Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3624/2020 05.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxx» BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx» BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı «xxxxxxxxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SUMG1-16942-9041 saylı kredit müqaviləsinin və onun tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli, SUMG1-16942-9041/1 saylı razılaşmanın ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxxxxxxxx» BOKT MMC-nin xeyrinə kredit müqaviləsinə əsasən 1049.98 manat əsas borc, 108.99 manat faiz borcu, 220.40 manat cərimə borcu olmaqla, cəmi 1379.37 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış xx xxxxx 2018-ci il tarixli, SUMG1-16942-9041 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan xx xxxxx 2018-ci il tarixli SUMG1-16942-9041/1 və SUMG1- 16942-9041/2 saylı razdaşmalara əsasən, ikinciyə 35% faizlə 27 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 ilə xx xxxxx 2018-ci il tarixli, SUMG1-16942-9041+SUMG1-16963 saylı zaminlik müqaviləsi imzalanmışdır. Borclu Cavabdeh1 kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 xx xxxx 2020-ci il tarixinədək verilmiş kredit üzrə 1 049,98 manat əsas borc, 108,99 manat məbləğində cari faiz borcu, 220,40 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 1379,37 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarda AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 2%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il Qərarında qeyd edilir ki: “Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq və mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinintəmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış xx xxxxx 2018-ci il tarixli, SUMG1-16942-9041 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan xx xxxxx 2018-ci il tarixli, SUMG1-16942-9041/1 və SUMG1-16942-9041/2 saylı razdaşmalara əsasən, ikinciyə 35% faizlə 27 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, eyni zamanda müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 ilə xx xxxxx 2018-ci il tarixli, SUMG1-16942-9041+SUMG1-16963 saylı zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər müqavilə şərtlərini pozmaları barədə xəbərdarlıq olunmuşlar, müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində məhkəmə xərci cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbindən göründüyü kimi cavabdehlərdən eyni zamanda hesablanmış 220.40 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 20 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçı «xxxxxxxxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SUMG1-16942-9041 saylı kredit müqaviləsinin və onun tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli, SUMG1-16942-9041/1 saylı razılaşmanın ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2-ci maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, SUMG1-16942-9041 saylı kredit müqaviləsinin və onun tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli, SUMG1-16942-9041/1 saylı razılaşması üzrə öhdəliklərin icrası müddəti xx.xx.2020-ci il tarixdə başa çatdığından, həmin müqavilənin və razılaşmanın ləğvi hüquqi əhəmiyyətini itirmişdir Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən 1049.98 manat əsas borc, 108.99 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 1178.97 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxxxxxxxx» BOKT MMC-nin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən 1049.98 manat əsas borc, 108.99 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 1178.97 (min yüz yetmiş səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxxxxxxxx» BOKT MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3624/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3624/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver