Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-362/2023 09.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı X2 və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə 09 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh çəkisi 6,8 qramlıq 750 əyarlı qızıl zəncir, çəkisi 14,37 qramlıq 750 əyarlı qızıl qolbaq, çəkisi 8,36 qramlıq 750 əyərlı bit cüt qızıl sırğa, çəkisi 16,4 qramlıq 750 əyarlı qızıl zəncir, çəkisi 13,0 qramlıq 750 əyarlı qızıl qolbağ, 8,0 qramlıq 750 əyarlı qızıl üzük, çəkisi 10,36 qramlıq 750 əyarlı qızıl sırğa-üzük dəstini, həmin əmlaklar olmadığı təqdirdə həmin əmlakların dəyəri kimi 8500 manat məbləğində pulun və iddianı qaldırmağa ödədiyi 105 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 01 mart 2019-cu ildə işlədiyi Sumqayıt Ticarət Mərkəzinin qızıl satışı şöbəsində ondan 3 ay müddətində pulunu ödəmək şərti ilə müxtəlif çeşidli qızıl zinət əşyaları istəmişdir. Onu tanıdığından və ona inandığından razılaşmışdır. Ümumi dəyəri 8500 manat olan aşağıda göstərilən çeşiddə, çəkidə qızıl ziynət əşyalarını almışdır: bir ədəd 750 əyarlı 6,8 qram çəkidə 750 mant dəyərində qızıl zəncir, bir ədəd 750 əyarlı 14,37 qram çəkidə 1580 mant dəyərində qızıl qolbaq, bir cüt 750 əyyarlı 8,36 qram çəkidə 920 manat dəyərində qızıl sırğa, bir ədəd 750 əyarlı 16,4 qram çəkidə 1800 manat dəyərində qızıl zəncir, bir ədəd 750 əyarlı 13,0 qram çəkidə 1430 manat dəyərində qızıl qolbağ, bir ədəd 750 əyyarlı 8,0 qram çəkidə 880 manat dəyərində qızıl üzük, 750 əyarlı 10,36 qram çəkidə 1140 manat dəyərində sırğa üzük dəsti götürmüşdür. Həmin tarixdə qızıl əşyalarını götürməsi və pulunu 3 ay müddətində qaytarması barədə yazılı formada qəbz yazaraq imza etməklə ona vermişdir. Dediyi müddət gəlmiş, lakin pulu verməmişdir. Onunla görüşüb pulunu verməsini tələb etmişdir. Barəsində Sumqayıt şəhər Məhkəməsində cinayət işi olduğunu demişdir. İşi qurtarandan sonra pulunu verəcəkdir. Xahiş etmişdir ki, ona möhlət versin. Sonra cavabdehin tutulub həbs olunmasını eşitmişdirbildi. Onun xahişinə əsasən gözləmiş və 2022-cı ilin yanvar ayında onu tapmışdır. Pulunu qaytaracağına onu inandırmışdır. Bir neçə ay gözləsə də də pulunu verməmiş, həmin ilin may ayında ona demişdir ki, pulu yoxdur və pulunu qaytarmaqdan imtina etmişdir. Həmin məsələnin başqa yolla həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat vərərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, cavabdehin evinə getdikdə onun 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olduğunu bilmişdir. Ona görə də iki il gözləmiş, daha sonra məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, məsələ ilə əlaqədar müdiri onu tez-tez narahat edir, pulun ödənilməsini tələb edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı X2 vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, əlyazma ona məxsusdur. Dəfələrlə iddiaçı ilə alver etmişdir, heç vaxt onu yanıltmamışdır. Həqiqətən qeyd edilən qızılları iddiaçıdan almışdır. Daha sonra tutulmuş, ona görə ödəniş edə bilməmişdir. Əslində ödəniş etmək niyyətindədir. Məhkəmə qətnaməsi çıxdıqdan sonra hissə-hissə borcunu ödəyəcəkdir. Belə ki, ona da müəyyən şəxslərin borcları var. Hətta o, indi 1000 manat ödəyə bilər. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-33/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2- ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 05 noyabr 2018-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməsi hökm edilmişdir. İşdə olan əlyazma ilə yazılmış iltizamdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 3 ay müddətinə qaytarmaq şərtilə X1 8500 manat məbləğində qızıl zinət əşyaları almışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, çəkisi 6,8 qramlıq 750 əyarlı qızıl zəncir, çəkisİ 14,37 qramlıq 750 əyarlı qızıl qolbaq, çəkisi 8,36 qramlıq 750 əyərlı bit cüt qızıl sırğa, şəkisi 16,4 qramlıq 750 əyarlı qızıl zəncir, çəkisi 13,0 qramlıq 750 əyarlı qızıl qolbağ, 8,0 qramlıq 750 əyarlı qızıl üzük, çəkisi 10,36 qramlıq 750 əyarlı qızıl sırğa-üzük dəsti, həmin əmlaklar olmadığı təqdirdə həmin əmlakların dəyəri kimi 8500 manat məbləğində pul Cavabdeh iddiaçı X2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 105 manat dövlət rüsumu da Cavabdeh tutularaq X3 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəyəri 750 manat olan çəkisi 6,8 qramlıq 750 əyarlı 1 ədəd qızıl zəncir, dəyəri 1580 manat olan çəkisi 14,37 qramlıq 1 ədəd 750 əyarlı qızıl qolbaq, dəyəri 920 manat olan çəkisi 8,36 qramlıq 750 əyarlı bir cüt qızıl sırğa, dəyəri 1800 manat olan çəkisi 16,4 qramlıq 750 əyarlı 1 ədəd qızıl zəncir, dəyəri 1430 manat olan çəkisi 13,0 qramlıq 750 əyarlı 1 ədəd qızıl qolbaq, dəyəri 880 manat olan 8,0 qramlıq 750 əyarlı 1 ədəd qızıl üzük, dəyəri 1140 manat olan çəkisi 10,36 qramlıq 750 əyarlı 1 ədəd qızıl sırğa-üzük dəsti, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri kimi 8500 (səkkiz min beş yüz) manat məbləğində pul və ödənilmiş 105 (bir yüz beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-362/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-362/2023
09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver