Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3615/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC-nin 6 saylı filialı ilə Cavabdeh arasında 06.08.2013-cü il tarixli, 17-A-1-0-3578-13 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11 bəndlərinə əsasən illik 21% hesablanmaqla 36 aylıq müddətə cavabdehə 8600 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı, XTA212140D2118247 ban, ******* mühərrik nömrəli, göy rəngli nəqliyyat vasitəsinin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 06.08.2013-cü il tarixli, 17-A-1-0-3578-13 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 11000 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı, XTA212140D2118247 ban, ******* mühərrik nömrəli, göy rəngli avtomobildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 325 manat, ümumilikdə isə 11650 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddiaçı "xxxx" İKB ASC-nin 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 06.08.2013-cü il tarixli, 17-A-1-0-3578-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 2948,7 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 05 avqust 2016-cı il tarixə ödənilməmiş 535,16 manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 2829,72 manat dəbbə pulu, ümumilikdə 6313,58 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması, tutma kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı, XTA212140D2118247 ban, ******* mühərrik nömrəli, göy rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 06.08.2013-cü il tarixli, 17-A-1-0-3578-13 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 21% hesablanmaqla 8600 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.08.2013-cü il tarixli, 17-A-1-0-3578-13 nömrəli ipoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh verilmiş kredit məbləğinin ipoteka predmeti ona məxsus olan 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı, XTA212140D2118247 ban, ******* mühərrik nömrəli, göy rəngli avtomobildir və həmin əmlak 11000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 06.08.2013-cü il tarixli, 17-A-1-0-3578-13 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06.08.2013-cü il tarixdən 05.08.2016-cı il tarixədək banka hər ay 325 manat, yalnız sonuncu ay 275 manat olmaqla, ümumilikdə 11650 manat ödəməli olmuşdur. İş materiallarında olan 20.11.2020-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh 06.08.2013-cü il tarixli, 17-A-1-0-3578-13 nömrəli kredit müqaviləsi üzrə borcunu ödəmədiyi üçün ipoteka müqaviləsinə əsasən yüklü edilmiş “VAZ-21214” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə tutmanın yönəldilməsi prosedurunun başlanması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2019-cu il tarixli, 2(105)-390/2019 saylı qərardadının surətindən görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 21.04.2015-ci il tarixli, 2(060)-3515/2015 saylı qətnaməsi ləğv edilmiş və iddiaçı "xxxx" İKB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi (Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü üçün) baxılmamış saxlanılmışdır. İş materiallarında olan 20.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 2948,7 manat əsas, 535,16 manat faiz borcu və 2829,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6313,58 manat məbləğində kredit borcu var. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(060)-3615/2021 saylı qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 23.08.2021-ci il tarixli, 9/3922 saylı ekspert rəyi ilə “VAZ-21214” markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin real bazar qiyməti təxminən 10000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara ********* (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir. Fərmanın 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etməlidir. Fərmanın 6.1-ci bəndinə əsasən bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməlidirlər. Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. Fərmanın 6.3-cü bəndinə əsasən borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görməlidirlər. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın tətbiqi ilə bağlı Cavabdeh kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması üçün banka müraciət etməsi təklif edilmiş, lakin cavabdeh banka müraciət etməmişdir. Ona görə də iddiaçı tərəfindən cavabdehdən 2948,7 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 05 avqust 2016-cı il tarixə ödənilməmiş 535,16 manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 2829,72 manat dəbbə pulu, ümumilikdə 6313,58 manat məbləğində kredit borcunun tutulması xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi cavabdehdən 535,16 manat faiz və 2829,72 manat cərimə məbləği borcunun tələb edilməsi hissəsində Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına ziddir. Odur ki, iddia tələbi yalnız əsas borc hissəsinə münasibətdə təmin edilməlidir. Belə ki, qeyd edilən Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Fərmanda deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Belə olan halda Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmş və icra etmişdir. Cavabdeh güzəşt olunan borcun dövlət tərəfindən ödənilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 06.08.2013-cü il tarixli kredit və ipoteka müqavilələrinə əsasən Cavabdeh 2948,7 manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2948,7 (iki min doqquz yüz qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində əsas kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-yə ödənilsin. Tutma kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı, XTA212140D2118247 ban, ******* mühərrik nömrəli, göy rəngli avtomobilə yönəldilsin, həmin avtomobilin açıq hərracda satış yolu ilə satılsın və satışdan əldə ediləcək məbləğdə pul iddiaçının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3615/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3615/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver