Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5910/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: aidiyyətin mübahisələndirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh Azərbaycan Təhsil X6 İttifaqı Şəmkir rayon Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir.
2. Cavabdeh Azərbaycan Respublikası Təhsil X6 İttifaqı xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq mülki işin ərazi aidiyyatı üzrə Şəmkir rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Şəmkir rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Təhsil X6 İttifaqı Şəmkir rayon Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair 2(076)- 2230/2024 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir.
4. Şəmkir rayon Məhkəməsinin 2(076)-2230/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdehə məxsus sənədlərini nəzərdən keçirilərkən müəyyən edildi ki, cavabdeh “Azərbaycan Təhsil X6 İttifaqı” Bakı şəhəri, Səbail rayonu, Gənclər meydanı, 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə hesab etmişdir ki, cavabdehin qeydiyyat ünvanı Bakı Şəhəri, Səbail Rayon ərazisində yerləşdiyindən, hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab etmişdir ki, hazırki iddia ərizəsinə Şəmkir Rayon Məhkəməsində deyil, ümumi ərazi aidiyyət qaydalarına uyğun olaraq iddiaçı və cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır.
5. Bakı şəhəri Səbal rayon Məhkəməsinin 2(009)-1738/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəmkir rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işin ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Həmkarlar İttifaqı haqqında” AR Qanununun 5-ci maddəsinə əsasən olaraq adından və təşkilati quruluşundan asılı olmayaraq bütün həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər. İddiaçıya münasibətdə işəgötürən və onunla əmək müqaviləsini ləğv edən Şəmkir rayon komitəsi olduğundan, iddia tələbi düzgün olaraq həmin təşkilata qarşı irəli sürülmüşdür. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mülki iş Şəmkir rayon Məhkəməsi tərəfindən aidiyyət qaydalarına uyğun olaraq icraata götürüldüyündən, həmin iddia tələbinə Şəmkir rayon Məhkəməsində baxılmalıdır. Məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar fikir ayrılığını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəmkir rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmiş mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir
Tətbiq edilən hüquq normaları:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.
8. Həmin Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
9. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır
10. Həmin Məcəllənin 45.4-cü maddəsində qeyd edilir ki, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
11. Məcəllənin 35.2-ci maddəsində qeud edilir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.
12. Həmin Məcəllənin 51.3.-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
13. Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
14. Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş Şəmkir rayon Məhkəməsinə göndərilməlidir.
16. Belə ki, işin halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Təhsil X6 İttifaqı Şəmkir rayon Komitəsinə sürücü qəbul edilmişdir.
17. xx.xx.2024-cü il tarixli, 2 nömrəli əmrə əsasən İddiaçı Azərbaycan Təhsil X6 İttifaqı Şəmkir rayon Komitəsinin sürücüsü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən 03 aprel 2024-cü il tarixdən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
18. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 2 nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir.
19. İddiaçı iddia tələbini Azərbaycan Təhsil X6 İttifaqı Şəmkir rayon Komitəsinə qarşı irəli sürmüşdür. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək, Azərbaycan Təhsil İşçiləri X4 hazırkı mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərizəsində əsl olmayan tərəfin əvəz edilməsini deyil, sadəcə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Ərizənin müzakirə edildiyi xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, məhkəmə ərizəyə münasibət bildirməmiş, yerində müşavirə edərək ərizənin icraata qəbul edilib edilməməsinə münasibət bildirməmişdir.
21. Göründüyü kimi, iddiaçı ərizəsində cavabdehin əvəz edilməsini deyil, əlavə olaraq cavabdehin cəlb edilməsini xahiş etmişdir, Azərbaycan Təhsil X6 İttifaqı Şəmkir rayon Komitəsi cavabdeh olaraq qalmışdır. Lakin qətnamədə Azərbaycan Təhsil X6 İttifaqı Şəmkir rayon Komitəsi üçüncü şəxs kimi göstərilmişdir. Azərbaycan Təhsil X6 İttifaqı Şəmkir rayon Komitəsi iddia ərizəsi üzrə cavabdeh olduğu halda nəyə əsasən onun üçüncü şəxs olaraq qeyd edilməsini məhkəmə iclas protokolundan müəyyən etmək olmur.
22. Bundan əlavə, Şəmkir rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin 44-cü maddəsinə uyğun dəyərləndirmə aparmamışdır.
23. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
24. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mülki iş qeyd edilən prosessual pozuntuların aradan qaldırılması və digər prosessual hərəkətlərin edilməsi üçün Şəmkir rayon məhkəməsinə göndərilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev