Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3631/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə iddia qaldıraraq İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2658 (iki min altı yüz əlli səkkiz) manat və Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi tələbini irəli sürmüşdür. İddiaçı nümayəndəsi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Oba Market" MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 11.08.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X6" haqqında müqavilə imzalanmışdır. 15.10.2020-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, 12.03.2021 - ci il tarixli 158-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 07.01.2021 -ci ii və 15.02.2021 -ci il tarixdə Oba - Saray 6 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3056 (Üç min əlli altı) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 398 (üç yüz doxsan səkkiz) manat güzəşt edilmişdir, qalıq borc 2658 (iki min altı yüz əlli səkkiz) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X6 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2658 (iki min altı yüz əlli səkkiz) manat və Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdikərini və məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək iddiaçı tərəfindən tələb olunan 2658 manat məbləğində dəymiş ziyan tələbini tam şəkildə qəbul etdiyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin 11.08.2020-ci il tarixli 470-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 9 şöbəsinə 11.08.2020-ci il tarixdən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməlidir. İş materiallarında olan 11.08.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 11.08.2020-ci il tarixdən satış departamenti satış 9 şöbəsi, satıcı-kassir-əsas vəzifəsinə müddətsiz əmək müqaviləsi işə qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş “X6” haqqında 11.08.2020-ci il tarixli müqavilədən görünür ki, işçi Cavabdeh tutuduğu vəzifə üzrə X6i öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin 22.09.2020-ci il tarixli 579-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 9 şöbəsinə 22.09.2020-ci il tarixdən etibarən baş satıcı vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 280 manat olmaqla ödənilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin 15.10.2020-ci il tarixli 631-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 9 şöbəsinə 15.10.2020-ci il tarixdən etibarən Administrator vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin 12.03.2021-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh ilə 12.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 07.01.2021-ci il tarixdə "xxxx" MMC-də çalışdığı zaman aparılmış inventarizasiya nəticəsinə dair yekun aktdan görünür ki, Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 07.01.2021-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1919,73 manat məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin 12.10.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 07.01.2021-ci il tarixində 1919,73 manat, 15.02.2021-ci il tarixində 1138,19 manat və ümumi olaraq 3055,92 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 398,50 manat hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə Cavabdeh 12 oktyabr 2021-ci il tarixinə, İddiaçı MMC-ə olan ümumi borcu 2657,42 manat təşkil edir. İş materiallarında olan Cavabdeh 24.05.2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı MMC-nin ona qarşı maddi ziyan tələbinə dair iddiasını, yəni 2658 manatı tam şəkildə qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 17.06.2016cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22.11.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi X2 Bakı şəhəri Mediasiya Şurasının mediatoru X3 22.11.2021-ci il tarixində, 12:00-12:25 saatlarında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Oba Market” MMC-nin nümayəndəsi X2 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci tam ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş İddiaçı MMC-nin baş satıcı vəzifəsi və adminstrator vəzifəsi təlimatlarından görünür ki, öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə şirkətə vurduğu zərərə görə məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarını qiymətləndirərək belə qənaətə gəlir ki, işçi, administrator Cavabdeh əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş və işəgötürənə 2658 manat məbləğində zərər vurmuşdur. Belə ki, İddiaçı MMC-nin istər baş satıcı, istərsə də adminstrator vəzifəsi təlimatına əsasən öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə işçi şirkətə vurduğu zərərə görə məsuliyyət daşıyır. İşəgötürənlə işçi arasında bağlanmış X6 haqqında müqavilələr üzrə işçinin işəgötürənə vurduğu zərərə görə X6 nəzərdə tutulduğundan Cavabdeh İddiaçı MMC-yə vurduğu ziyan ondan tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin 2-ci bəndinə əsasən ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada X6 daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X6 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 201-ci maddəsinin 1-ci bəndinə əsasən işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət-sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 201-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 202-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X6 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbayçan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanları, cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh vurduğu ziyana görə 2658 (iki min altı yüz əlli səkkiz) manat pul tutularaq Oba Market” MMC-yə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ilkin mediasiyaya müraciət ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 2658 (iki min altı yüz əlli səkkiz) manat məbləğində pul və ilkin mediasiyaya müraciət ilə bağlı ödənilmiş 50 (əlli) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3631/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3631/2022
10.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver