Məhkəmə qərarları › İş №2(060)-4704/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4704/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4704/2021 02.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbi barədə» iddia ərizəsi özrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÖƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 23 dekabr 2013-cü il tarixli 17-AZ-1-0-7166-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 5831 (beş min səkkiz yüz otuz bir) manat 26 (iyirmi altı) qəpik əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 22 dekabr 2017-ci il tarixə ödənilməmiş 2066 (iki min altmış altı) manat 73 (yetmiş üç) qəpik faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 5116 (beş min yüz on altı) manat 80 (səksən) qəpik dəbbə pulu, ümumilikdə 13014 (on üç min on dörd) manat 79 (yetmiş doqquz) qəpik, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala oğlundan birgə qaydada iddiaçının xeyrinə tutulması, tutma kreditin təminatı kimi Cavabdeh1 məxsus 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207189 ban nömrəli, gümüşü metal rəngli avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək, iddiaçı "xxxx" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 23 dekabr 2013-cü il tarixli 17-AZ-1-0-7166-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4851 (dörd min səkkiz yüz əlli bir) manat 26 (iyirmi altı) qəpik əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 22 dekabr 2017-ci il tarixə ödənilməmiş 2066 (iki min altmış altı) manat 73 (yetmiş üç) qəpik faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 5116 (beş min yüz on altı) manat 80 (səksən) qəpik dəbbə pulu, ümumilikdə 12034 (on iki min otuz dörd) manat 79 (yetmiş doqquz) qəpik, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala oğlundan birgə qaydada iddiaçının xeyrinə tutulması, tutma kreditin təminatı kimi Cavabdeh1 məxsus 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207189 ban nömrəli, gümüşü metal rəngli avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə edərək göstərdi ki, "xxxx" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh1 arasında 23 dekabr 2013-cü il tarixli 17-AZ-1-0-7166-13 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş və bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 13000 manat məbləğində qiymətləndərilmiş iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən illik 16 % hesablanmaqla 48 aylıq müddətə cavabdehə 10400 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207189 ban nömrəli, gümüşü metal rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 23 dekabr 2013-cü il tarixli 17-AZ-1-0-7166-13 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.1-cü bəndinə əsasən tərəflərin razılığı ilə 13000 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207189 ban nömrəli, gümüşü metal rəngli avtomobilldir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit pul məbləğdə olmaqla 295 manat, ümumilikdə isə 14139 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh1 tərəfindən Banka sonuncu ödəniş 07 aprel 2021-ci il tarixdə 300 manat məbləğində olmuşdur. "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh2 arasında 23 dekabr 2013-cü ildə “Zaminlik Müqaviləsi” bağlanmışdır. “Zaminlik Müqaviləsi”nin 1.1-ci maddəsinə əsasən Zamin Kreditor qarşısında Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Həmçinin “Zaminlik Müqaviləsi”nin 2.1-ci maddəsinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər. Cavabdeh1 kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 424/2019 saylı qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2(060)- 4449/2018 savlı qətnaməsinin ləğv edilməsi va iddiaçı "xxxx" İKB-nin (Yelo Bank ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Lakin, V. Səfərov qeyd edilən Fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti 30 dekabr 2019-cu il tarixədək Banka heç bir müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı "xxxx" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 23 dekabr 2013-cü il tarixli 17-AZ-1-0-7166-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4851 (dörd min səkkiz yüz əlli bir) manat 26 (iyirmi altı) qəpik əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 22 dekabr 2017-ci il tarixə ödənilməmiş 2066 (iki min altmış altı) manat 73 (yetmiş üç) qəpik faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 5116 (beş min yüz on altı) manat 80 (səksən) qəpik dəbbə pulu, ümumilikdə 12034 (on iki min otuz dörd) manat 79 (yetmiş doqquz) qəpik, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2bala oğlundan birgə qaydada iddiaçının xeyrinə tutulması, tutma kreditin təminatı kimi Cavabdeh1 məxsus 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207189 ban nömrəli, gümüşü metal rəngli avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, avtomobil almaq üçün "xxxx" İKB-yə müraciət edərək oradan 10400 manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kreditə görə borcunu ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödənişlər etmişdir. Sonradan bankdan ona zəng olunaraq onun götürdüyü kredit Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi barədə məlumat verilmiş və onun banka çağıralacağı bildirsə də, bu günə qədər ona zəng olunmamış, əlavə olaraq ona borcuna görə əlavə faiz hesablanmışdır. Hazırda iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiacı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məçmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan № 17-AZ-1-0-7166-13 saylı, 23.12.2013-cü il tarixli “Kredit Müqaviləsi”ndən görünür ki, "xxxx" X1 6 saylı filialı ilə Cavabdeh1 arasında 23 dekabr 2013-cü il tarixli 17-AZ-1-0-7166-13 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən illik 16 % hesablanmaqla 48 aylıq müddətə cavabdehə 10400 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə Cavabdeh1 hesabına ödəmişdir. İş materiallarında olan 23.12.2013-cü il tarixli, № 17-AZ-1-0-7166-13 saylı “İpoteka Müqaviləsi”ndən görünür ki, № 17-AZ-1-0-7166-13 saylı, 23.12.2013-cü il tarixli “Kredit müqaviləsi”nin təminatı kimi Cavabdeh1 tərəfindən 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207189 ban nömrəli, gümüşü metal rəngli avtomobil Banka yüklü edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə avtomobil 13000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 23.12.2013-cü il tarixli, № 17-AZ-1-0-7166-13 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" İKB-nin 6 saylı filialı ilə Cavabdeh2 arasında 23 dekabr 2013-cü ildə “Zaminlik Müqaviləsi” bağlanmışdır. “Zaminlik Müqaviləsi”nin 1.1-ci maddəsinə əsasən Zamin Kreditor qarşısında Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Həmçinin “Zaminlik Müqaviləsi”nin 2.1-ci maddəsinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.10.2021-ci il tarixli, №9/4855 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, gümüşü metallik rəngli, parça oturacaqlı, 230764k/m yürüşlü, mühərrik tutumu 1600 kub/sm, “Renault Tondar” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 7000 (yeddi min) manat, likvid qiyməti isə 6500 (altı min beş yüz) manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01.04.2021-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh1 Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 7/10, mənzil 9-da qeydiyyatdadır. Kredit müqaviləsinə və tərtib edilmiş qrafikə uyğun cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207189 ban nömrəli, gümüşü metal rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mölki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə özrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyat və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olunmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Həmin Məcəllənin 298-ci maddəsinə görə, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirilmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışda götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. İddiaçının cavabdehdən faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə iddiaçının nümayəndəsi öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirdi. Məhkəmə həmin söbutları qanunvericiliklə möəyyən edilmiş söbutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Şərh edilənləri və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlak mənafeyini nəzərə alaraq, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 dekabr 2013-cü il tarixli 17-AZ-1-0-7166-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4851 (dörd min səkkiz yüz əlli bir) manat 26 (iyirmi altı) qəpik əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 22 dekabr 2017-ci il tarixə ödənilməmiş 2066 (iki min altmış altı) manat 73 (yetmiş üç) qəpik faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 6967 (altı min doqquz yüz altmış yeddi) manat 99 (doxsan doqquz) qəpik, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmasını, tutmanın Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus ipoteka predmeti olan 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207189 ban nömrəli, gümüşü metal rəngli avtomobilə yönəldilməsini və həmin avtomobilin açıq hərracdan satılmasını, həmin avotmobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən-qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsini və borc ödənildikdən sonra, avtomobilin satışından artıq qalan məbləğ müvafiq olaraq, satılmış avtomobilin mülkiyyətçisinə Cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23 dekabr 2013-cü il tarixli 17-AZ-1-0-7166-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4851 (dörd min səkkiz yüz əlli bir) manat 26 (iyirmi altı) qəpik əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 22 dekabr 2017-ci il tarixə ödənilməmiş 2066 (iki min altmış altı) manat 73 (yetmiş üç) qəpik faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 6967 (altı min doqquz yüz altmış yeddi) manat 99 (doxsan doqquz) qəpik, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus ipoteka predmeti olan 2013cü il buraxılışlı, “Renault Tondar” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1207189 ban nömrəli, gümüşü metal rəngli avtomobilə yönəldilsin və həmin avtomobil açıq hərracda satılsın, həmin avotmobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən-qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsinə yönəldilsin. Borc ödənildikdən sonra, avtomobilin satışından artıq qalan məbləğ avtomobilin mülkiyyətçisinə Cavabdeh1 qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar