Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3663/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X12, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı «təbiətə dəymiş ziyanın ödənilməsi» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyanla bağlı 12600 (on iki min altı yüz) manat məbləğin Cavabdeh tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aşağıda qeyd olunan bank hesabına ödənilməsi barədə qətnamə qəbul edəsiniz. (“X9 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142595, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, 017 saylı sərəncamına əsasən xidməti ərazilərdə yerin təkindən istifadə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılmışdır. Araşdırma zamanı Sumqayıt şəhəri, Saray bağları ərazisində olan 4715 saylı bağ sahəsindən faydalı qazıntı olan qumun qanunsuz olaraq daşınması faktı aşkar olunmuşdur. Faktla bağlı araşdırma aparılarkən qumun qanunsuz olaraq daşınmasını təşkil edən şəxslərin hazırki iş üzrə Cavabdeh, X6 və X5 olduqları müəyyən edilmişdir. Aşkar olunmuş inzibati xəta ilə bağlı xx.xx.2023-cü il tarixli 77947 nömrəli akt tərtib olunmuş, ərazidən fotoşəkillər çəkilmiş, inzibati xəta törədən şəxslərin izahatları alınmış, nəticədə cavabdeh barəsində İXM-nin 228-ci maddəsi ilə lisenziya və ya icazə olmadan qanunsuz olaraq yerin təkindən istifadə etdiyinə görə xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur Toplanmış materiallar əsasında xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarla inzibati xəta törədən şəxs inzibati qaydada fiziki şəxs qismində 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. ( Həmçinin digər inzibati xəta törədən şəxslər X6 və X5 barələrində müvafiq protokollar tərtib olunmuş, protokollar əsasında qərar qəbul olunmaqla inzibati qaydada məsuliyyətə cəlb olunmuşlar) İnzibati xəta törtməkdə təqsirli bilinən cavabdeh cərimə qərarı ilə razılaşmamış və qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Sumqayıt Şəhər Məhkəməsində baxılan inzibati iş üzrə inzibati xəta törədən şəxsin şikayət ərizəsi təmin olunmamış və məhkəmənin xx.xx.2023cü il tarixli 3(060)-511/2023 nömrəli qərarı ilə 4 saylı RETSİ-nin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı qüvvədə saxlanılmışdır (hakim Zaur Hacıyev) inizbati araşdırma zamanı, eyni vaxtda, cavabdeh tərəfindən qanunsuz olaraq yerin təkindən istifadə olunması nəticəsində götürülmüş qumun miqdarı ölçülmüş, eni 20 metr, uzunluğu 30 metr və dərinlyı 1,5 metr olmaqla qazılmış ərazinin ölçüləri əsasında 900 m3 həcmində faydalı qazıntının daşındığı sübut olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli, 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativlərinə” əsasən hesablama aparılaraq cavabdehə aid hissədə təbiətə vurulmuş ziyanın 12600 (on iki min altı yüz) manat olduğu müəyyən edilmişdir. Cavabdeh inzibati cərimə məbləğini könüllü olaraq ödəməkdən imtina etdiyi kimi, həmçinin, inzibati xəta nəticəsində ətraf mühitə vurduğu maddi ziyan məbləğini də könüllü olaraq ödəməkdən imtina edir. Ona görə də hazırki iddi ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Bununla bağlı iddia tələbi pretenziya qaydasına riayət olunmaqla idarənin xx.xx.2023-cü il tarixli Ç-İM/4323-003 nömrəli məktubu ilə cavabdehə göndərilmişdir. İddiaçının nümayəndəsi T.N.Əzizov iddia tələbini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdeh səmimi olaraq 14 kamaz qum daşımasını etiraf edib. Lakin iddiaçının nümayəndəsinin qeyd etdiyi ərazinin məhz bütünlüklə cavabdeh tərəfindən qazılıb daşınması ilə bağlı heç bir sübut təqdim olunmur. Bu səbəbdən onlar yalnız etiraf olunan hissə ilə razılaşırlar. İddia tələbinin digər hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 fevral 2023-cü il tarixli, 77947 nömrəli aktından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 4715 nömrəli bağ sahəsindən faydalı qazıntı olan qumun avtomaşınlara doldurularaq daşınması faktı tərəflərindən aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı 4715 nömrəli bağ sahəsində 50BA051 dövlət nömrə nişanlı ekskovator, 90RM237 dövlət nömrə nişanlı “Kamaz” markalı özüboşaldan avtomaşına faydalı qazıntı olan qumun doldurulub daşınması tərəflərindən müşahidə olunmuşdur. Bununla bağlı, bağ sahəsinə daxil olub özlərini təqdim etdikdən sonra qumun daşınması və görülən işlər barəsində aidiyatı sənədləri tələb etmişdirlər. Özünü bağ sahibi kimi təqdim edən X3 bağ sahəsinə aid heç bir sənəd təqdim etməmişdir. İzahatında bildirmişdir ki, bağ sahəsi Hüseynov Elnurun mülkiyyətindədir. O, mülkiyyətçidən icazə alıb bağ sahəsinə faydalı qazıntı olan qumu satmaq məqsədi ilə Kamaz avtomobilinin sürücüsü X6 ilə şifahi razılaşma aparmış 14 maşın qumu ona satmışdır. Kamaz avtomaşınının sürücüsü Y.Rəhimov isə öz izahatında bildirmişdir ki, ekskovatorun sürücüsü X4 bu işə cəlb edərərk ərazidən 14 avtomobil qumu Kamaz avtomaşını ilə satış məqsədi ilə daşımışdır. Bununla da, bağ sahəsindən qumu qanunsuz satan Cavabdeh, Kamaz avtomaşınının sürücüsü X7 və ekskovatorun sürücüsü X1 Təki haqqında Azərbaycan Respublikasının qanununun 13, 17 və 21-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli, 238 saylı qərarının tələblərini pozmuşdurlar İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 3(060)-511/2023 saylı qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Cavabdeh barəsində İXM-nin 228-ci maddəsi ilə qəbul olunmuş 14 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 iyul 2023-cü il tarixli № 3-14- 43/2-620/2023 saylı arayışından görünür ki, “Kamaz” markalı yük avtomobilinin yük yerinin tutumu orta hesabla 8,0m3 həcmində olmaqla 14 (on dörd) daşınma sayında 112 m3 həcmində qum daşınmış olacaqdır. 1m3 qumun götürülməsinə görə ətraf mühitə vurulan maddi ziyan məbləğinin 20 (iyirmi) manat olduğunu və il ərzində ilk dəfə faydalı qazıntıdan qanunsuz istifadə halında 0,7 əmsalının tətbiq edildiyini nəzərə alsaq 14 (on dörd) maşın qumun daşınması nəticəsində ətarf mühitə cəmi 1568 (bir min beş yüz altmış səkkiz) manat miqdarında maddi ziyan dəymiş olacaqdır. (Düstur: 14x8x20x07=1568) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir və sübut etməkdən azad olmaq üçün əsasdır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində təbiətə maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, iddiaçı təşkilatın zərərin əvəzini tam şəkildə ödənilməsini tələb etmək hüququ yaranmışdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Şərh edilənləri və iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 iyul 2023cü il tarixli № 3-14-43/2-620/2023 saylı arayışını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh təbiətə dəymiş ziyana görə 1568 (bir min beş yüz altmış səkkiz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (“X9 üzrə Dövlət Fondu”na VÖEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142595, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 1568 (bir min beş yüz altmış səkkiz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (“X9 üzrə Dövlət Fondu”na VÖEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 ) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tagızadə
Məhkəmə qərarları › İş №2(060)-3663/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3663/2023
02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver