Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-375/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sədrlik edən Tağızadə Gülnarə Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hadisə nəticəsində avtomobilinə dəymiş zərərin əvəzi kimi 850 manat məbləğində zərərin, taksi xərclərinin əvəzi kimi 270 manat məbləğində xərcin, avtomobilin dəyərini itirməsinə görə 2000 manat məbləğində əlavə zərərin, məhkəməyə müraciət üçün çəkilmiş xərclərin-iddia ərizəsinin, hüquqi xidmətlərin və rüsumun əvəzi kimi 198 manat pul vəsaitinin ümumilikdə 3318 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək, Cavabdeh hadisə nəticəsində avtomobilinə dəymiş zərərin əvəzi kimi 850 manat məbləğində zərərin, taksi xərclərinin əvəzi kimi 270 manat məbləğində xərcin, məhkəməyə müraciət üçün çəkilmiş xərclərin-iddia ərizəsinin, hüquqi xidmətlərin və rüsumun əvəzi kimi 198 manat pul vəsaitinin ümumilikdə 1318 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində cavabdehin təqsiri üzərindən avtonəqliyyat hadisəsi baş vermiş və nəticədə onun avtomobilinə zərər dəymişdir. Cavabdehin törətdiyi xətaya görə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələri ilə təqsirli bilinmiş onun barəsində İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən də TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisə nəticəsində onun avtomobilinə təqribi olaraq 1000 manata yaxın zərər dəymişdir. Hadisə zamanı cavabdeh həmin zərəri qarşılayacağına vəd versə də sonradan zəng və çağırışlarına əhəmiyyət verməmişdir. Avtomobilə dəyən zərər FNC motors tərəfindən 850 manat kimi qiymətləndirilmiş əlavə olaraq xərclərin arta biləcəyi də ona bildirilmişdir. Avtomobilinin qəzadan sonra boya alması onun dəyərini salır. O, təmir edilmiş, rəng işləri görülmüş avtomobil alıb sürmək və sair formada qəbullanmağı qəbul etmədiyi üçün 2021-ci ilin 19 fevralında Nissan Motorsdan yeni, 0 kilometr avtomobil almışdır. İndi isə cavabdeh tərəfindən vurulan zərərdən sonra avtomobil öz dəyərini həm bazar üçün həm də onun üçün itirmişdir. Buna görə də həm vurulmuş zərər maddi və mənəvi olaraq cavabdeh tərəfindən ona ödənilməlidir. Avtomobil tərəfindən satın alındığı gündən hadisə olan günədək heçbir qəza hadisənin iştirakçısı olmamış, üzərində olan bütün detallar istehsalçı zavod tərəfindən istehsal olunan zavod detalları olmuş və rəng və sair kimi işlər görülməmişdir. Hadisədən sonra isə avtomobilin detalları təmir edilməli və rəng almaqla onun üzərində “qəzalı maşın” statusu qalmışdır. Məlumdur ki, bu gün avtomobil bazarında “udar/zərbə görmüş avtomobil” və “rəng və zədə görməmiş, el arasında desək bezkrasqa” anlayışları mövcuddur. Buna görə də həmin anlayış avtomobilin satış qiymətinə və alıcı potensialına da ciddi təsir göstərir. Belə ki, avtomobilin hazırda bazar dəyərinin normadan əlavə 15 faizi civarında da dəyərini itirmişdir. Şəxsən apardığı araşdırılmalara əsasən avtomobilin itirdiyi dəyəri də minimum 3-4.000 manatdır. Bundan əlavə daim avtomobil idarə etdiyinə, işi ilə yaşadığı ərazi arasında 15-18 km məsafə olduğunu, nəzərə alınsa gündəlik işə gediş gəliş və əlavə ehtiyyacların qarşılanması məqsədilə istifadə etdiyi taksi xidmətlərinə görə ümumi 15 km ortalama məsafəyə görə 1 km 60 qəpikdən hesablanılmaqla gündəlik 9 manat məbləğində taksi xərclərinin hadisə baş verdiyi tarixdən avtomobil təmir edildiyi tarixədək hesablanılmaqla 90-100 gün üçün təqribi olaraq 1000 manat vəsait təşkil edir. Göründüyü kimi cavabdeh tərəfindən hadisənin zərərləri təkcə avtomobilinə dair deyil həm mənəvi həm də digər formada xərclərlə nəticələnmişdir. ( Belə ki, Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi müvafiq normativləri var. Bu normativlərə əsasən Bakı şəhərində 1 kilometr məsafəyə görə gediş haqqı 0.70 AZN-dir, məsafə artdıqca bu qiymət 0.50 AZNə qədər enə bilir.) O, isə cavabdehdən zərərin əvəzini demək olar ki, 35-45 faiz güzəşt edərək tələb edir. Hesab edir ki, cavabdehdən vurulmuş zərərin əvəzi kimi avtomobilin təmiri üçün servis mərkəzindən verilən akta əsasən 850 manat məbləğində təmir xərclərinin, taksi xərclərinin əvəzi kimi 90 gün üçün hesablanılmış 1000 manatın əvəzində cəmi 30 gün üçün 9 manatdan hesablanılmaqla 270 manat məbləğində taksi xərcinin, iddia ərizəsinin və digər növ ərizələrin həmçinin hüquqi xidmətin əvəzi kimi ödənilmiş 145 manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət üçün ödənilmiş 52.65 manat rüsumun əvəzinin ümumi olaraq 3318 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi zəruridir. Nəzərə alınması zəruridir ki, bu hesablamada zərərin demək olar ki, yarı hissəsi həmçinin ona vurulmuş mənəvi zərər tələb edilməmişdir. Bunu da o, öz insanlığı ilə cavabdehə bağışlayır. Cavabdeh tərəfindən qərəzli mövqe daşındığı halda həmin zərərin əvəzini də cavabdehdən tələb edəcəkdir. Pozulmuş hüquqlarının bərpası üçün yeganə çıxış yolumun məhkəmə olduğunu gördüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qəza bilməyərəkdən olmuşdur. Hadisə nəticəsində onun maşını da zərər görmüşdür. İddiaçının avtomobilinə onun təqsirinə görə zərər dəymişdir. Lakin dəymiş zərərin məbləği ilə razı deyildir. O, özü iddiaçının avtomobilini təmir etdirə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan X3 TP6013389 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Muradov X2 Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. İşdə olan AD №161735 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Runna Rana minik markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İşə əlavə olan AE №005467 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Nissan Kicks minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır. İş materiallarında olan “Nurgun Motors”un qüsur aktından görünür ki, İddiaçı məxsus Nissan Kicks markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci ümumilikdə 850 manat təşkil edir. İşdə olan "xxxx" MMC-nin GİF/1 № 401345 seriyalı, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı hüquqi yardıma görə 145 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9832 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə xx.xx.2023-cü il tarixli “Nürgün Motors” servis müəssisəsinin qüsur aktında olan məlumatlara əsasən 2020-ci il buraxılışlı, “Nissan Kicks” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ilə dəymiş ziyanın məbləği təxminən 750 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Bundan əlavə iddiaçı cavabdehdən 850 manat maddi zərərin dəydiyini və cavabdehdən həmin pulu tələb etsə də, məhkəmə iddia tələbini qismən təmin edir. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, avtomobilə dəyən zərər 750 manat müəyyən edildiyindən məhkəmə iddia tələbini həmin hissədə təmin edir. Məhkəmə iddia tələbinin taksi xərclərinin əvəzi kimi 270 manat məbləğində xərcin cavabdehdən tutulması hissəsində təmin etmir. Belə ki, iddiaçı həmin məbləğə dair heç bir ödəniş qəbzi iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 100 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərli 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat məbləğində maddi zərərin, hüquqi xidmətə görə 145 (bir yüz qırx beş) manat və 53 (əlli üç) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-375/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-375/2024
16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver