Məhkəmə qərarları › İş №2(060)-3647/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3647/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3647/2020 30.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakıilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 vəCavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 cavabdehlər Cavabdeh1 vəCavabdeh2 qarşı “kredit borcunun ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 vəCavabdeh2 müştərək qaydada 1007,60 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərinin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz borcu 713,01 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış faiz borcu 145,32 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1151,51 ABŞ dolları, cəmi 3017,44 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulub iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli istehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 30% ödəmək şərtilə 1914 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona aid edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə müqavilələrin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənə əsasən iddia qismən təmin edilməlidir. Mülki işmateriallarında olan: xx.xx.2015-ci il tarixli, İKM 01 saylıistehlak kredit müqaviləsindən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh1 24 ay müddətinə, illik 30% olmaqla 1914 ABŞ dolları məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borcu 1007,60 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərinin icra müddətinin bitdiyi xx.xx.2017ci il tarixinə faiz borcu 713,01 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış faiz borcu 145,32 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1151,51 ABŞ dolları təşkil edir. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1151,51 ABŞ dolları cərimə azaldılaraq 100 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsi ilə bağlı hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında kredit müqaviləsinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonrakı dövr nəzər alınmaqla ödənilməmişəsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 145,32 ABŞ dollarıödənilməlidir. Bank ilə Cavabdeh2 arasında bağlanılmışxx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 xx.xx.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə borclu Rahid Fətullayevin öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh2 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1007,60 ABŞ dollarıəsas borc, kredit müqaviləsi üzrə öhdəliklərinin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 713,01 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 145,32 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 100 ABŞ dolları cərimə borcu, cəmi 1965,93 (bir min doqquz yüz altmış beş dollar, doxsan üç sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) ləğv prosesində olan İddiaçı X2 xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 10,50 manatı iddiaçıya aid edilməli, 19,50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1007,60 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərinin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 713,01 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 145,32 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 100 ABŞ dolları cərimə borcu, cəmi 1.965,93 (bir min doqquz yüz altmış beş dollar, doxsan üç sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19,50 (on doqquz manat əlli qəpik) manat ləğv prosesində olan İddiaçı X2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar