Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3723/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Rəşad Mehman oğlu Məmmədlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Corat bələdiyyəsi, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC) maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhərinin Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında özbaşına faktiki yaşayan cavabdehlər - Cavabdeh1 və Cavabdeh2, ödənilməmiş kommunal xərclər və qapı-pəncərə, dəmir pəncərə torları, aydınlatma lampalarının talanması ilə vurduqları ilkin maddi ziyanın dəyəri olan 5000 (beş min) manatın, ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən Sumqayıt şəhərinin Corat qəsəbəsi, 54 C ünvanında yaşamış cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 istifadə edilmiş və ödənilməmiş kommunal xərclərin əvəzi olaraq – "xxxx" İB tərəfindən 134,28 (yüz otuz dörd manat iyirmi səkkiz qəpik) manat, "xxxx" ASC tərəfindən 577,90 (beş yüz yetmiş yeddi manat doxsan qəpik) manatı, "xxxx" ASC tərəfindən hesablanmış 1255,11 (min iki yüz əlli beş manat on bir qəpik) manat, ümumillikdə cəmi 1967,29 (min doqquz yüz altmış yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Sumqayıt şəhərində ona mülkiyyət hüququ əsasında məxsus olan mənzili olmuşdur. Mərhum həyat yoldaşı xəstə olduğuna görə, o, mənzili satmış, müalicəsinə xərcləmişlər. Qalan pul vəsaitinə isə Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında həyətyanı fərdi ev almışdırlar. ünvan 2 ünvanda yerləşən torpaq sahəsi üzərində inşa edilmişdir. AR Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. O vaxtlar bu evdə o, arvadı və onun bacısı qızı, hazırki iddia tələbi üzrə cavabdeh – Cavabdeh1 qalırmışlar. Hələ arvadının sağlığında, cavabdeh xanım artıq böyümüş, istədiyi həyat tərzini seçərək evdə tapılmır, yoxa çıxır, başqa yerlərdə qalmışdır. Bunu müxtəlif vasitələrlə tutduğu yoldan çəkindirməyə cəhd etsələr də xeyri olmamışdır. Yoxa çıxarkən polisə müraciət edər, onu tapmış gətizdirsələr də bildiyindən qalmamışdır. Həyat yoldaşı vəfat etdikdən sonra, bir müddət bu qız ailəsi ilə onunla qalmışdır. Sonradan bunların hərəkətləri xoşuna gəlmədiyi üçün o, evdən çıxaraq o evdən yeni ailə qurduğu xanımla başqa yerdə yaşamağa getmişdir. Bir müddət sonra, bunlara xəbər göndərmişdir ki, evini boşaltsın, ailəsi ilə birlikdə evində yaşamaq istəyir. Ancaq bunlar, ər-arvad ona hədə-qorxu gələrək, çıxmayacaqlarını bildirmişdirlər. İşin bu yerdə olduğunu görmüş, bunların ona mülkiyyət hüququ əsasında məxsus olan, Sumqayıt şəhərinin Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanından uşaqları və digər şəxslərlə birlikdə çıxarılmaları barədə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-754/2023 saylı qətnaməsinə əsasən bunların ona məxsus evdən çıxarılmaları müəyyən və qət edilmişdir. Cavabdehlər, məhkəmənin qətnaməsindən apellyasiya və kassasiya şikayəti versə də, Sumqayıt Şəhər və Apellyasiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Hazırda məhkəmə qətnamələri icra prosesindədir. Keçən məhkəmə prosesslərindən sonra, cavabdehlərdən Cavabdeh1, Sumqayıt Şəhər Məhkəməsində ona qarşı “mənzildə müvəqqəti yaşayış hüququnun verilməsi tələbi”nə dair iddia qaldırmışdır. Bunlar onun icazəsi və razılığı olmadan ailə üzvləri ilə birlikdə qanunsuz olaraq bu evdə hələ də yaşayaraq, adına qeydiyyatdan keçmiş su, qaz və işıqdan istifadə etməklə ona külli miqdarda ziyan vurmaqda davam edirlər. Belə ki, işığa görə borc 1300 (bir min üç yüz) manat, 700 (yeddi yüz) manat da ödənilməmiş su pulu yığılıb-qalmışdır. Hazırki mülki iş üzrə cavabdehlər ona inad olaraq, evinin pəncərə, qapılarını, işıq lampalarını, pəncərəyə vurulmuş dəmir torları söküb aparmış, evin divar kağızlarını, tualet və hamamı bərbad hala salmaqla ona hələlik bəlli ollan 3000 (üç min) manatdan çox maddi ziyan vurmuşlar. Zərərin dəqiq müəyyən olunması barədə isə, məhkəmədə vəsatətlə çıxış edərək, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş edəcəkdir. İddia tələbi hesab edir ki, qanuni və əsaslıdır. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, kommunal xidmət göstərən təşkilatlara göstərilən xidmətin dayandırılması ilə bağlı müraciət etmiş, onlar da nə dayandırmış, nə də hesablanmış borcu almışlar. O, evdə yaşamadığı və istifadə etmədiyi müddətcə ona borc yazmışlar. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları ilə birlikdə iddiaçı X2 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılsınlar. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1053/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinun təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı övladları ilə birlikdə iddiaçı X2 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3535/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə müvəqqəti yaşayış hüququnun verilməsi tələbinə” dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli abonent kartından görünür ki, İddiaçı Sumqayıt, Köhnə Corat, ev-2 ünvanında sudan istifadəyə görə 2 nəfər ailə tərkibi nəzərə alınmaqla, 577.90 manat məbləğində borc hesablanmışdır. "xxxx" ASC tərəfindən verilmiş saldodan müəyyən olunur ki, 1250,64 manat borc hesablanmışdır. "xxxx" İB tərəfindən verilmiş saldodan müəyyən olunur ki, İddiaçı hesabına 2024-cü il üzrə 134,28 manat debitor borcu hesablanmışdır. Qəbzə əsasən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər təqdim edilməmiş, həmçinin məhkəmə tərəfindən araşdırma nəticəsində (iş materiallında olan qətnamələr və sair) müəyyən edilməyərək, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3535/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 evin əşyalarını talayaraq, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 54 C ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evini yandıraraq evi tərk etmişlər. İşdən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2-də yerləşən 54 C saylı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olması, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən X1 işin mübahisəsiz halıdır. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları ilə birlikdə sözügedən torpaq sahəsi üzərində inşa edilmiş evdən çıxarılmaları da işin mübahisəsiz hallarından birini təşkil edir. Məhkəmə qeyd edir ki, cavabdehlərin mənzildə hər hansı bir hüquqları mövcud olmadığı halda orada yaşamaqlarına, kommunal xidmətlərin istifadə etmələrinə baxmayaraq onun dəyərini ödəməmişlər. Məhkəmə tərəfindən keçirilmiş iclasların vaxtı və yeri barədə ətraflı şəkildə məlumatlandırılmış, lakin məhkəmə iclaslarında da iştirak etməyərək dəlil və mülahizələrini məhkəməyə təqdim etməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsi üzərində inşa edilmiş evdə müəyyən müddət yaşamaları və evdən çıxarılmaları işin mübahisəsiz halları olduğu kimi orada su, qaz və işıqdan da istifadə etmələri də realdır. Belə ki, istifadə etdiklərinin dəyərini ödəməmiş və nəticədə iddiaçıya zərər vurmuşlar. İddiaçı isə hal-hazırda ona dəymiş real zərəri tələb edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik resjudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı məxsus mənzildə yaşadıqları müddətdə istifadə etdikləri kommunal xidmətlərə görə ödənilməmiş borc məbləğinin əvəzi olaraq cəmi 1967.29 manat məbləğində pul alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı məxsus mənzildə yaşadıqları müddətdə istifadə etdikləri kommunal xidmətlərə görə ödənilməmiş borc məbləğinin əvəzi olaraq 1967.29 (bir min doqquz yüz altmış yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində pul, 70 (yetmiş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3723/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3723/2024
04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver