Məhkəmə qərarları › İş №2(060)-3699/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3699/2023

19.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3699/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment və digər tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi, birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər hər ay 250 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin mediasiyaya ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.7.). Göründüyü kimi iddiaçı tamamilə fərqli olan iki tələbi – alimentin tutulması və alimentin məbləğinin dəyişdirilməsi tələblərini bir iddiada birləşdirmişdir. MPM-in tələblərinə əsasən aliment tutulmasına dair işlərə 2 ay müddətində baxılmalı olduğu halda, alimentin dəyişdirilməsi barədə işlərə digər kateqoriyadan olan işlər kimi 4 ay müddətində baxılmalıdır. Həmçinin alimentin tutulması tələbinə dair işlər üzrə qəbul edilmiş məhkəmə qətnaməsi dərhal icra edilməli olduğu halda, alimentin dəyişdirilməsi tələbinə dair işlər üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan icra edilir. Yəni, alimentin tutulması və alimentin məbləğinin dəyişdirilməsi tələblərinin birləşdirildiyi iddia ərizəsinin icraata qəbul edilərək baxılması, işə baxılması müddətləri, həmçinin qətnamənin icrası ilə bağlı qeyri-müəyyənliklərin yaranmasına səbəb ola bilər. Qeyd edilənlər isə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini qeyri-mümkün edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı aliment və digər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar