Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3630/2022 28.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-11664/2016 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cavabdehdən tutulmuş alimentin miqdarının artırılaraq hər uşağa görə hər ay 250 manat olmaqla, ümumilikdə 500 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olamqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 11664/2016 nömrəli qətnaməsi ilə nikahlarının pozulması, birgə nikahdan olan uşaqlarının onun himayəsində saxlanılmaları və cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh keçən müddət ərzində övladları ilə lazımınca maraqlanmamış, onların saxlanmasında, təlimtərbiyələrində iştirak etməmişdir. Kəsilmiş alimenti isə ödəməkdən qərəzli şəkildə yayınır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq hal-hazırda 4000 manatdan çox aliment borcu yığılmışdır. Hazırda həmin aliment borcunun cavabdehdən məcburi qaydada alınması ilə bağlı qanuni tədbirlər görülməkdədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, uşaqlar özəl məktəbdə ödənişli təhsil alırlar. Onların gələcək inkişafları üçün cavabdehin rolu vacibdir. O, “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu”nun baş kimyaçısıdır. Aylıq əmək haqqı 430 manat təşkil edir. Cavabdehin şəxsi biznesi, mağazası var. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, mağaza sahibidir. Aylıq gəliri təxminən 300 manat təşkil edir. Həmçinin onun başqa ailəsi var və qeyri-rəsmi nikahdan da bir övladı var. O, kirayə evdə yaşayır. Kirayə haqqı aylıq 250 manat təşkil edir. Bu qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinə əsasən cavabdeh Türkiyə Respublikasının vətəndaşıdır. O, xx.xx.1984-cü ildə, Türkiyə Respublikası, Taşlıçayda anadan olmuşdur. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X8 xx.xx.2012-ci ildə, X7 xx.xx.2015-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizliyi X9 Şəxsin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2018-ci il tarixindən etibarən “X5” departamentinin Milli Referens laboratoriyasının fiziki-kimyəvi müayinələr bölməsinə kimyaçı vəzifəsində çalışır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-11664/2016 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 iddiaçının yanında qalmaları, yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 117 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən cavabdeh xx.xx.2018ci ildə X2 doğulmuş X1 atası hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddiaçı ilə birgə nikahdan olan uşaqlarından başqa bir yetkinlik yaşına çatmamış uşağının olmasını, iddiaçının tələb etdiyi alimentin ödənilməsi üçün cavabdehin zəruri qazanca malik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, iddiaçı ilə birgə nikahdan olan uşaqların saxlanması üçün yükək məbləğdə alimentin tutulmasının digər uşağın hüquqlarının pozulmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(060)- 11664/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2022-ci il üçün uşaqlara müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər ay hər uşaq üçün 193 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 11664/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3630/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3630/2022
28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver