Məhkəmə qərarları › İş №2(060)-3611/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3611/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3611/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan kredit müqaviləsi üzrə 894 (səkkiz yüz doxsan dörd) manat 50 (əlli) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu və 274 (iki yetmiş dörd) manat 82 (səksən iki) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1169 (min yüz altmış doqquz) manat 32 (otuz iki) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə əlavə verərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.03.2019-cu il tarixli, 100892- PC********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 894 (səkkiz yüz doxsan dörd) manat 50 (əlli) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu və 274 (iki yetmiş dörd) manat 82 (səksən iki) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1169 (min yüz altmış doqquz) manat 32 (otuz iki) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.03.2019-cu il tarixli, 100892-PC********** nömrəli “Smile kredit xətti müqaviləsi”nə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 1000 (bir min) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 25.02.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 894,50 məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 274,82 manat cərimə borcu olmaqla, ümumilikdə 1169,32 manat məbləğində kredit borcu yaranmışdır. “Smile kredit xətti müqaviləsi”-nin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərinədn irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Odur ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.03.2019-cu il tarixli, 100892-PC********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 894 (səkkiz yüz doxsan dörd) manat 50 (əlli) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu və 274 (iki yetmiş dörd) manat 82 (səksən iki) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1169 (min yüz altmış doqquz) manat 32 (otuz iki) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahış etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə içlasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13.03.2019-cu il tarixli, № 100892-PC**********5 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.03.2019-cu il tarixli, 100892-PC**********5 nömrəli krediti müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 25.02.2021-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh 25 fevral 2021-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13 mart 2019-cu il tarixli 100892-PC********** nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 894,5 manat əsas borc, 0 manat faiz borcu və 274,82 manat cərimə borcu, cəmi 1169,32 manat borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respuyblikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 07.09.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, MİK-10, ev 35, mənzil 14-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 13 mart 2019-cu il tarixli 100892-PC********** saylı kredit müqaviləsi üzrə 274,82 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 28 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və Cavabdeh iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.03.2019-cu il tarixli, 100892-PC********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 894 (səkkiz yüz doxsan dörd) manat 50 (əlli) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu və 28 (iyirmi səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 922 (doqquz yüz iyirmi iki) manat 50 (əlli) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.03.2019-cu il tarixli, 100892-PC********** saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 894 (səkkiz yüz doxsan dörd) manat 50 (əlli) qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu və 28 (iyirmi səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 922 (doqquz yüz iyirmi iki) manat 50 (əlli) qəpik məbləğində kredit borcunun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar