Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3747/2021 29.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və qeyrilərinə oğluna qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 2018-ci il 09 mart tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 20%-lə 60 ay müddətinə 25000 AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahədən ibarət 31 nömrəli evin 11 nömrəli mənzili 2018-ci il 09 mart tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2018-ci il 09 mart tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 09 mart tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 2.5-ci bəndinə əsasən hər gecikdirilən gün üç gecikdirilmiş məbləğin illik 72 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il martın 29-dək Cavabdeh1 2018-ci il 09 mart tarixli kredit müqaviləsi üzrə banka 16103.36 AZN əsas, 1427.14 AZN faiz, 53.55 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 17584.05 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmış, müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2018-ci il 09 mart tarixli kredit müqaviləsi üzrə 16103.36 AZN əsas, 1427.14 AZN faiz, 53.55 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 17584.05 AZN borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahədən ibarət 31 nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahədən ibarət 31 nömrəli evin 11 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahədən ibarət 31 nömrəli evin 11 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və digər şəxslərin Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahədən ibarət 31 nömrəli evin 11 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılması və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 2018-ci il 09 mart tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcminin azaldılması zərurəti yarandığını, Cavabdeh3 az yaşlı olduğundan cavabdehlər siyahısından çıxarılmalı olduğunu və qalan hissədə tələbi müdafiə etdiklərini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etdiyini və ekspert rəyinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi X2 və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 09.03.2018-ci il tarixli, 4-Z1G1-1-0-149-18 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 20% hesablanmaqla 25000 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, Cavabdeh1 13.03.2018-ci il tarixdə bankdan 25000 manat məbləğində pul almışdır. İş materiallarında olan 09.03.2018-ci il tarixli, 4-Z1G1-1-0-149-18 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" İKB ASC qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan 09.03.2018-ci il tarixli, 4-Z1G1-1-0-149-18 nömrəli ipoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğinin ipoteka predmeti ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahədən ibarət 31 nömrəli evin 11 nömrəli mənzilidir və həmin əmlak 65000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 və qeyriləri arasında bağlanmış 09.03.2018-ci il tarixli, 4-Z1G1-1-0-149-18 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 13.04.2018-ci il tarixdən 09.03.2023-cü il tarixədək banka hər ay 662.35 manat, yalnız sonuncu ay 660.62 manat olmaqla, ümumilikdə 39739 manat ödəməli olmuşdur. İş materiallarında olan 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 16103,36 manat əsas, 1427,14 manat faiz borcu və 53,55 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17584,05 manat məbləğində kredit borcu var. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 31 nömrəli evin 11 nömrəli mənzili "xxxx" İKB ASCnin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialının AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi idarəsinə ünvanladığı bildirişin qeydə alınması haqqında ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanına tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin 09.03.2021-ci il tarixdə ünvana çatdırılmasını nəzərə alaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan 17.02.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh1 09.03.2018-ci il tarixli, 4-Z1G1-1-0-149-18 nömrəli kredit müqaviləsi üzrə borcunu ödəmədiyi üçün ipoteka müqaviləsinə əsasən yüklü edilmiş ünvan 1 ünvanına tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin 04.06.2021-ci il tarixə olan bazar dəyəri 82 000 manat, likvid dəyəri 70 000 manat təşkil edir. İş üzrə Cavabdeh1 05.07.2021-ci il tarixli vəsatətinə əsasən, məhkəməmühasibatlıq ekspertizası keçirilməsi məqsədilə iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilmiş və 26.10.2021-ci il tarixli, 9/6782 saylı ekspert rəyindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.03.2018-ci il tarixli 4-Z1G1-1-0-149-18 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 17.03.2021-ci il tarixə 16150,72 manat əsas, 718,59 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyinə əsasən 70.000 manat məbləğində müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsində göstərilir ki, İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Qeyd edilən Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin azaldılaraq 20 manat həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Məhkəmə araşdırmaları zamanı təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 mart 2018-ci il tarixdə 4-Z1G1-1-0-149-18 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 20% hesablanmaq şərti ilə 25000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 11 nömrəli mənzili "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmişdir. Həmin müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" İKB ASC ilə aralarında bağlanmış kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişlər. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 09.03.2018-ci il tarixli, 4-Z1G1-1-0-149-18 №-li kredit müqaviləsi üzrə 17.03.2021-ci il tarixə banka olan əsas borcu 16150,72 manat, faiz borcu üzrə 718,59 manat, cəmi 16869,31 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, espert rəyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 16150,72 manat əsas, 718,59 manat faiz, 20 manat cərimə, cəmi 16889,31 manat tutulmalıdır. Eyni zamanda məhkəmə, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 11 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 və Cavabdeh3 ən geci bir ay ərzində fərdi yaşayış evindən çıxarılmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 və digər şəxslərin ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahədən ibarət 31 nömrəli evin 11 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı kimi bank cavabdehə qarşı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi predmeti iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit və ipoteka müqavilələri çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək aid ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununda bankın cavabdehə qarşı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi predmeti barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Belə ki, həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmiş, həmçinin verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC-nin (əvvəlki "xxxx" İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 09 mart tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin (əvvəlki "xxxx" İKB ASC) xeyrinə 09 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə 16150,72 manat əsas, 718,59 manat faiz, 20 manat cərimə, cəmi 16889,31 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulub ödənilməli, tutma Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 70.000 manat müəyyən edilməli, mənzil açıq hərracda satılmalı, borc Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 11 nömrəli mənzilinin satışından əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumu qaydada icra edilməli, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 11 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 və Cavabdeh3 həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və banka təhvil verilməli, cavabdehdən ekspertiza tədqiqatının dəyəri qismində 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki "xxxx" İKB ASC) xeyrinə 09 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə 16150,72 (on altı min yüz əlli manat yetmiş iki qəpik) manat əsas, 718,59 (yeddi yüz on səkkiz manat əlli doqquz qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə, cəmi 16889,31 (on altı min səkkiz yüz səksən doqquz manat otuz bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 6cı mikrorayon ünvanında yerləşən, 4 otaqlı, 84.2 kv.m. ümumi, 52.6 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 11 nömrəli mənzilinə yönəldilsin, həmin mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 70000 (yetmiş min) manat müəyyən edilsin, açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki "xxxx" İKB ASC) ümumilikdə 16889,31 (on altı min səkkiz yüz səksən doqquz manat otuz bir qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1 məxsus olan mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və banka təhvil verilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 09.03.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3747/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3747/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver