Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3619/2023 13.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və digər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı adından apardığı əməliyyatlar nəticəsində ödədiyi 5205 (beş min iki yüz beş) manat pulun, həmçinin cavabdehin saxtakarlıqları və cinayəti nəticəsində 50000 (əlli min) manat ona vurulmuş mənəvi zərərin Cavabdeh tutularaq ona ödənilməsinə dair, həmçinin vergi ödəyicisi kimi adına açılmış ********** saylı VÖEN üzrə 2020-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayı ərzində aparılmış sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatların Cavabdeh tərəfindən həyata keçirildiyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və həmçinin yazdıqları araşdırılarkən zərurət yarandığı təqdirdə Cavabdeh qanunsuz və özbaşına hərəkətləri, dələduzluq, mənimsəmə və vergidən yayınma faktları ilə bağlı prokurorluq orqanlarına təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, DİN-in BMQMİ-nin MAPS şöbəsindən təqdim edilən xx.xx.2021-ci il tarixli arayışda cavabdehin qeydiyyat ünvanı olaraq ünvan 1ıt Şəhər Məhkəməsinə müraciət etmişlər, cavabdehin qeydiyyat ünvanının dəyişməsindən məlumatsız olmuşlar. İşin ərazi aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən edilən çıxarışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. (Maddə
33. Ərazi aidiyyəti anlayışı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə qanunvericiliyin tələblərini və hazırki vəziyyətdə tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(060)-3619/2023 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və digər tələbinə dair 2(060)-3619/2023 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər.
Hakim Elmir Hüseynov