Məhkəmə qərarları › İş №2(060)-3719/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3719/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3719/2020 23.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 060/0155450/000A saylı kredit müqaviləsinə əsasən 2000,02 AZN əsas, 380,88 AZN faiz, cəmi 2380,9 AZN borcun, xx.xx.2019-cu il tarixli 060/155452/000A saylı kredit xətti müqaviləsinə əsasən isə 483,91 AZN əsas, 78,58 AZN faiz, cəmi 562,49 AZN borc olmaqla, ümumilikdə 2943,39 məbləğində vəsaitin və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank iddia tələbini onunla əsaslandırmışdır ki,İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 060/0155450/000A saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 26,90 faiz dərəcəsi ilə 2200 AZN kredit; xx.xx.2019-cu il tarixli 060/155452/000A saylı kredit xətti müqaviləsinə əsasən isə illik 25 faiz dərəcəsi ilə 900 AZN məbləğində kredit xətti verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019cu il tarixli 060/0155450/000A saylı kredit müqaviləsinə əsasən 2000,02 AZN əsas; 380,88 AZN faiz; cəmi 2380,9 AZN borcu; xx.xx.2019-cu il tarixli 060/155452/000A saylı kredit xətti müqaviləsinə əsasən isə 483,91 AZN əsas; 73,58 AZN faiz; cəmi 562,49 AZN olmaqla ümumilikdə 2943,39 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (prstenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC əlavə ərizə ilə məhkəməyə müraciət edərək, bankın filiallarında hüquqşünas ştatının olmadığını nəzərə alaraq bütün məhkəmə iclaslarının nümayəndələrinin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 060/0155450/000A saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh oğlna 36 ay müddətinə illik 26,90 faiz dərəcəsi ilə 2200 manat məbləğində kredit, xx.xx.2019-cu il tarixli 060/155452/000A saylı kredit xətti müqaviləsinə əsasən isə illik 25 faiz dərəcəsi ilə 900 manat məbləğində kredit xətti verilmışdır. (iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 060/0155450/000A və xx.xx.2019-cu il tarixli 060/155452/000A saylı müqavilələrə əsasən) İşdə olan xx.xx.2020-ci il tarixli, 135000/443 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli 060/0155450/000A saylı kredit müqaviləsinə əsasən 2000,02 AZN əsas; 380,88 AZN faiz; cəmi 2380,9 AZN borcu; xx.xx.2019-cu il tarixli 060/155452/000A saylı kredit xətti müqaviləsinə əsasən isə 483,91 AZN əsas; 78,58 AZN faiz; cəmi 562,49 AZN olmaqla, iki müqavilə üzrə ümumilikdə 2943,39 AZN borcu yaranmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 060/0155450/000A və xx.xx.2019-cu il tarixli 060/155452/000A saylı kredit müqavilələri imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 060/0155450/000A saylı kredit müqaviləsinə əsasən 2000,02 manat əsas, 380,88 manat faiz, cəmi 2380,9 manat məbləğində borcun və xx.xx.2019-cu il tarixli 060/155452/000A saylı kredit müqaviləsinə əsasən isə 483,91 manat əsas, 78,58 manat faiz, cəmi 562,49 manat borcun tutulması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 060/0155450/000A saylı kredit müqaviləsinə əsasən 2000,02 (iki min manat iki qəpik) manat əsas borc, 380,88 (üç yüz səksən manat səksən səkkiz qəpik) manat faiz borcu, cəmi 2380,90 (iki min üç yüz səksən manat doxsan qəpik) manat və xx.xx.2019-cu il tarixli 060/155452/000A saylı kredit müqaviləsinə əsasən 483,91 (dörd yüz səksən üç manat doxsan bir qəpik) manat əsas borc, 78,58 (yetmiş yeddi manat əlli səkkiz qəpik) manat faiz borcu, cəmi 562,49 (beş yüz altmış iki manat qırx doqquz qəpik) manat borc olmaqla, iki müqavilə üzrə ümumilikdə 2943,39 (iki min doqquz yüz qırx üç manat otuz doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar