Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3735/2025 12.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 İdarəsi Sumqayıt şəhəri Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional İdarəsi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 İdarəsi Sumqayıt şəhəri Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *4.*4.2*25-ci il tarixli, 39 saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin tarixdən işə bərpa edilməyi və *4.*4.2*25-ci il tarixdən başlayaraq yekun məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər məcburi proqula görə əmək haqqının ödənilməsi və mediasiya təşkilatına ödənilmiş 5* manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, *1.11.1997-ci il tarixdə F.Əmirov adına Uşaq Musiqi Məktəbinə konsertmeystr ixtisası üzrə müəllim kimi əmək fəaliyyətinə başlamışdır. “Paranoid şizofreniya fasiləsiz gedişli” diaqnozu ilə xəstəlikdən əziyyət çəkən xalasının himayəsində yaşaması və kənar qulluğa ehtiyacı olması səbəbindən *1.*6.1998-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Yenidən *1.*9.2**1-ci ildə həmin məktəbə fortopiano ixtisası üzrə işə qəbul olunmuşdur.Fasiləsiz *4.*4.2*25-ci ilə kimi həmin məktəbdə işləmişdir. İşlədiyi dövrdə heç bir töhmət almamış, müəllim kollektivi, şagird və valideynlərlə arasında heç bir narazılıq olmamışdır. Həmişə işinə məsuliyyətlə yanaşmış,daim ixtisası üzrə öz üzərində işləmişdir. Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarı ilə razı deyildir.Attestasiya keçirilərkən üzvlər tərəfindən şəxsən o, psixoloji təsir görmüş və hətta təhqir belə olunmuşdur. Verilən sualları düzgün cavablandırmışdır. Həmin qərarla onun tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. O öz ixtisasını, proqramını gözəl bilir və tutduğu vəzifəni həmişə layiqincə yerinə yetirmişdir. Attestasiya keçirilməsi barədə onlara xəbərdarlıq edilərkən rəhbərlik onlara bildirmişdir ki, attestasiyanın nəticəsi işdən azad edilməyə səbəb olmayacaq və bu yalnız müəllimlərin savadını yoxlamaq məqsədi daşıyır.Əlavə olaraq bildirir ki, 1-ci qrup ruhi-əsəb xəstəsi olan xalası X3 1996-cı ildən onun himayəsində yaşayır. O, 1997-ci ildən Sumqayıt Ruhi Əsəb Dispanserində qeydiyyatdadır. Hazırda himayəsində yaşayan xalası fəaliyyət qabiliyyətsiz elan edilmişdir. Məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional İdarəsi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, öhdəliyində fəaliyyət qabiliyyətsiz xalası var. Musiqi məktəbində 3* ilə yaxındır fəaliyyət göstərir.Həyəcanlı olmuşdur deyə çox suallara cavab verə bilməmişdir. Bəstəkarlar haqqında sual verəndə danışmışdır.Bir sualın cavabını verməmiş o biri suallara keçmişdirlər.Qabaqcadan bildirmişdilər ki, işdən çıxarılma olmayacaq, sadəcə imtahandır. Bu sözə güvənib hazırlaşa bilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional İdarəsi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 14.*8.2*25-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən disk daxil olmuşdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş *4 aprel 2*25-ci il tarixli X2 İdarəsi Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin 39 nömrəli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı *4 aprel 2*25-ci il tarixindən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda 1996-ci ildə fortepiano ixtisasını bitirmişdir. Ümumi əmək stajı 22 il 7 aydır. Attestasiya keçirilən zaman Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin *1.*9.2**1-ci il tarixindən fortepiano şöbəsinin müəllimi olmuşdur. 5 nəfər əleyhinə, * nəfər isə lehinə səs vermişdir. İş materiallarına əlavə olunmuş *5.*5.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Sumqayıt şəhəri Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının həkimpsixiatr komissiyasının rəyindən görünür ki, X3 paranoid şizofreniya fasiləsiz gedişli, dərin psixi qüsur halı var. Daima kənar şəxslərin ciddi qulluq və nəzarətinə ehtiyacı vardır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiya komissiyasının iclasına dair 14 mart 2*25-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri İddiaçı, Şirinbacı Muradova, Sevinc Mehdiyeva, Şura Hümbətəliyeva, Mətanət Məmmədova, Mətanət Namazova tutduqları vəzifəyə uyğun hesab edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Şəxsinin *8.*8.2*25-ci il tarixli, 26*2 saylı rəyindən görünür ki, X1 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında malik deyil. Buna görə də tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. X1 müəyyən edilən şizofreniya paranoid forma, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı *1.*9.2**1-*4.*4.2*25-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, *4.*4.2*25-ci il tarixli 39 saylı əmrlə həmin tarixdən ƏM-7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməsi əmr edilmişdir.İddiaçı tərəfindən iddia tələbi əsaslandırılarkən, onun atestassiya keçirilərkən, imtahana hazır olmamasını, iddiaçının öz izahatına əsasən ona sadəcə bunun bir imtahan olduğunu, verilmiş proqram(suallar) ətrafında hazırlaşmamasını iddia tələbinin əsassızlığına dəlalət etməklə, məhkəmə tərəfindən sorğu əsasında alınmış video diskə tərəfin iştirakı ilə məhkəmə iclasında baxış keçirərkən ona qarşı atestasiya komisiyasının üzvləri tərəfindən hər hansı qərəzli hərəkətin olmaması, iddiaçının verilmiş sualları cavablandıra bilməməsi müəyyən edilmişdir. Bundan əlavə iddiaçının himayəsində fəaliyyət qabiliyyyəti olmayan şəxsin- xalasına baxdığı üçün bu halın nəzərə alınması barədə şifahi vəsatəti əsassız hesab edir. Belə ki, iddiaçının himayəsində fəaliyyət qabliyyəti olmayan ailə üzvünün olması işin araşdırılan halları ilə təsdiq edilməmiş, iddia tələbinin əsası iddiaçı tərəfindən sübut edilmədiyi üçün məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Həmin məcəllənin 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin məcəllənin 65.4-cü maddəsinə əsasən,attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Həmin məcəllənin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin Məcəllənn 79-1-ci maddəsinə əsasən,işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin,əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənn 3**-1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənn 3**-2-ci maddəsinə əsasən işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 124.2-ci madəssinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əmrin qəbul edilməsi əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3735/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3735/2025
12.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver