Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-368/2022 11.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 541 manat olan İMEİ Kodu **********49881 Honor 8X markalı telefon üçün ümumilikdə 133,3 manat olmaqla ondan 100 manat ödənilməmiş hissə, 33,3 manat dəbbə, 10.07.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********48442 olan X3 9 markalı telefon üçün 454.5 manat ödənilməmiş hissə, 96 manat dəbbə, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən, Kenwood markalı blender və Gorenje markalı izqara üçün 393.3 manat ödənilməmiş hissə, 92,4 manat dəbbə, 16.09.2020-ci il tarixli müqaviləyə əsasən, Hoffmann markalı televizor üçün 453,6 manat ödənilməmiş hissə, 122,1 manat dəbbə, 16.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********05590 olan X3 8 markalı telefon üçün 305.8 manat ödənilməmiş hissə, 93 manat dəbbə, 12.07.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı kondisioner üçün 2182,8 manat ödənilməmiş hissə, 349,2 manat dəbbə, ümumilikdə 4676 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 15.12.2019, 10.07.2020, 31.05.2020, 16.09.2020, 16.11.2019 və 12.07.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodları **********49881 olan Honor 8X, **********48442 olan X3 9 və **********05590 olan X3 8 markalı telefonlar, Kenwood markalı blender, Gorenje markalı izqara, Hoffmann markalı televizor və Samsung markalı kondisioner almış, nəticədə 4676 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 541 manat olan İMEİ Kodu **********49881 Honor 8X markalı telefon üçün ümumilikdə, 133.3 manat olmaqla ondan, 100 manat ödənilməmiş hissə, 33.3 manat dəbbə, 10.07.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 577,8 manat olan İMEİ Kodu **********48442 X3 9 markalı telefon üçün ümumilikdə 550.5 manat olmaqla ondan, 454,5 manat ödənilməmiş hissə, 96 manat dəbbə, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 505,8 manat Kenwood markalı blender və Gorenje markalı izqara üçün ümumilikdə, 485,7 manat olmaqla ondan, 393,3 manat ödənilməmiş hissə, 92,4 manat dəbbə, 16.09.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 453,6 manat olan Hoffmann markalı televizor üçün ümumilikdə 575,7 manat olmaqla ondan, 453,6 manat ödənilməmiş hissə, 122,1 manat dəbbə, 16.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 620 manat olan İMEİ Kodu **********05590 X3 8 markalı telefon üçün ümumilikdə, 398,8 manat olmaqla ondan, 305,8 manat ödənilməmiş hissə, 93 manat dəbbə, 12.07.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2347,2 manat olan Samsung markalı kondisioner üçün ümumilikdə, 2532 manat olmaqla ondan, 2182,8 manat ödənilməmiş hissə, 349,2 manat dəbbə pulu borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 1155,4 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.12.2019-cu il tarixli 01126893 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 541 manat olan İMEİ kodu **********49881 olan Honor 8X markalı telefonu 97 manat ilkin ödəniş edilməklə 12 ay müddətə hər ay 37 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.07.2020-ci il tarixli 21016188 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 577,8 manat olan İMEİ kodu **********48442 olan X3 9 markalı telefonu 18 ay müddətə hər ay 32,1 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.05.2020-ci il tarixli 20321393 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 505,8 manat olan Gorenje markalı izqaranı 18 ay müddətə hər ay 28,1 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.09.2020-ci il tarixli 21175776 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 453,6 manat olan Hoffmann markalı televizoru 12 ay müddətə hər ay 37,8 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.11.2020-ci il tarixli 01054617 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 620 manat olan İMEİ kodu **********05590 olan X3 8 markalı telefonu 20 ay müddətə hər ay 31 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.07.2020-ci il tarixli 21018371 saylı müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 2347,2 manat olan Samsung markalı kondisioneri 24 ay müddətə hər ay 97,8 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15.12.2019-cu il tarixli 01126893 saylı müqavilə üzrə 100 manat əsas, 33,3 manat cərimə, 10.07.2020-ci il tarixli 21016188 saylı müqavilə üzrə 454,5 manat əsas borc, 96 manat cərimə, 31.05.2020-ci il tarixli 20321393 saylı müqavilə üzrə 393,3 manat əsas borc, 92,4 manat cərimə, 16.09.2020-ci il tarixli 21175776 saylı müqavilə üzrə 453,6 manat əsas borc, 122,1 manat cərimə, 16.11.2020-ci il tarixli 01054617 saylı müqavilə üzrə 305,8 manat əsas borc, 93 manat cərimə, 12.07.2020-ci il tarixli 21018371 saylı müqavilə üzrə 2182,8 manat əsas borc, 349,2 manat dəbbə pulu borcu vardır. Ödədiyi cəmi məbləğ 1155,4 manat təşkil edir. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 429.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 96 manat dəbbə pulu azaldılaraq 50 manat, 92,4 manat dəbbə pulu azaldılaraq 50 manat, 122,1 manat dəbbə pulu azaldılaraq 50 manat, 93 manat dəbbə pulu azaldılaraq 50 manat, 349,2 manat dəbbə pulu azaldılaraq 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cəmi 66,76 manat dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə münasib olaraq 6,49 manat iddiaçıya aid edilməli, 60,27 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15.12.2019-cu il tarixli 01126893 saylı müqavilə üzrə 100 manat əsas, 33,3 manat dəbbə pulu, cəmi 133,3 manat borc, 10.07.2020-ci il tarixli 21016188 saylı müqavilə üzrə 454,5 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 504,5 manat, 31.05.2020-ci il tarixli 20321393 saylı müqavilə üzrə 393,3 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 443,3 manat, 16.09.2020-ci il tarixli 21175776 saylı müqavilə üzrə 453,6 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 503,6 manat, 16.11.2020-ci il tarixli 01054617 saylı müqavilə üzrə 305,8 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 355,8 manat, 12.07.2020-ci il tarixli 21018371 saylı müqavilə üzrə 2182,8 manat əsas borc, 100 dəbbə pulu, cəmi 2282,8 manat, ümumilikdə 4223,3 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,27 manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15.12.2019-cu il tarixli 01126893 saylı müqavilə üzrə 100 manat əsas, 33,3 manat dəbbə pulu, cəmi 133,3 manat borc, 10.07.2020-ci il tarixli 21016188 saylı müqavilə üzrə 454,5 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 504,5 manat, 31.05.2020-ci il tarixli 20321393 saylı müqavilə üzrə 393,3 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 443,3 manat, 16.09.2020-ci il tarixli 21175776 saylı müqavilə üzrə 453,6 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 503,6 manat, 16.11.2020-ci il tarixli 01054617 saylı müqavilə üzrə 305,8 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 355,8 manat, 12.07.2020-ci il tarixli 21018371 saylı müqavilə üzrə 2182,8 manat əsas borc, 100 dəbbə pulu, cəmi 2282,8 manat, ümumilikdə 4223,3 (dörd min iki yüz iyirmi üç manat otuz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,27 (altmış manat iyirmi yeddi qəpik) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-368/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-368/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver