Məhkəmə qərarları › İş №2(060)-3719/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3719/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3719/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin ləğvi ilə bağlı sonrakı nəticələrin etibarsız sayılması, “BAİC M20 AT ” markalı ** PN *** dövlət nömrə nişanlı avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, 18330 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı MMC-dən “BAİC M20 AT ” markalı, ** PN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini ilkin ödəniş edərək almışdır. Cavabdeh həmin vaxtdan iddiaçının hesabına ayrı-ayrı vaxtlarda cəmi 1028 manat ödəniş etmişdir. Cavabdeh ödənilməmiş 13840 manat hissəni isə 29 yanvar 2021-ci il tarixədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin əməkdaşına pulun yerdə qalan bütün hissəsini tam ödəmişəm deyərək, ondan arayış almış, İddiaçı MMC-nin mülkiyyətində olan ** PN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə xx.xx.2019-cu il tarixdə yeni ** DP *** dövlət qeydiyyat nömrə nişanı alaraq öz adına özgəninkiləşdirmişdir. Cavabdeh bir gün sonra isə yəni xx.xx.2019-cu il tarixində həmin avtonəqliyyat vasitəsinə yeni ** VE *** dövlət qeydiyyat nömrə nişanı almışdır. Sonra isə avtomobili Cavabdeh2 adına rəsmiləşdirmişdir. Yenidən Cavabdeh2 xx.xx.2019cu il tarixində cavabdeh öz adına notariat kontorunda etibarnamə almışdır. Cavabdehdən dəfələrlə avtomobilə ödənilməmiş pul vəsaitinin qısa vaxtda cəmiyyətin hesabına ödənilməsi barədə yazılı və şifahi qaydada tələb edilsə də, hazırki vaxtadək onun tərəfindən heç bir ödəniş edilməmiş və ödəniş etməkdən yayınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, qrafikə uyğun ödənişləri etdiyini, lakin həmin ödənişlərin həyata keçirilməsinə dair hər hansı sübutunun olmadığını qeyd etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdeh ilə eyni məzmunlu izahat verərək, iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 29 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, 2019-cu ilin oktyabr-29 yanvar 2021-ci il tarixinədək Cavabdeh1 əsas borcu 18480 manat təşkil edir. - İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2846 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, tərəflər “BAİC M20 AT” UNİVERSAL markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 26.470 manata satışı barədə razılığa gəlmişlər. - İddiaçı MMC-nin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 dəyəri 26.470 manat olan, 18 ay müddətinə, 2.710 manat ilkin ödənişlə, aylıq ödəniş 660 manat olmaqla “BAİC M20 AT” UNİVERSAL markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. - AD 131541 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı “BAİC M20 AT” UNİVERSAL minik markalı avtomobilin sahibi İddiaçı MMC-dir. - Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı “BAİC M20 AT” UNİVERSAL minik markalı avtomobilə xx.xx.2018-ci il tarixdə yük gömrük bəyannaməsi əsasında şəhadətnamə verilmişdir. - İddiaçının cavabdehə ünvanlanan pretenziya məktubunun surətindən görünür ki, cavabdeh ödənişin edilməsinə dair xəbərdar edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış 29 yanvar 2018-ci il tarixli 2846 nömrəli alqı-satqı müqaviləsinin predmeti olan Baic markalı ** PN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə görə .Cavabdeh1 heç bir borcu və ya hər hansı öhdəliyi qalmamışdır. - İddiaçı MMC-nin Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixində İddiaçı MMC-nin əməkdaşı tərəfindən araşdırma aparılmadan səhvən cavabdehə borcun olmaması barədə arayış verilmişdir. Tərəflərin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilib-yetirilməməsinə dair araşdırma aparılmamışdır. Araşdırma zamanı cavabdehin İddiaçı MMC-nin hesabına ödənilməmiş 18330 manat ödənilməmiş borcu olduğu müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən borcun olmaması barədə cavabdehə verilən arayış İddiaçı MMC-nin yığıncağının qərarı ilə etibarsız hesab edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “BAİC M20 AT” markalı, ** PN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan alqı-satqı müqaviləsinin şərtlərini pozaraq ödənişi tam həyata keçirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 18330 manat borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əşyanın alqı satqısına dair müqavilə mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, cavabdehin nəticədə 18330 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 18330 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-ə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar