Məhkəmə qərarları › İş №2(060)-3712/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3712/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3712/2020 23.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı X1 (xxxxxxxxx ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 17-A-1-0-445-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 805.35 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx xxxxxx 2019-cu il tarixə ödənilməmiş 234.36 manat faiz borcu və həmin günə hesablanmış 930.29 manat dəbbə pulu, ümumilikdə 1970 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı İKB-nin (xxxxxxxxx ASC) xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA522597 ban, 212132922DFCX0542 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda iddiaçı «xxxxxxxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı «xxxxxxxxx» ASC-in Cavabdeh qarşı qaldırdığı iddia üzrə ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və icraata xitam verilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir (52.1). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5). Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd olunan normaların tələblərini nəzərə alaraq, həmçinin iddiaçının iddiadan imtina barədə ərizəsini və işin digər materiallarını tədqiq edərək hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia tələbindən imtinası qanuna zidd olmamaqla yanaşı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, iddiaçı «xxxxxxxxx» ASC-nin iddiadan imtina barədə ərizəsi qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinəəsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. YuxarıdagöstərilənlərəəsasənvəAzərbaycan Respublikası MPM-nin 162, 163, 261.0.4. 262-264, 266-268-cimaddələrinirəhbərtutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatınaxitamverilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) günmüddətindəSumqayıt Şəhər Məhkəməsinə şikayətverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar