edildiyi kimi dələduzluq yolu ilə pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı deyil. Şikayətdə qeyd edilir ki, “Cavabdeh cinayət hərəkətləri halhazırda da davam edir və onun qanunsuzluqları nəticəsində İddiaçı MMC və onun əməkdaşları zərər çəkərək maddi və mənəvi ziyana düşürlər. Belə ki, onun davam edən cinayətləri nəticəsində İddiaçı MMC-nin bank hesablarına həbs qoyularaq cəmiyyətin normal fəaliyyət göstərməsinə hər cür maneələr yaradılır”. Qeyd edilən hallar isə hazırki iş üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittihamın mahiyyətinə aid deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətçi hər hansı əlavə zərərlərə məruz qaldığını iddia edirsə, digər hüquqi müdafiə vasitələrindən istifadə etməklə ona dəymiş maddi və mənəvi zərərlə bağlı müvafiq iddia və şikayətlərlə aidiyyəti orqanlara müraciət etmək hüququna malikdir. İndiki halda qəbul edilmiş xitam qərarı bərəatverici əsaslar olmadan qəbul edilmiş və öz mahiyyətinə görə ittiham xarakterlidir. Qeyd edilən qərarla zərərçəkmiş şəxsin hər hansı hüquq və azadlıqları, o cümlədən qanuni mənafeləri pozulmamışdır. Nəzərə almaq lazımdır ki, hazırda mübahisələndirilən xitam qərarı ilə prosessual rəhbərliyi həyata keçirən prokuror Cavabdeh ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməlləri törətməsini, nəticədə İddiaçı MMC-yə maddi zərər dəyməsini müəyyən etmiş, yalnız cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam vermişdir. Beləliklə də, toplanmış sübutlardan belə nəticəyə gəlmək olur ki, məhkəmə tərəfindən qəbul edilmiş bu qərar əslində Cavabdeh cinayət etməsini bir daha sübut etməklə onun İddiaçı MMC-yə cinayəti nəticəsində vurmuş olduğu 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində ziyanı təsdiq etmişdir. Bunu Cavabdeh Prokurorluğa yazdığı ərizəsində də bir daha təsdiq edərək müddətin keçməsi ilə əlaqədar cinayət işinə xitam verilməsini xahiş etmişdir. Ona görə də, Cavabdeh cinayət işinə ona bəraət vermədən və yalnız müddətin keçməsi ilə bağlı xitam verilmişdir. Sadə dildə deyilsə, Cavabdeh bir növ “bəxti” gətirmişdir ki, hüquq-mühafizə orqanları polis və Prokurorluq bu iş üzrə istintaqı lüzumsuz yerə kifayət qədər uzatmışlar. Beləliklə də, toplanmış sübutlarla Cavabdeh “Xəzər' MMC-yə qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət etməsi və 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində ziyan vurması təsdiqini tapmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı MMC rəhbərliyi tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-sədri X3 və nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinə münasibət bildirərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinə 2(060)-3601/2024 saylı iş üzrə Cavabdeh tərəfindən verilmiş etirazlara qarşı qəti etirazlarını bildirməklə məhkəmədən onların rədd edilməsini və Cavabdeh tərəfindən İddiaçı MMC (QSC)-yə vurmuş olduğu maddi ziyan – 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik pulun və məhkəməyə iddia ərizəsinə görə ödənilmiş 70 (yetmiş) manat 54 (əlli dörd) qəpik dövlət rüsumunun ondan tutularaq İddiaçı MMC (QSC)-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh hakimə etiraz etmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3601/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən hakimə edilmiş etiraz baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh İddiaçı MMC-nə o qədər maddi və mənəvi zərər vurmuşdur. Dələduzluq yolu ilə pulları ondan aparmışdır. Ekspertin və oftamoloqun rəyi vardır. Cavabdehin 1994-cü il tarixdən bu günə kimi saxta sənədi vardır ki, pensiya almışdır. Daimi olaraq onlara narahatlıq yaratmışdır. Onalrı aldadaraq (dələduzluq yolu ilə) əldə edilmiş pulların geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mühasibatlıq ödənilən məbləği hesablayaraq istintaq orqanlarına təqdim etmişdir. Vətəndaş da həmişə qol çəkərək məbləği götürmüşdür. Mühasibatlıq onu istintaq orqanlarına təqdim etmiş, istintaqda ödənilmiş məbləğlər əsasında dəymiş zərəri çıxarmışdır. Şübhələr yaranan kimi baş oftamoloqda rəsmi sənəd ilə müraciət etmişlər. Mütəxəssisin rəyini aldıqdan sonra prokruroluq orqanlarına müraciət etmişlər. Onlar da ekspertiza təyin etmişlər. Ekspertiza nəticəsində həmin məsələ öz təsdiqini tapmışdır. Onlar da bildirmişdir ki, bu müəyyən olunandan bir ay ərzində müraciət edərdilər. Həmin müddət ərzində də prokurorluq orqanlarında araşdırma uzun müddət çəkmişdir. Ona görə də həmin vaxt ötürülmüşdür. Bildirmişlər ki, həmin müddət sayılmır. Prokurorluq orqanlarında bir və yaxud iki il müddət araşdırma getmişdir. Bu səbəbdən də həmin müddəti itirmişlər. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, ekspertiza sənədi ona göstərilməmişdir. Ekspertin rəyindən də məlumatı olmamışdır. Ekspertiza olmamışdır. Qarşı tərəfin dedikləri şər və böhtandır. Onun sənədləri vardır. Gözdən əlil olmaq üçün pensiya almır. 1994-cü il tarixdən bu günə kimi yaşa görə pensiya alır. Əlilliyə görə iddiaçı pensiya ödəməlidir. Ona 47 min manat pul verilməlidir. Həmin məbləğ yeddi il üçün hesablanmışdır. İddiaçı tərəfə Azərbaycan Respublikasının Prezidentinə qədər ərizələr yazmışdır. 2022-ci il tarixdə 39 ildən sonra onu yoxlanışa göndərmişlər. 39 il müddətinə birinci qrup əlil olmuşdur. Ona görə ki, güya saxta sənəd düzəltmiş və birinci qrup əlillik almışdır. 2022-ci il tarixdə Zərifə Əliyeva adına universitetə göndərilmiş, səkkiz həkimdən yoxlanışdan keçmiş, sədr və müavin tərəfindən imzalanmış və bildirilmişdir ki, 1994-cü il tarixdə verilmiş sənəd həqiqi sənəddir. 1992-ci il tarixdən yaşa görə 418 manat pensiya alır. Bunu da işləmədiyi və birinci qrup əlil olduğu üçün almışdır. Əgər birinci qrup əlil deyildirsə, nə üçün iddiaçının nümayəndəsi akta imza etmişdir. O polisə getmiş, lakin prokurorluq orqanlarına getməmişdir. Heç kimlə müqavilə bağlamamışdır. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi X3, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 119 nömrəli arayışdan görünür ki, Sumqayıt Şüşə zavodunun keçmiş işçisi Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinin kassasından saxta əmək xəsarəti müavinəti adı ilə qanunsuz olaraq cəmi 5053,99 (beş min əlli üç manat doxsan doqquz qəpik) manat pul almışdır. İş materiallarında olan Oftamoloji xəstəxana tərəfindən verilmiş 78 nömrəli, 02 noyabr 2020-ci il tarixli məktuba cavabdan görünür ki, xəstənin aldığı travma nəticəsində hər iki gözdə “qlaukoma”-nın əmələ gəlməsi qeyri-mümkündür. İş materiallarında olan komission məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli, 304/KEŞ saylı rəyində göstərilmişdir ki, Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixdə onda “OD (sağ gözündə)qlaukoma” xəstəliyinin olduğu müəyyən edilmişdir. “Qlaukoma” xəstliyi yüksək gözdaxili təzyiq nəticəsində göz sinirinin zədələnməsidir. Bunu nəzərə alaraq Cavabdeh "xxxx" xəstəliyinin travmatik mənşəli olması istisna edilir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1808/2010 saylı, 12 may 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı “əmək xəsarəti nəticəsində dəymiş maddi ziyanın və əlavə xərclərin ödənilməsi” barədə iddia tələbi əsassız olduğu üçün rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-650/2012 saylı, 03 fevral 2012-ci il tarixli qərardadadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı “iki illik məzuniyyət haqqının, hər istifadə olunan bir növ dərman pulunun, əmək xəsarətinə görə birdəfəlik ödəncin və başqasının köməyinə görə ödənilməli olan məbləğin ödənilməsi” barədə iddia tələbi üzrə AR MPM-ni 261.0.2-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16459/2016 saylı, 14 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə” dair iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-55/2017 saylı, 13 yanvar 2017-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh Əyyub oğlunun cavabdeh İddiaçı ASC-nə qarşı “əmək xəsarəti ilə əlaqədar ziyan pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə AR MPM-ni 261.0.2-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1273/2017 saylı, 09 mart 2017-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 55/2017 saylı, 13 yanvar 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1036/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Əyyub oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 16459/2016 saylı, 14 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2597/17 saylı, 15 may 2017-ci il tarixli qərarından görünür ki, Cavabdeh Əyyub oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nin həmin iş üzrə 09 mart 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6422/17 saylı, 07 sentyabr 2017-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 26 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Xəzər” Qapalı Səhmdar Cəmiyyətinin sədri Qüdrət Həsənovun şikayət ərizəsi əsasında Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X2 «cinayət işinin icraatına xitam verilməsi haqqında» xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin olunmuş Xəzər” Qapalı Səhmdar Cəmiyyətinin sədri Qüdrət Həsənovun şikayət ərizəsi əsasında Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X2 «cinayət işinin icraatına xitam verilməsi haqqında» xx.xx.2021-ci il qərarı qanunsuz hesab edilməklə ləğv olunmuş, iş yenidən araşdırılması üçün Sumqayıt şəhər ŞPİ-nin İŞ-nə qaytarılmışdır. İş materiallarında olan Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət məsuliyyəti cəlb etmə müddəti keçdiyindən ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan olan Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, verilmiş ittihamdan görünür ki, Cavabdeh etibardən sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə 07 yanvar 1994-cü il tarixdə dəmir yol fəhləsi kimi işlədiyi İddiaçınə aid şüşə zavodunda olarkən yıxılaraq xəsarət aldıqdan sonra həmin xəsarət səbəbindən özündə “qlaukoma” xəstəliyinin əmələ gəlməsini yalandan bildirmiş, bununla bağlı özəl tibb müəssisəsində “OD-əməliyyat olunmuş terminal qlaukoma. OS-postravmatik makulodistrofiya, görmə sinirinin atrofiyası, VİS OD=1, VİS OS=0,03 k/etmir” diaqnozu ilə əməliyyat olunaraq sonradan birinci dərəcəli əlilliklə əlaqədar olaraq təqaüdə çıxmış, işdə xəsarət almaqla gözdən əlil olmasını səbəb kimi əsas gətirərək, etibardan sui-istifadə etmiş, müəyyən müddət aralıqlarında müəyyən məbləğlərdə pulu alaraq, ələ keçirmiş, İddiaçınə ümumillikdə xeyli miqdar təşkil edən 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. 04 noyabr 2023-cü il tarixdə Cavabdeh Əyyub oğlu müdafiəçisi İsməli Kazımovla birlikdə Sumqayıt Şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək, Sumqayıt ŞPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunmuş cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar bəratverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Toplanmış istintaq materiallarından görünür ki, Cavabdeh İddiaçınə qarşı törətməsinə görə ittiham olunduğu cinayət hadisəsi 1994-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayınadək olan müddətdə baş vermiş və hal-hazırda hadisənin törənmə vaxtından yeddi ildən artıq müddət keçmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı MMC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023cü il tarixinin qanuni hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6590/36 nömrəli sorğuya cavabdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2007-ci il tarixli icra vərəqəsi üzrə açılmış 5664/2011 nömrəli icra işi təqdim olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, borclu İddiaçı QSC tərəfindən tələbkar Cavabdeh Əyyub oğluna ödənilməli olan aylıq ödənc xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Azərikimya” İB “Etilen-Polietilen” zavodunun dəmir yolu sahəsi, 4-cü dərəcəli yol təmirçisinin əməkhaqqında uyğun hesablanmaqla cəmi 32059.69 manat, xx.xx.2022-ci il tarixdən 03.2023-cü il tarixədək teplavoz maşisint köməkçisi 4-cü dərəcə, dəmir yol çənlərinin yuyucu və buxarlandırıcısı 4-cü dərəcə və qatar tərtibçisi 4-cü dərəcə əməkhaqlarının ortalamasına uyğun hesablanmaqla cəmi 13249,85 manat təşkil edir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş 5664/2011 nömrəli icra işinin materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məlumatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-306/2007 saylı icra vərəqəsinin icrası ilə bağlı İddiaçı MMC-nin adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli inkasso sərəncamı ABB tərəfindən qismən ödəniş icra edilərək geri qaytarılmışdır. Məhkəmə sorğusu əsasında təqdim olunmuş 5664/2011 nömrəli icra işinin materiallarına əsasən həmçinin müəyyən edilir ki, cavabdeh iddiaçıdan qanunsuz hərəkətləri ilə bağlı ödənişlərin icra olunmasını tələb etmişdir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh irəli sürülmüş ittiham, yəni iddiaçıya məxsus pulu mənimsəməsi faktı Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdehin iddiaçıya maddi ziyan vurması prokurorluq və məhkəmə orqanının qanuni qüvvəyə minmiş qərarı olmaqla, cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xitam verilmişdir. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X6 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 17 sentyabr 2021-ci il qərarında qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Bundan başqa, həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”. Bu müddəanın kökündə “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” AR Prezidentinin 11 dekabr 1993-cü il tarixli 58 saylı Fərmanı durur. Həmin Fərmanın 1-ci bəndində deyilir: “1994-cü il yanvar ayının 1-də saat 00-dan etibarən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Mərkəzi Bankının pul nişanı – manat yeganə ödəniş vasitəsi elan edilsin”. Bundan əlavə, hazırki iş üzrə iş materiallarında olan preyudisial əhəmiyyətə malik olan Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarında da maddi ziyanın məbləği məhz 5053.99 manat kimi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh Əyyub oğlundan İddiaçı MMC-nin xeyrinə 5053.99 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi ziyana görə 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul alınaraq İddiaçı MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 70.54 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi ziyana görə 5053 (beş min əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul və 70 (yetmiş) manat 54 (əlli dörd) qəpik məbləğində dövlət rüsumu alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar